Əliməmməd Nuriyev: Prezident seçkilərindən sonra gənc kadrların irəli çəkilməsi və yüksək vəzifələrə təyin olunması siyasi iradənin nümayişi idi
A A A
07/23/2018
Oxunma sayısı : 22522


QHT.az xəbər verir ki, bu fikirləri öz facebook səhifəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açıqlayıb: 

“Dövlət Miqrasiya Xidmətinin cari ildə 6 aylıq fəaliyyəti ilə əlaqədar vətəndaş cəmiyyəti və KİV nümayəndələri üçün keçirdiyi brifinqdə mən də iştirak etdim. Qeyd edim ki, brifinqin keçirilməsi barədə əvvəlcədən məlumat verilmişdi və arzu edən hər kəs dəvət olunmuşdu. Tədbirdə DMX rəisi Vüsal Hüseynov ətraflı məlumat verdi və çoxsaylı sualları cavablandırdı, təklifləri dinlədi. 

Çox sevindiricidir ki, artıq yarımillik və illik hesabatlara həsr olunan tədbirlərin vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə açıq formatda keçirilməsi praktikasının əhatə dairəsi genişlənir. DMX və rəhbəri V.Hüseynov bu formatı ən yaxşı şəkildə reallaşdırdı. Əslində bu statusu bu cür müsbət nümunənin təşviqi üçün yazmaq qərarına gəldim. Hər bir pozitiv, şəffaflıq və hesabatlılığın artmasına töhfə verən yenilik və nümunələr mütləq və mütləq təşviq olunmalıdır. Cəmiyyətimizin fəal kəsimi, xüsusən ictimai rəyin formalaşmasında güclü rola malik KİV və vətəndaş cəmiyyəti bu istiqamətdə töhfə verməli, öz səylərini əsirgəməməlidirlər. Bu cür nümunə və islahatların davamlı xarakter alması, dayanıqlı olması, bütün hökumət səviyyəsində qabaqcıl standarta çevrilməsi üçün ictimai dəstək və inamın ifadə edilməsi çox mühümdür. Hər hansı islahatın uğuru ictimai dəstəkdən və müsbət mühit formalaşması səylərinin nəticəsindən xeylı dərəcədə asılıdır. İslahatlara qarşı mümkün müqavimətin aradan qaldırılması, çətinliklərin dəf edilməsi üçün səylərin səfərbər edilməsində ictimai dəstək çox vacibdir. 

DMX və qurumun rəhbəri V.Hüseynovun hesabatı göstərdi ki, zəruri menecerlik bacarığı, yaxşı idarəçilik metodları, şəffaflıq və hesabatlılıq standartları nəzərə alınaraq tətbiq ediləndə rəğbət doğuran nəticələr ortaya qoymaq mümkündür. Ən əsası islahat potensialından düzgün istifadə edən, mövcud riskləri və ən başlıcası imkanları düzgün qiymətləndirən rəhbər və komandaya, yeni idarəçilik yanaşması, üslubuna ehtiyac var. DMX-nin fəaliyyətində və V.Hüseynovun timsalında biz hazırda bunu müşahidə edirik. 

Şübhəsiz ki, bütün bunlar açıq ifadə edilən siyasi iradə olmadan mümkün deyil. 11 aprel prezident seçkilərindən sonra gənc kadrların irəli çəkilməsi və yüksək vəzifələrə təyin olunması bu iradənin nümayişi idi. Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar isə bütün dövlət-hakimiyyət orqanları üçün aydın siqnal və çağırış kimi başa düşülməlidir”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45
QHT sədri ATƏT-in Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?” - 09 / 10 / 2018 14:12
QHT Göyçə, Zəngəzur, İrəvanın təbliği ilə bağlı Gəncə və Göygöldə toplantılar keçirdi - 09 / 10 / 2018 10:25
Kadr hazırlığı - 3 proqramını bitirən tələbələr üçün məzun günü keçirilib - 09 / 10 / 2018 08:50
Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi. - 09 / 10 / 2018 08:48
“Psixoloqların bilik və bacarıqlarının artırılması”mövzusunda təlim keçirilib. - 09 / 10 / 2018 08:44
QHT Qubada gənclərlə görüş təşkil edib - 08 / 10 / 2018 07:52
QHT-lərə Çağrış - 08 / 10 / 2018 07:19
QHT sədri Vyanada ATƏT-in zirvə toplantısında iştirak edəcək - Şuranın dəstəyilə - 07 / 10 / 2018 21:41
"Düha" adlı fotoillüstrasiya sərgisi - 07 / 10 / 2018 18:44
Layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olunub - 07 / 10 / 2018 17:25
QHT ilə "Salyan oil" mübahisəsi bitdi - Müsahibə - 07 / 10 / 2018 13:00
İt is made with the support of Council twelfth edition of News Block of NGO TV - 06 / 10 / 2018 19:50