Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib
A A A
07/18/2018
Oxunma sayısı : 5195

|


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu və audit ixtisası üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” layihəsi çərçivəsində 18 iyul 2018-ci il tarixində Bakı şəhərində Winter Park Hoteldə dəyirmi masa  keçirilib. 


Dəyirmi masada Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova, Vergilər Nazirliyinin nümayəndələri İmran Qarayev və Yunis Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri Kristina Məmmədova və Cavid Kərimov, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, “Sinam” MMC ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov, Maliyyə analitiki İbrahim Süleymanov, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, “İdeal Tibb” şirkətinin direktoru Aytən Quliyeva, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, APFM-in prezidenti Nuriyyə Novruzova, ARPA-nın nümayəndəsi Əli Bayramov, GMB-nin eksperti Kəmaləddin Quliyev, Audit üzrə mütəxəssis Mehdi Babayev,  MG Consulting MMC-nin nümayəndəsi Natiq Məmmədov, Paşa Bank ASC-nin nümayəndəsi Elvina Hamidulina,  AƏSMA-nın “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri Gülnarə Hacıyeva, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev, OYU-nun müəllimləri Əşrəf Həsənov və Elbrus Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi İsa Şəfiyev və QHT nümayəndələri  iştirak edirdilər. 


İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri  Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid təhsil proqramının ilkin versiyasının  hazırlanması və mühasibat uçotu tədrisi ilə əlaqədar problemlərin aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir. Daha sonra tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi. 

Müzakirələr zamanı yeni dərsliklərin hazırlanması, mühasibat uçotu üzrə yeni təhsil proqramının dəyişilmiş qanunvericiliyə uyğun hazırlanması, universitetlərdə mühasibatlıq üzrə proqram təminatı dərslərinin laboratoriya şəraitində keçirilməsi, universitet müəllimlərinin təlimlərə cəlb olunması, işəgötürənlərlə universitetlər arasında sıx əlaqələrin qurulması, universitetlərdə təcrübə saatlarının səmərəli və effektiv keçirilməsi, təcrübə keçmiş tələbələrin qiymətləndirmə meyarlarının dəqiqləşdirilməsi və bir sıra digər təkliflər olundu.
Sonda qeyd olundu ki, ali təhsil pilləsində mühasibat uçotu və audit ixtisası  üzrə hazırlanmış təhsil proqramın ilkin versiyası təkliflər nəzərə alınmaqla daha da təkmilləşdirilərək ilk öncə ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, daha sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaqdır.

Gənc Mühasiblər Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29