Atatürk Mərkəzində “Türkologiya” kitabının təqdimatı keçirilib
A A A
07/27/2018
Oxunma sayısı : 39923

|

İyulun 27 də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib.


Tədbirdə layihə çərçivəsində türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq yeni fundamental araşdırmaları özündə əks etdirən “TÜRKOLOGİYA” adlı kitab ictimaiyyətə təqdim olunub. Kitabın müəllifləri - Milli Məclisin deputatı akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Layihənin rəhbəri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlıdır.

Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək bildirib ki, məqsəd Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəyliyində rolu və təsir imkanlarının, Türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğinə istiqamətlənib. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra türk dünyasının birliyinin aspektləri, türk xalqlarının ortaq dəyərlərinin əsaslarının tədqiqi istiqamətində həm elmi-mədəni, həm də dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Bəzi alimlərin məsələ ilə ilgili məhdud sayda kitabları vardır. Amma məhz müstəqillik dönəmində aparılan araşdırmaların əsas özəyini təşkil edən materiallar sistemləşdirilərək bir elmi-mədəni vəsait kimi təqdim olunmamışdır. Biz uyğun nəşr və müzakirələrlə çıxış etmək, ortaq milli-mənəvi, tarixi, mədəni, ideoloji maraqlarımızın təbliğini gücləndirməklə müasir Azərbaycan türkoloji fikri haqqında real təsəvvürlər yaranması işinə kömək etməyə çalışmışıq.

Tədbirdə Akademik, millət vəkili Nizami Cəfərov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Emin Qəribli, professor Minəxanım Təkləli, şair, sosoloq, iqtisad elmləri doktoru Əməd Qəşəmoğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyeva mövzu ətrafında çıxış edərək kitabın müasir türkolofi araşdırma materialı kimi mühümlüyünü, fikir və mülahizələrini bildiriblər. Qeyd olunub ki, Azərbaycan türkoloji düşüncəsi elmi-mədəni baxımdan, türk xalqlarınıın birlik arzularının həyata keçməsində mühüm amillərdən biridir. Kitabda Türklər haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi, qədim türklər,türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və Türk dünyasnda inteqrasiya məsələləri elmi ideoloji baxımından ətraflı şəkildə araşdırılıb.
Kitabdan elmi dairələr, türkologiya sahəsində elmi araşdırmalar aparan şəxslər (qurumlar), tələbə və gənclər, habelə ölkəmizdən kənardakı qədim tarixi torpaqlarında yaşayan soydaşlarımız, müasir Azərbaycan türkologiyasının milli özünüdərk prosesində rolu barədə dolğun məlumat əldə edəcəklər.



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03