Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə
A A A
07/12/2018
Oxunma sayısı : 12423

Cəsarət Hüseynzadə: "14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb"

"Azərbaycanın bu gün bir çox göstəricilərə görə postsovet məkanında ən sürətlə inkişaf edən ölkə olduğu danılmaz faktdır. İnkişafımızı şərtləndirən bir çox amillər mövcuddur. Bu amillərdən biri də sözsüz ki, ölkəmizin zəngin neft və qaz yataqlarına malik olmasıdır. Lakin bu təbii sərvətlərdən necə istifadə etmək, təbii sərvətin olması qədər də vacib məsələdir". Bu fikirləri "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib. Cəsarət Hüseynzadənin fikrincə, təbii sərvətlərdən səmərəli istifadə bir çox sahələrdə davamlı inkişafın yaradılması və inkişaf etdirilməsi üçün əsas və təkanverici qüvvə oldu. Sonradan cənab prezident İlham Əliyev tərəfindən də məhz bu siyasi kursun davam etdirilməsi nəticəsində bir çox sahələrdə uğurlu dövlət proqramları qəbul edilərək icra olundu. Belə proqramlardan biri də Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramıdır.

Regionların sosial-iqtisadi inkişafına yönəlik Dövlət Proqramları

Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin edilməsi ilə bağlı mühüm addımlar atıldığını bildirən Cəsarət Hüseynzadə qeyd etdi ki, 2003-cü il prezident seçkilərində İlham Əliyev regionların sosial iqtisadi inkişafına diqqət edəcəyini bəyan etmişdi. Növbəti il Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində artıq bu inkişafın əsası qoyuldu. Ümumilikdə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 3 proqram qəbul edilərək icra edilmişdir".

"Birinci proqram 2004-2008, ikinci proqram 2009-2014 və üçüncü proqram 2014-2018-ci illəri əhatə edir. Sonucu proqramın icrası ilə bağlı bu il yekun tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ilk proqram çərçivəsində əsasən bölgələrdə infrastruktur layihələrinin icrası həyata keçirilib. Dövlət proqramlarının icrasına başlandığı dövrdə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz olub. Bu gün isə bu görsətici 93 faizə çatıb. Eyni zamanda elektrik təminatı ilə bağlı vəziyyət də eyni dərəcədə yaxşılaşıb. İcra olunan 3 Dövlət Proqramın icrası dövründə içməli su və kanalizasiya problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Bu gün ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Regionların inkişafında infrastruktur layihələrinin mühüm əhəmiyyətli sahəsi avtomobil yollarının tikintisi olub. Bu gün hətta kənd yerlərində rahat yollar salınmaqdadır və bu istiqamətdə işlər davam etdirilir. Digər sahələrin inkişafında kommunal və nəqliyyat sistemin təsir imkanlarını nəzərə alsaq, bu sahədə fəaliyyətlərin önə çəkilməsi başa düşülən idi. Eyni zamana bu sahədə aparılan yenidənqurma işləri region əhalisinin də birbaşa yaşam tərzinə müsbət təsir etmişdir. Bu proqramların icrası müddətində iqtisadiyyat 3,2 dəfə artmışdır. Qeyri-neft iqtisadiyyat isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə artım, kənd təsərrüfatında 1,7 dəfə artım müşahidə edilib. 14 il ərzində qeyri-neft ixracımız 4,1 dəfə artmışdır. Ümumilikdə bu sahədə aparılan səmərəli iqtisadi siyasət sahəsində valyuta ehtiyatlarımız 1,8 milyard dollardan 42 milyard dollara çatdırılıb. Ölkə inkişafında xüsusi əhəmiyyət daşıyan iqtisadiyyata qoyulan sərmayədir ki, bu dövrdə də onun həcmi 231 milyard dollara bərabər olub. 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir".

"Birinci Dövlət Proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idisə, bu gün yoxsulluq 5,4 faiz səviyyəsindədir. Ötən illər ərzində 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olmuşdur. Dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə verilən kreditlərin həcmi 2 milyard manatdan çox olub. Həyata keçirilən proqramların əsas məqsədi sözsüz ki, ölkə iqtisadiyyatının daha da şaxələnməsi və dünya iqtisadiyyatına inteqrasiyası, xalqın rifah halının yüksəldilməsi idi. Eyni zamanda, regionların mövcud potensialından daha səmərəli istifadə etməklə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafına nail olmaq da qarşıya qoyulan məqsədlər sırasında idi. Proqramda həmçinin göstərilən hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etməsi, investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması başlıca vəzifələr kimi seçilib.

