Bunları AzNews.az saytına Tacikistan prezidenti Emoməli Rəhmanın Azərbaycana səfəri haqqında danışan politoloq Rufiz Qonaqov deyib. O, bildirib ki, Azərbaycanın Orta Asiya ölkələri ilə eləcə də Tacikistanla hər tərəfli münasibətləri var:

"Bu münasibətlər iqtisadi, siyasi və digər sahələri əhatə edir. Digər səfərlər kimi bu səfər də öncədən planlaşdırılıb. Səfər çərçivəsində iki tərəfli müqavilələr, birgə bəyannamənin imzalanması və eyni zamanda prezidentlərin KİV-ə bəyanatları nəzərdə tutulurdu.

Düşünürəm ki, ümumiyyətlə Azərbaycanın öz qonşuları ilə, eyni zamanda digər xarici ölkələrlə, Tacikistanla və eləcə də Orta Asiyanın digər ölkələri ilə çox gözəl münasibətləri var. Bu münasibətlərin bundan sonra da inkişaf etməsi üçün çox gözəl zəmin var və bu zəminin möhkəmlənməsi üçün Tacikistan prezidenti bu gün burdadır."

Politoloq səfərin strateji baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb:

"Azərbaycan həmişə Orta Asiya ölkələrin daha da yaxınlaşması, birgə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olub. Tacikistan və Azərbaycan arasında həmişə gözəl münasibətlər olub. Bir sözlə istər iqtisadiyyat, istərsə də siyasi sahədə Orta Asiya dövlətl ərin yaxınlaşmasına xidmət edən görüşdür."

Pərvanə AĞAZADƏ
AzNews.az