Müharibədən zərər çəkmiş uşaqlar haqqında
A A A
07/12/2018
Oxunma sayısı : 8872

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” adlı layihənin icrasını davam etdirir.

Layihədə 1988-2017-ci illərdə erməni təcavüzü nəticəsində qətlə yetirilən, girovluq həyatı yaşayan, şikəst olan, valideynləri şəhid olan, müxtəlif xəstəliklərə düçar olan, orqanları alınaraq öldürülən, çadırlarda dünyaya gələn uşaqlardan bəhs edilir. Filmin çəkilişi vasitəsi ilə ictimaiyyəti, xüsusi ilə gələcəkdə xarici auditoriyanı Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə günahsız uşaqların məhv edilməsinə, valideynlərini itirməklə uşaqlıqlarının əllərindən alınmasına diqqətləri çəkməkdir."Sınan arzular" filminin çəkilişləri Bakı, Mingəçevir şəhərləri, Qazax, Akstafa, Goranboy,Tərtər, Ağdam,Füzuli rayonlarında davam edir.

" Sınan arzular..." filmindən:

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri yüzlərlə azərbaycanlı uşağın vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və girov düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olub. Bu barədə yüzlərlə fakt var. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olan on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər. Müharibə onların həyatının rənglərini dəyişib. O rənglər ağ və qaradan ibarətdi. Müharibə həyatlarında ən ciddi yaraları və izləri buraxıb...



Yasəmən Tofiqqızı, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı- Atamı itirəndə 12 yaşım var idi. Xocalı işğal olanda anamı da itirdim. Üç uşaq tək qaldıq. Amma anamın qayıdacağına ümidim var idi. Düşünürdüm ki, girovluqdadı, bir gün onu da dəyişərlər qayıdar...Günlərin birində Xocalıya aid şəkillərin içərisində anamı qan içində gördüm. Yanında da xalamın oğlu və qızı güllələnmişdilər...Şəhidlər Xiyabanında atamın qəbrini ziyarət edirəm.Yaxşı ki, onun məzarı var. Gedib onunla danışıram. Eh o qədər sözüm olur ki... Müharibə uşaqlığımı əlimdən aldı, heç gəncliyimi də yaşaya bilmədim. Çox ağır xəstəliyə mübtəla olmuşam. Yaşamaq istəyirəm. Yaşadın məni! Qoy dünya görsün ki, müharibə bizə nə bəlalar gətirib...



Layihənin rəhbəri və ssenari müəllifi İctimai Birliyinin sədri Mətanət Əsgərqızıdı.

 

Əsgər Ailələrinə Dəstək İctimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29