Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən 19-26 iyul 2018-ci il tarixlərdə Cəlilabad, Masallı və Lənkəran rayonlarında, regionlarda istehlakçı hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi məqsədi ilə sorğu keçirilmişdir.Sorğuda 275 nəfər iştirak etmişdir.Onlardan 201 nəfəri(73%) kişi, 74 nəfəri(27%) qadın iştirakçı olmuşdur.İştirak edənlərin 168 nəfəri(61 %) orta təhsilli, 73 nəfəri(26,5 %) orta-ixtisas təhsilli, 34 nəfəri isə(12,5 %) ali təhsillidir.
İştirakçılar İstehlakçı hüquqları haqqında məlumatlısınızmı? sualına 195 nəfər (71%) bəli, 80 nəfər xeyr cavabını vermişdir.Azərbaycanda istehlakçıların hüquqlarının dövlət tərəfindən qorunduğunu bilirsinizmi sualına 210 nəfər( 76 %) bəli, 65 nəfər isə xeyr cavabını vermişdir.Mal və xidmətlərin istehlakı zamanı sizin tanıdığınız şəxsin hüququnun pozulması halı ilə raslaşmısınızmı sualına 110 nəfər (40%)bəli cavabını vermişlər. Onlar bu kimi halların hesabda, çəkidə,elektrik mallarının alışında,mal və məhsulun aşağı keyfiyyətində,ticarətdə,geyim dükanında, telefon təmiri zamanı, məhsulun qaytarılmasından imtina edilməsi,marketlərdə, bazarda və xırda dükanlarda tanışlarının aldadılması halları ilə qarşılaşdıqlarını qeyd etmişlər. İştirakçılardan 165 nəfər(60 %) tanışlarının belə bir hallarla qarşılaşmadığını qeyd etmişlər.
İstehlakçı hüquqlarının pozulması ilə əlaqədar hər hansı dövlət qurumuna müraciət etmisinizmi? sualına 64 nəfər(23%) bəli, 211 nəfər(77 %) isə xeyr cavabını vermişdir.Müraciət edənlərdən 43 nəfəri şikayətlərinin təmin edildiyini, 21 nəfər təmin edilmədiyini qeyd etmişlər.
Mal və xidmətlərin reklamı zamanı açıqlanan keyfiyyət və kəmiyyət göstəriciləri ilə bağlı nə düşünürsünüz? sualına 49 nəfəri(18%) tam doğrudur,46 nəfəri(17%) isə yalandır cavabını göstərmişlər.Respondentlərdən 180 nəfəri(65%) nisbətən doğrudur cavabını vermişdir.
Qiymət güzəştləri (endirimlər) haqqında reklam məlumatları reallığı əks etdirirmi? sualına 70 nəfəri (25 %) bəli, 205 nəfəri(75%) isə xeyr cavabını vermişdir. Qiymət yanıltmaları ilə rastlaşdıqda nə edirsiniz? sualına - geri qaytarıram, hüququmu tələb edirəm,haqqımı tələb edirəm, gözəl Allaha tapşırıram,Fikir mübadiləsi aparıram,Almıram-başqa yerə gedirəm,etirazımı bildirirəm, xeyri olmasada etirazımı bildirirəm,müdirriyyətə müraciət edirəm ,dövlət qurumlarına müraciət edirəm,lazim olan yerə müraciət edirəm ,şikayət edirəm tipli cavablar vermişlər.
İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyətindən razısınızmı sualına? 201 nəfər (73 %) bəli, 74 nəfər (27 %) isə xeyr cavabını vermişdir.
İstehlakçı hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi haqqında təkliflərə gəldikdə isə respondentlər nəzarətin gücləndirilməsini,maarifləndirmə aparılmasını, qaynar xətt xidmətininin fəaliiyətinin genişləndirilməsini, televiziya proqramlarının yaradılmasını,satıcılarla görüşlərin keçirilməsini, şikayətlərə baxılmasını və huquq pozanların cəzalandırılmasını, monitorinq-çek tələbinin təmin olunmasını,un və un məhsullarının paketləndirilməsini, kənd təsərüfatı məhsularına,tərəzi və başqa çəki ilə işləyənlərə xüsusi nəzarət olunmasını təklif etmişlər.
Ümid edirik ki, aparılan sorğunun nəticələrini aidiyyatı orqanlar gələcək fəaliyyətlərində nəzərə alacaqlar