Ümidim sizədir, bizi böyüksüz buraxmayın! – Könül Quliyeva yazır
A A A
07/27/2018
Oxunma sayısı : 6185

Könül Quliyeva

Boğuluram… İçimdəki firtınalı dəryada boğuluram! Birdəfəlik batmaqdan, əbədi qərq olmaqdan qorxuram!

Əsirəm… Ayaqlarım bir daha vücudumu saxlaya bilməyəcək kimi əsirəm! Budağından ayrılmaq anında olan saralmış yarpaq kimi titrəyirəm!

Susuram… Səsim içimdə gizlinə çəkilib! Sanki lal olmuşam, nitqim batıb.

Qorxuram…. Amma hələ də anlaya bilmirəm ki nədən qorxuram? Əslində həyatım elə qorxularla keçir. Qorxular mənim ən sadiq sirdaşımdır. Onlar məni heç vaxt yalnız qoymadı. Körpəlikdən bu günədək daim yanımda oldular. Nədənsə minlərlə adamın içində həmişə məni seçdilər. Deyirlər hələ ölümdən sonra da axirət qorxusunun ağuşunda olacağıq. Bu gün nəsil-kökümüzün ağbirçəyi, ən çarəsiz durumda qalanda son sığınacağım olan mamam açıq ürək əməliyyatına girəcək. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm… Əməliyyat otağından, ürəyini yaracaq bıçaqlardan, əlcəkli cərrahların bir yanlışlıq edəcəyindən qorxuram. Yenidən yetim qalmaqdan qorxuram. Bezmişəm bu yetimlikdən, daha yetim qalmağa nə gücüm, nə də dözümüm var. İnsan nə qədər yetim qalar? Vallah yetimlik məni taqətdən salıb.

Mama, sən mənə görə dözməlisən. Bilirsən ki mənim son pənahım, sığınacağım sənsən. Məni tərk etsən, səni bağışlamaram. Yetim qalmağın qorxusunu, ağırlığını heç kim mənim kimi anlamaz… Ani ürək tutmaları ilə vaxtsız dünyadan köçən qardaşlarının övladları ata qoxusunu, təskinliyini səndən alır. Sən də qardaşların kimi vəfasızlıq etmə, məni özümdən, həyatımdan küsdürmə. İndiyədək nə sənin qayğını çəkmişəm, nə də sənə olan sevgimi, istəyimi ifadə edə bilmişəm. Əksinə, həmişə ərköyünlük etmişəm, sən mənim nazımı çəkməlisən deyə düşünmüşəm, hələ ara-sıra incitmişəm, xətrinə də dəymişəm. O biri qardaş balalarına səni qısqanmışam, hətta öz bacıma da. Elə onlar da mənim kimi səni bir-birlərinə qısqanırlar. Sadəcə dilə gətirən, daha çox uman, inciyən mən idim. Neyləyim, əlimdə deyil. İndi sanki bir hiss məni vadar edir ki, sənə olan istəyimi ifadə edim. Bunu həmişə arxanca demişəm. Bəlkə də üzünə deməyə lənətə gəlmiş eqom imkan verməyib.

İndi deyirəm, bu həyatda hər şeyə dözərəm, bircə sənin göz yaşlarından və yoxluğundan başqa. Bilirsənmi niyə? Sən bütün kədərini içində dəf edən, kimsəni incitməyən, kimsəni üzməyən birisən. Həyat yoldaşın şəhid olanda 34 yaşın olub. Saçının birini ağ, birini qara hörüb, bir üzü qız, bir üzü gəlin şəhid oğluna analıq etmisən. Övladını min bir zəhmətlə təkbaşına böyütmüsən. Sən şəhid ruhunu şad edən, onun əmanətini ona layiq böyüdən, bu ölkənin, cəmiyyətin ən şərəfli, ən cəsur qadınlarından birisən! Sən kitablara köçürüləsi, oxunulası, öyrəniləsi gerçək qəhrəmansan. Səni oxumaq, anlamaq asan deyil. Sənin ürəyinin səsini, sızıltısını dinlədikcə, həyatını vərəqlədikcə orda nələr görünmür? Sənin kədərli, sevincli həyat səhifəndə yazılanlar tale adlı real bir əsərdir. O əsərin hələ sona çatması çox tezdir. Allah onu bizə bu tezliklə yaşatmasın. İndi bütün ümidlərim doktoruna, dualarım Allahımadır! İllərdir içində gəzdirdiyin dərdlərə o kövrək ürəyinin damarları dözmür. Qəlbini sarımış yaraları, əzabları, sızıltıları Allahım, taqətdən düşmür damarlarını isə əməlliyyat edəcək doktorun görəcək.

Bu gün səninlə bərabər doktorun üçün də dua edəcəm. Deyəsən adı Vüqardır. Əməliyyatdan qarşımıza vüqarla çıxması üçün Allaha dua edəcəm. Doktor, bu gün əlinizdə olacaq o ürəkdəki yaralar sizin hər gün müayinə etdiyiniz yaralardan deyil. O, başqa bir ürəkdir! Siz ürək adlı nəhəng bir dağı yaracaqsınız.

O dağın zirvəsindən püskürəcək vulkan mənə yenidən ümid verəcək. Ümidim sizədir, bizi böyüksüz buraxmayın!

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29