Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hüquq
Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən icra edilən “Məktəb psixoloqlarının bilik və
bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin
təşkili” layihəsi çərçivəsində
İsmayıllı rayonunda 2 günlük təlim həyata keçirilib. Təlimə regionlardan olan 20 məktəb psixoloqu və
Uşaq birliyi rəhbərləri cəlb edilib.
Təlimi
ilk əvvəl “Hüquq Dünyası” Hüquqi Təbliğat
İB-nin baş katibi, layihə rəhbəri Zaur Quliyev açaraq həyata keçirilən layihə, donor təşkilat barədə
iştirakçılara məlumat verərək bildirib ki, bu gün təlimə regionlardan 20 məktəb psixoloqu və
uşaq birliyi rəhbərləri cəlb olunub. Təlim zamanı müasir praktik psixoloji xidmətin
aktual məsələlərinə uyğun mövzular tədris ediləcəyi, müxtəlif qiymətləndirmə formaları üzərində
praktiki iş aparacağı vurğulanıb.
İsmayıllı
rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi
Teymurov həyata keçirilən layihənin əhəmiyyətini
qeyd edərək, region psixoloqlarının bilik və bacarıqlarının artırılması
baxımından faydalı olacağını qeyd edib.
Təlimçi, psixologia üzrə fəlsəfə doktoru,
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin
rəhbəri, “Loqos” un baş psixoloqu Elmira
Mirzəyeva təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri,
sağlamlıq imkanları məhdud uşaqlarla, o
cümlədən, şagirdlər ilə psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin
əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar
edib. Təlimçi tərəfindən müxtəlif
problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılıb və
müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları kimi təlim üsulları həyata
keçirilib.
Təlimçinin dəstəyi ilə təlimdə iştirak edən hər bir psixoloq fəaliyyət
göstərdiyi məktəbdə və reablitasiya mərkəzində riskli davranışlara və zərərli vərdişlərə
meyilli uşaqlara təlim zamanı əldə
etdiyi biliklərlə sosial - psixoloji
xidmətin göstərilməsi və uşaqlar arasında psixodiaqnostika, psixokonsultasiya işini
aparmaqla, gördüyü işlər barədə qısa hesabat hazırlayıb, təşkilatçılara göndərilməsinin
əhəmiyyəti qeyd olunub. Bunun layihənin davamlılığı üçün əsas amillərdən biri
olacaqdır.
İştirakçılar layihə çərçivəsində təşkil olunan
qeyri - formal təlim kursunun ümumtəhsil məktəblərində və reablitasiya mərkəzlərində
çalışan region psixoloqlarının bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olduğunu
qeyd etmiş, layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, layihənin uğurlu icrasına
görə “Hüquq Dünyası” Hüquqi Təbliğat
İctimai Birliyi öz dərin təşəkkürünü bildiriblər. O cümlədən, məktəb
psixoloqları və uşaq birliyi rəhbərləri üçün belə praktiki təlimlərin davamlı
olaraq təşkil edilməsinin zəruriliyini qeyd ediblər.
Layihə çərçivəsində
keçirilən təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.