Bu proqramların icrası yerli istehsal sahələrinin yaranmasına, ölkənin paytaxtı ilə yanaşı, regionlarda ixracyönümlü məhsulların istehsalına geniş imkanlar açdı. İndi bölgələrdə fəaliyyət göstərən bir çox müəssisələr istehsal etdikləri məhsullarla daxili tələbatı ödədikdən sonra xarici bazarlara çıxırlar. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkə başçısı tərəfindən regionların sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı həm rayonların sosial, iqtisadi və mədəni həyatının inkişafına səbəb olmaqla yanaşı, region əhalisinin yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır". Dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişaf

Cəsarət Hüseynzadə icra olunan regionların sosial iqtisadi inkişafı ilə bağlı 3 dövlət proqramının icrasının müəyyən məqamları kənd təsərrüfatının inkişafına yönəldiyini xüsusi qeyd etdi. Bu sırada infrastrukturun inkişafından tutmuş, güzəştli kreditlərin verilməsi və digər məqamları qeyd etmək olar: "Bunun ardınca 2016-ci ildən qeyri neft sektorunun inkişafı istiqamətində yeni strategiyaların işlənilib hazırlanması diqqət çəkdi. Bu dövrdə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qəbul olunmasın xüsusi qeyd etmək lazımdır. Strateji Yol Xəritəsi bu sahənin kompleks halda inkişafını hədəfləyir.Eyni zamanda paralel olaraq aşağıdakı sahələrin inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul edilmişdir:

Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı; Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı; Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı; Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqram; Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair2017-2022-ci illər üçün Dövlət Proqramı; Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair2017-2022-ci illər üçün Dövlət Proqramı; 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı. Bütün bu proqramların həyata keçirilməsinə dövlət tərəfindən xeyli miqdarda maliyyə resursları ayrılmışdır. Eyni zamanda kənd təsərrüfatının inkişafı məqsədi ilə bu sahə üçün müəyyən güzəştlər də tətbiq olunmaqdadır. Bu ölkənin ərzaq təhlükəsiziliyinin təmin olunması, yerli və xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin təmin olunması məqsədi ilə həyata keçirilib. Xüsusən qeyd etmək lazımdı ki, ipəkçiliyin, pambıqçılığın və tütünçülüyün inkişafı üçün barama (hər kiloqramına görə 5,0 manat, pambıq (hər kiloqrama görə 0,1 manat) və tütün (quru tütünün 1, yaş tütünün isə 10 kiloqramına görə 0,05 manat), habelə şəkər çuğunduru (hər tona görə 4,0 manat) istehsalçılarına subsidiya verilməsi müəyyən edilib. Atılmış bu addımlar sahəsində adı çəkilən sahələrin inkişafı və ölkəyə əlavə valyuta gətirməsi hədəfləyib".

"Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 2017-ci ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək subsidiya verilib. Ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə verdiyi önəm kənd təsərrüfatı sahəsində kadr islahatları aparması ilə bir daha sübut olundu. Xüsusən bu sahəyə şəffaf və xidmətlərin əlçatanlığı ilə ad qazanmış və şəxsən İlham Əliyev tərəfindən yaradılmış və idarəetmə sistemlərinə Azərbaycan brendi hesab edilən Asan xidmətin rəhbəri İnam Kərimovun gətirilməsi mühüm addım oldu. Sözsüz ki, ölkə başçısı tərəfindən yeni nazirin qarşısında mühüm vəzifələr qoyulmuşdir. Fikrimizcə bu vəzifələrdən ən əsası məhz dövlət başçısı tərəfindən göstərilən qayğı və diqqətin, eyni zamanda ayrılan maliyyə dəstəklərinin məhz kəndliyə çatmasına yönəlmişdir. Bu bir daha onu göstərir ki, aqrar sahənin ölkənin gələcək inkişafında mühüm yer tutması siyasəti aparılır".

