QHT Yevlaxda seminar keçirib
A A A
07/12/2018
Oxunma sayısı : 24441

İnternet bu gün hər birimizin həyatına nüfuz edib. Bu gün əsas məsələ internetin yayılma dairəsi deyil, hansı məqsədlə istifadə olunmasıdır.


QHT.az xəbər verir ki, bunu “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova iyulun 9-da Yevlax şəhərində keçirilən seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, indi insanlar canlı ünsiyyətə deyil, sosial şəbəbkələrdə yazışmalara üstünlük verir.


“Sosial şəbəbkələrdə yazışmalar isə müxtəlif sahələri əhatə edir. Bəziləri uzaqda olan qohumları, dostları ilə ünsiyyət qurursa, digərləri sadəcə vaxt keçirir. Ailəli insanların isə burada keçirdiyi vaxt, tanışlıqları problemlərə sonda isə boşanmalara səbəb olur. Mütəxəssislər bu problemlərlə əlaqədar həyəcan təbili çalır. Narahatlıqlar sadəcə boşanmalarla bağlı deyil. Təxribat törətməyə çalışanlar, terror dəstəsi quranlar da bu internet resursları üzərindən təbliğat aparır. Gənclərimizi, yeniyetmələrimizi bu cür mənfi təsirlərdən qorumalıyıq”, - B.Nəsibova qeyd edib.


İB sədri vurğulayıb ki, xarici ölkələrdə sosial şəbəkələrdən istifadə edənlər öz bizneslərini qurur: “Yaradılan səhifələr, saytlar vasitəsi ilə satışlar həyata keçirilir. Bir çox insan həyatını bu internet resurslarından gələn gəlir üzərində qurur. Təəssüf ki, bizim ölkəmizdə onların sayı barmaqla göstəriləcək qədər azdır.”


Daha sonra eksper Gülü Alməmmədova çıxış edib. O bildirib ki, sosial şəbəkələr bir çox insan üçün virusa, xəstəliyə çevrilib. “Yolda, ictimai nəqliyyatda insanlar görürük. Onların bəziləri bütün yol boyu gözlərini telefonlarından çəkmir. Hətta piyadalar belə aludəçisi olduğu sosial şəbəkələrdən kənar dura bilmir. Məktəbli dərsə gəlir, hansısa elmi məlumatı deyil, sosial şəbəkədə gördüyü videonu, şəkili müzakirə edir. Mən düşünürəm ki, bunun qarşısını almaq lazımdır. Məktəblilərin onlar üçün faydalı olmayan şəbəkələrə girişi qadağan edilməlidir. Xüsusi ilə onların ölümünə səbəb olan oyun və proqramların ölkə ərazisində yayılması qadağan edilməlidir”, - deyə ekspert diqqətə çatdırıb.

Yevlax şəhər Mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev isə sosial şəbəkələr kimi, efirlərimizin də gənclərin həyatlarına mənfi təsir etdiyini qeyd edib: “Bu gün gənclərimizi sosial şəbəbkələr və televiziyalar maarifləndirir. Amma, gəlin, baxaq. Efirimizdə nə verilir? Bizim dəyərlərimizə xas olmayan verilişlər, məlumatlar. Kor-təbii avropalaşmaq istəyi ilə həyata keçirilən layihələr ailələri dağıdır, gənclərin əqidəsini, tərbiyəsini əlindən alır.”

Seminar müzakirələrlə davam edib.


 


 

Gələcəyə Baxış Avropaya İnteqrasiya ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45
QHT sədri ATƏT-in Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?” - 09 / 10 / 2018 14:12
QHT Göyçə, Zəngəzur, İrəvanın təbliği ilə bağlı Gəncə və Göygöldə toplantılar keçirdi - 09 / 10 / 2018 10:25
Kadr hazırlığı - 3 proqramını bitirən tələbələr üçün məzun günü keçirilib - 09 / 10 / 2018 08:50
Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi. - 09 / 10 / 2018 08:48
“Psixoloqların bilik və bacarıqlarının artırılması”mövzusunda təlim keçirilib. - 09 / 10 / 2018 08:44
QHT Qubada gənclərlə görüş təşkil edib - 08 / 10 / 2018 07:52
QHT-lərə Çağrış - 08 / 10 / 2018 07:19
QHT sədri Vyanada ATƏT-in zirvə toplantısında iştirak edəcək - Şuranın dəstəyilə - 07 / 10 / 2018 21:41
"Düha" adlı fotoillüstrasiya sərgisi - 07 / 10 / 2018 18:44
Layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olunub - 07 / 10 / 2018 17:25
QHT ilə "Salyan oil" mübahisəsi bitdi - Müsahibə - 07 / 10 / 2018 13:00
İt is made with the support of Council twelfth edition of News Block of NGO TV - 06 / 10 / 2018 19:50