“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin hesabatı
A A A
08/04/2018
Oxunma sayısı : 38736

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi
Hesabat dövrü: 01.07.2018- 31.07.2018

1. HESABAT DÖVRÜ ƏRZİNDƏ
NAİLİYYƏTLƏR
Cari hesab dövründə ümumilikdə 55 nəfər xidmət üçün Mərkəzə müraciət etmişdirlər. Müraciət edənlərdən 11 nəfər təkrarən xidmətlərdən istfadə etmişdir. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 55 nəfərdən 40 nəfərə yalnız hüquqi xidmət, 5 nəfərə yalnız psixoloji xidmət, 10 nəfərə isə həm psixoloji, həmçinin də hüquqi xidmət göstərilmişdir. Müraciət edən şəxslərdən 4 nəfərin qohumlarına ( övladlarına və valideyinlərinə) də psixioloji xidmət göstərilmişdir. Hüquqi və psixoloji xidmət üçün müraciət edənlərin müraciət etdikləri mövzular (problemlər):
1. Maliyyə məsələləri – 13 müraciət.
2. Əmlak – Mülkiyyət hüququ – 8 müraciət.
3. Boşanma (Nigahın ləğvi)- 5 müraciət.
4. Əmək hüququ – 6 müraciət.
5. Qəyyumluq və Himayəçilik problemləri – 5 müraciət.
6. Alimet məsələləri – 4 müraciət.
7. Məişət zorakılığı – 6 müraciət.
8. Seksual zorakılıq qurbanları – 1 müraciət.
9. Digər sosial problemlər – 4 müraciət.
10. Cinayət işləri üzrə – 2 müraciət.
11. İnsan alverinin qurbanı – 1 müraciət.

Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinsi üzrə sayı:
– 34 nəfər qadın;
– 21 nəfər kişi.
Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilmişdir. Müraciət edənlərdən 18 nəfərin işi üzrə ərizə, şikayət və müraciətlərin hazırlanmasında və göndərilməsində köməklik göstərilmişdir. 8 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu işlər üzrə prosesin getişatına uyğun olaraq davamlı hüquqi xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.
Psixososial xidmətdən yararlanmaq üçün müraciət edənlərin hər biri ilə ilkin konsultasiyalar təşkil edilmişdir. İlkin konsultasiyadan sonra davamlı fərdi konsultasiyaların təşkili planlaşdırılmış və konsultasiya günləri təyin edilmişdir.

2. İnsan alveri qurbanları/ehtimal olunan qurbanlar və potensial qurbanlara Mərkəzdə göstərilən birbaşa yardım haqqında
Müraciət edənlərdən 1 nəfər insan alverinin qurbanı müəyyən edilmişdir. Həmin şəxsə psixoloji xidmət göstərilmiş və xidmətin davamlı olması planlaşdırılmışdır. Psixososial xidmətdən əlavə olaraq insan alverinin qurbanlarına xidmətlərin göstərilməsi sahəsində çalışan hüquq mühafizə orqanlarının ünvanları, onlara müraciət formaları izah edilmişdir. Bakı şəhərində fəaliyyət göstərən “sığınacaq” barədə ətraflı məlumat verilmişdir.
Müraciət edənlərdən 6 nəfər məişət zorakılığının, 1 nəfər isə seksual zorakılığın qurbanı aşkar edilmişdir. Bu şəxslərə hüquqi və psixoloji xidmətlər göstərilmişdir. Seksual zorakılığın qurbanı olmuş azyaşlının şikayəti üzrə cinayət işi aparıldığı üçün bu iş nəzarətə götürülmüşdür. Seksual zorakılığın qurbanı olmuş şəxsin anasına və azyaşlı qardaşına da psixoloji xidmət göstərilmişdir.

3. Qeyri- hökümət və ya başqa qurumlar tərəfindən göstərilən xidmətlərə yönlədirilmə. İnsan alveri qurbanlarının uşaqlar daxil olmaqla) peşə təliminə və ya təhsil proqramlara yönləndirilməsi, məşğulluq xidmətinə istiqamətləndirilməsi və işlə təmin edilməsi.

– Müraciət edənlərdən iki nəfərin əmək hüquqlarının bərpası məqsədi ilə müvafiq dövlət orqanlarına müraciətlər hazırlanmış və göndərilnmişdir.
– Müraciət edən şəxslərdən iki nəfərin qarşılaşdığı problemlərin həlli məqsədi ilə Sumqayıt şəhəri Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilmişdir.
– Məhkəmə qərarları icra edilməyən iki nəfərin işi üzrə AR Ədliyyə Nazirliyinə müraciətlər göndərilmişdir.

4. ÜZLƏŞDİYİNİZ ÇƏTİNLİKLƏR VƏ GÖRÜLMÜŞ TƏDBİRLƏR

• Cari hesabat dövründə üzləşdiyiniz çətinliklər haqqında məlumatı qeyd edin.
1. Cari hesabat dövründə xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin sayının artırılmasına ehtiyac vardır.
• Çətinliklərə dair görülmüş tədbirlər (əgər varsa)

1. Müraciət edənlərin saylarının çoxaldılması məqsədi ilə şəhərin bir neçə yerində elanlar vurulmuşdur. Sosial şəbəkələrdə hüquqi və psixososial xidmətdən yararlanmağa dəvətlər yerləşdirilmişdir.

5. “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən göstərilən hüquqi və ya psixososial xidmətlərdən faydalanan benefisiar və ya müştərilərin uğur hekəyaləri.

– Hüquqi xidmət üçün müraciət edənlərdən bir nəfərin işi üzrə uzun müddət icra edilməyən məhkəmə qətnaməsinin icrasına nail olunmuşdur.
– Psixososial xidmətin nəticəsində boşanmaq üçün məhəkəmədə iddia qaldırmış ailənin barışmasına və ailənin birləşməsinə nail olunmuşdur.
– 2 nəfər əmək hüquqları pozulmuş şəxslərin ödənilməyən əmək haqqılarının ödənilməsini təmin etmək mümkün olmuşdur.
– 1 nəfərin işi üzrə anadan gizlədilən övladların məhkəmə qərarı ilə ananın himayəsinə verilməsinə və aliment iddiasının təmin edilməsinə nail olunmuşdur.
– 1 nəfərin işi üzrə uzun müddətdir ödənilməyən aliment borcunun ödənilməsini təmin etmək mümkün olmuşdur.
1 nəfərdə özünü öldürməyə meyillik hissləri dəff edilmiş və o reablitasiya edilmişdir.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00