Turizm yeni mərhələdə

Cəsarət Hüseynzadə Dövlət Proqramı sayəsində ölkədə aparılan yenidənqurma işləri, infrastrukturun yenilənməsi və s. ölkənin turizm imkanlarından istifadə etməyi də ön plana çəkildiyini vurğuladı.

"Turizm inkişafı regional proqramların tətbiqi ilə paralel olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də təsiri oldu. Bu da turizmin inkişafına kompleks baxışı əhatə edir. Hamımız çox gözəl bilirik ki, ölkəmizin füsunkar təbiətinin, tarixi-mədəni abidələrinin və xüsusən də ölkədə sabitliyin olması bu sahəni inkişaf etdirlməsinə mühüm şərait yaradır. Azərbaycanın turizm imkanlarının genişlənməsində ölkədə olan sabitlik və tolerantlıq da mühüm rol oynayır və bu 2 amil əsas faktorlar da sayıla bilər.

Qeyd edək ki Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınır. Statistik göstəricilərə görə, 2015-ci ildə ölkəmizə gələn turistlərin sayında ondan əvvəlki illərlə müqayisədə rekord nəticə əldə edilib və 24 faiz artım olub. 2016-cı ildə isə 20 faiz artım qeydə alınıb. 2017-ci ildə isə Azərbaycana gələn turistlərin sayı 2 691 998 nəfər olubdur ki, bu da indiyədək müşahidə edilən ən yüksək rəqəmdir. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu gün turizmin inkişafı ilə bağlı müxtəlif xidmətlər formalaşmaqdadır ki, bu da əhalinin gəlirlərinin artmasına səbəb olur. Fikrimizə turizmin inkişafı ilə bağlı 2 istiqamətdə işlərin inkişaf etdirilməsi vacibdir. Birincisi yerli sahibkarlar tərəfindən göstərilən xidmətlərin stabil və keyfiyyətli təminat sistemi. İkincisi isə ekonom, daha ucuz turizm xidmətlərinin yaradılması. Bu xüsusən də daxili turizmin inkişafına səbəb ola bilər. Bu sahə ilə məşğul olanlar daha aşağı qiymətə xidmət göstərməklə daha çox müştəri cəlb edə bilərlər".

Azərbaycan iqtisadiyyatının bu inkişafı onu dünya ölkələrinə necə tanıdır?

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynadığını bildiən Cəsarət Hüseynzadə qeyd etdi ki, bu müsbət tendensiya 2 istiqamətdə özünü ehtiva edir.

"Birincisi Azərbaycan iqtisadiyyatının gücü ölkənin beynəlxalq arenada söz sahibi olmasını şərtləndirir. Ötən illər ərzində Azərbaycan xeyli sayda beynəlxalq miqyaslı təbirlərə ev sahibliyi edib. Digər tərəfdən isə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunur.

İkinci istiqamət ondan ibarədir ki, bu gün ölkəmizdə istehsal olunan müxtəlif məhsullar "Made in Azerbaijan" brendi adı altında dünyanın müxtəlif ölkələrində istehlakçılara təqdim olunur. Bu məhsullar yüksək keyfiyyəti və təbii olması ilə seçilir.Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında iqtisadi gücün təsiri danılmazdır".

Vətəndaş cəmiyyətinin dəstəyi

"Bu gün istər dövlət proqramlarının icrasında, istərsə də müxtəlif iqtisadı tədbirlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti də öz tövhəsini verir. Ölkədə vətəndaş cəmiyyətinə yaradılan şərait çərçivəsində QHT-lər dövlət orqanları ilə əməkdaşlıq edirlər. Bu isə cəmiyyətdə müxtəlif sektorlar arasında əməkdaşlığın başlıca göstəricisi olmaqla yanaşı, həmçinin vətəndaşalrın maraqlarının qorunması baxımdan vacibdir. Bu gün turizmin inkişaf və təbliğ edilməsində QHT-lər tərəfindən onlara layihələr həyata keçirilir. Eyni zamanda xüsusən sevindirici haldır ki, təsərrüfat sektorlarını öz ətrafında birləşdirən assosiasiyalar təsis edilmişdir. Bu assosiasiyalar fermerlərin maarifləndirilməsində, onların məhsullarının xaricə ixrac edilməsində onlara dəstək olurlar".

Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir

OLAYLAR.az

Cəsarət Hüseynzadə

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29