Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib
A A A
08/09/2018
Oxunma sayısı : 34058

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Açıq Hökumətin təşviqi: bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarının, hüquqi biliklərin, peşə bacarıqlarının artırılması, şəffaflığın təmin edilməsi və korrupsiyanın azaldılması üçün tədbirlərin təşkili” layihəsi Şəmkir rayonunda növbəti dəfə həyata keçirilmişdir. Layihə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim ictimai Birliyi tərəfindən icra edilmişdir.

Təzəkənd, Zəyəm və Kür qəsəbələri, Qaracəmirli, Mahmudlu, İskəndərli, Keçili bələdiyyələri üzlərinin və qulluqçularının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə məlumatlandırma sessiyaları Kür qəsəbəsində və Təzəkənd kəndində həyata keçirildi. Məlumatlandırma sessiyasının əsas məqsədi yerli özünüidarə orqanlarının, bələdiyyə üzvlərinin və qulluqçularının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə üzvlərinə qulluqçularına etimadının yüksəldilməsi, bələdiyyə üzvlərinin, qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və bələdiyyə üzvlərinin, qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri, qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən, qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, bələdiyyə üzvlərinin, qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsidir.

Sessiya zamanı B.Hümbətov, R.Quliyev, S.Əliyev. A.İsmayılova, K.Kamilov çıxışlarında bələdiyyənin bu kimi problemlərinin aradan qaldırılması üçün qanunun aliliyini xüsusi ilə vurğuladılar. Eyni zamanda bələdiyyənin sosial-iqtisadi, demokratik inkişafı üçün etik davranış qaydalarının ildə bir dəfə bələdiyyələrdə müzakirəyə çevrilməsini məqsədəuyğun hesab etdilər. Çıxışçılar etik davranış qaydaları üçün seçicilərin də məlumatlandırılmasının önəm kəsb etdiklərini bildiriblər.

Məlumatlandırma sessiyalarında Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Fəxrəddin Vəliyev, Şəmkir Regional Ədliyyə İdarəsinin məsləhətçisi T.Qəhrəmanov, Şəmkir RQRTİB-in sədri Fuad Bədəlov, ekspert Rafiq Muradov, Məhərrəm Göyüşoğlu iştirak ediblər.

Məlumatlandırma sessiyaları 24.07.2018-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində və 25.07.208-ci ildə Kür qəsəbəsində həyata keçirilib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03