Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi
A A A
07/13/2018
Oxunma sayısı : 41030

|


    11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi. Tədbirin mövzusu  cənub bölgəsində ictimayyət arasında marağlı olduğu üçün hətdda iclasa qonşu, Lənkəran və Astara rayonlarındanda şəhid ailləri və müharibə veteranları gələrək iştirak edirdilər.

    İclasda  adiyyəti olan Lerik rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik və Astara rayon şöbəsinin adiyyəti olan idarələrin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və veteranlar iştirak etdilər.

 İclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsi  yad edilərək öz işinə başladı.

 İclasda Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov çıxış edərək iclas iştirakçılarını Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirova adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin cənub bölgəsinin ucqar Lerik rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

  Sonra Habil Məlikov rəsmi statistik məlumat verərək bildirdi ki, əhalisinin sayəna görə 80 min əhalis olan Lerik  rayonu üzrə 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi vardır, onlardan 5 nəfəri Azərbaycanin Milli Qəhranıdır. Bu insanlara hər vaxt I-ci növbədə Lerik rayonu İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin diqqət və qayğsı altında olaraq onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.

  Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,  «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru  Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanaraq davam edir.

  Həyata keçirilən layihənin əsas məqsədidə, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

     Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

   Daha sonra Sərraf Oruc öz çıxışında ümid edərək bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı Qarabağ müharibəsi əlillərinə  birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında söqorta məsələləri öz həllini tapacaqdır.

     Daha sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Polkovnik Arif Həsənov, Lerik  rayon Axsaqqalar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin sədir müavini, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin idarə heyyətinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Xətai Baxışov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Əjdər Qurbanov, Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədov,  Lerik rayon Dövlət Sosial Müdafiyə Fondunun müdüri Malik Mirzəyev,  Lerik rayonu Dovlıt Sığorta idarəsinin sədri Habil Əliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında  və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

    İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara  rayon şöbəsinin rəisi Polkovnik  Valeh Nəcəfov məlumat  verəırək bildirdi ki,  Astara rayon üzrə 316 Qarabağ müharibəsi vetranı, 79 şəhid ailəsi, 41 Qarabağ müharibəsi əlil, 1 nəfəri Azərbaycanin Milli Qəhranı, 124 əfqanstan müharibəsi iştirakçısı vardır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-leytenant Arzu Rəhimovun göstərişinə əsasən,  ölkə prezidentinin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanının isrası Astara rayon aidiyəti təşkilatlar tərəfindən hazırlanaraq müvafiq orqanlara təqdim edilmişdir.

   Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.

   Iclasda şəhid ailələrinə, müharibə əlillərinə Prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını haqqında maarifləndirmə bukleti paylanıldı və Lerik rayon adiyyəti olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara  aydınlıq gətirildi.

   Iclas Lerik rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri  diqqət və qayğıya  və  gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri –Fərmanlar təqdim edilərək  yekunlaşdı.

 




Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00