Müharibə Əlilləri üçün Müalicə Pansionatında monitorinq keçirilib
A A A
08/03/2018
Oxunma sayısı : 39952

|

        02 avqust 2018-cı il tarixində, Əlil vətəndaşlara diqqət və qayğını gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən,  “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi­hə­si çərçivəsində, QHT–rəhbərlərinin iştirakı ilə, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə Əlilləri üçün Müalicə Pansionatında müalicə alan vətəndaşların müalicələrinə  monitorinq keçirildi.

       Monitorinqdən sonra Mərkəzin iclas zalında, mərkəzdə müalicə alan vətəndaşlarla, tib işciləri və Lənkaran şəhərində fəaliyyət göstərən adiyəti olan QHT–rəhbərlərinin iştirakı ilə iclas keçirildi.                        

Iclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsi  yad edilərək öz işinə başladı.

      İclası Pansionatının direktoru Pərvanə Hacıyeva  açaraq qonaqlarıMüharibə Əlilləri üçün Müalicə Pansionatının kolektivi adından salamladı. Sonra Vəfa Şəbiyeva Mərkəz haqqında ətrafləı məlumat verərək bildirdi ki, Müharibə Əlilləri üçün Müalicə Pansionatı əlillərə bərpa müalicəsi xidməti göstərilməsi üçün nəzərdə tutulan 250 çarpayılıq müəssisədir.

        Pansionatın məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılmasından ibarətdir.  Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümümiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.

         Azərbaycan Respub­likası “Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru  Sərraf Oruc çıxış edərək xususi ilə qeyd ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!». Müharibə əlilləri üçün müalicə pansionatı müharibə əlillərinin müalicə almaları üçün ümummilli lider Heydər Əliyevin xususi göstərişi ilə tikilərək müharibə əlillərinin xidmətinə verilmişdir.

       Bu gündə, müharibə əlillərinin  tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlar davam edir və bundan sonrada ölkə rəhbəri tərəfindən davam edəcəkdir.

       Sərraf Oruc çıxış edərək bildirdilər ki, Azərbaycan Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini  təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır.  

       Tədbirdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov həyata keçirilən layihənin əsas məqsədi haqında bildirdi ki, əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün putyovka almalarına köməklik göstərərək, onların müalicələrinini təşkil etməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və başqa əmək müəssisələrində yaranmış problemləri monitorinq  edərək araşdırıb onlara hüquqi köməklik göstərmək və əlil vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

        Layihə, Bakının Sabunçu, Xəzər və Lənkəran şəhrində yerləşən İdarə və müəssələrdə çalışan əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Məkəzi, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə Əlilləri üçün Müalicə Pansionatı  Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərəzlərində monitorinq apararıb əlill vətəndaşların müalicə prosiduralarına ictimai nəzarət edirik.

      Məcid Məmmədov çıxışının sonunda, Müharibə Əlilləri üçün Müalicə Pansionatında səliqə-səhmman və mərkəzin kolektivinin müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətin təkilindən və onlara götərilən diqqət və qayğıdan mənmum olduğunu bildirərək, gözəl xidmətin təşkilinə görə ilk öncə Pansionatın direktoru Pərvanə xanım Hacıyevaya, həkimlərə və tibb başılarına öz təşəkkürünü bildirdi.

      İclasda iştirak edən, Pansionatda müalicə alan müharibə əlilləri və həkimlər çıxış edərək, pansionatında əlil vətəndaşlarla göstərdikləri tibbi müalicədən, xidmətdənvə onlara götərilən diqqət və qayğıdan razı qaldığlarını bildirdilər. 

      Çıxşış edənlər öz çıxışlarının sonunda, tədbirdə iştirak edən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Ekspert şöbəsinin baş məsləhətçisi Cavid Tağıyevdən və qonaqlardan pansionatın resisional müalicə otaqlarının az olduğunu nəzərə alaraq, pansianatın həyətində xəstələrin resional müalicə almaları üçün ayrca bina tikilməsi üçün yuxarı dairələrdə məsələ qaldırımasını  xahiş etdilər.   

   Iclas iştirakçılarına, layihə çərçivəsində hazırlanmşı “Əlil vətəndaçların tibbi reabilitiyasası  və əmək fəaliyyətlərindədi imtiyazları” haqqında maarifləndirmə kitabları paylanıldı.

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03