Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub
A A A
08/11/2018
Oxunma sayısı : 32015

|

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti və Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi kazak genral-mayoru Sərraf Orucovun verdiyi məlumata görə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun rəsmi dəvəti ilə, 5 avqustdan 10 avqust 2018-ci il tarixinə kimi, Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, dünya şöhrətli kazak marşalı Saqaydak Dimitri İvanoviç və onun Azərbaycan üzrə müşaviri, kazak marşalı Üzeyir Vahabov Azərbaycan veteran təşkilatları, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyi ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişlər.
      
 Avqustun 5-ində  Ukraynalı qonaqlar ilk öncə Fəxri xiyabana gedərək, ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib  məzarı önünə gül dəstəsi qoyaraq ziyarət etdilər. Sonra şəhidlər xiyabanına gedrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad etdi. 
       Daha sonra qonaqlar, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsini yad edib, abidəsi önünə gül dəstəsi qoydu. Sonra o, Şəhidlər Xiyabanında Ziyarət zamanı Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidənidə ziyarət edətək, abidə önündə  baş əyərək gül dəstəsi qoydu.
      Elə həmin gün, Ukraynalı qonaqlar, Bakıdakı Müqəddəs Jen-Mironosits Rus-Provoslav Kofedral kilsəsini ziyarət etdikdən sonra, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzininində, Bakı və Azərbaycan Arxeyepiskopu Əlahəzrət Aleksandır Bakı və Azərbaycan Yeparxiyası, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın adından salamlayaraq, “Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydakın Jen-Mironosits Rus-Provoslav Kofedral kilsəsini ziyarət etdiyindən məmnun olduğunu bildirdi.  
       Azərbaycan yeparxiyasının mətbuat xidmətinin rəhbəri Konstantin Pominovla tanışlıq görüş keçirilərək qonaqlara qədim Kofedral kilsə və Mərkəz haqqında ətraflı məlumat verildi.  
       “Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak rəhbərlik etdiyi  “Zaparoji Kazakları” Birliyinin fəaliyyəti barəsində və birliyinin kazaklarının Kiyev-Peçersk Lavra və Ukraynadakı bütün xiristyan, pravoslav kilsələrinin, məbədləri müafizə etdiklərini bildirdi. 

      Avqustun 6-sında, Azərbaycan Respub¬likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin diasporlarlarla iş sektorunun müdiri Qafar Əliev rəsmi qəbul edərək qonaqları Prezident Administrasiyasının rəhbərliyi adından salamladı.
      “Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak  rəhbərlik etdiyi təkilat haqqında ətraflı məlumat verərək bildirdi ki, Beynəlxalq “Zaparoji Kazakları” Birliyi dünyanın bir çox ölkələri ilə dostluq əlaqələrini saxlayır, dövlətlər və xalqlar arası münasibətlərdə daha çox qarşılıqlı anlaşma təşviq edir. Bu dost ölkələrindən biridə Azərbaycan dövləti və xalğıdır.
     Uk¬¬ray¬¬na dövlət orqanlarının rəsmi statistik məlumatına əsasən Uk¬¬ray¬¬nada 45176 nəfər Azərbaycanlı yaşayır və Ukraniya–Azərbaycan əlaqələri sürrətlə inkişaf edir. Hesab edirik ki, iki dövlətin, Azərbaycan və Ukraynanın veteran, diaspor təşkilatları ilə yeni səviyyədə qarşılıqlı münasibətlərini və dostluq əlaqələrini dahada inkişaf etdirərək, Azərbaycan və Ukrayna xalqlarının dostluq görüşlərin, mədəni tədbirlərin və bayramlarını daha da inkişaf etdirmək lazımdır. 
      Görüşdə Azərbaycan-Ukraynanın veteran, diaspor təşkilatları ilə yeni səviyyədə qarşılıqlı münasibətlərini və dostluq əlaqələrini dahada inkişaf etdirərək, dostluq görüşlərin, mədəni tədbirlərin keçirilməsi, Böyk Vətən Müharibəsində Ukrayna uğrunda geden döyüşlərdə həlak olmuş Azərbaycanlıların məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanılması, ehtiyacı olan müharibə əlillərinin Ukraynada müalicə olunmalarına köməklik edilməsi məsəlləri müzakirə edilərək müsbət qarşılandı.
      Avqustun 7-sində Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatında veteranlarla və “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin kazak qardaşları ilə görüş keçirildi.  
       Görüşdə, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatın sədri, ehiyatda olan genral polkovnik Tofiq Ağahüseyinov, sədr müavini ehiyatda olan polkovnik Cəlil Xəlilov, Ehtiyatda olann Zabitlər Konfedrasiyasının sədr müavini ehiyatda olan polkovnik Hikmət Ağayev, Ehtiyatda olann Zabitlər Konfedrasiyasının ifdarə heyətinin üzvü ehiyatda olan polkovnik Xətai Baxışıv, ehiyatda olan polkovnik Elşad Şabanov, ehiyatda olan polkovnik Adil Hakverdiyev, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Atamanı, kazak  polkovniki Çiqiryov Yuri Sergeyeviç, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Baş qərərgah rəisi, kazak  mayoru Aslan İsmayılov, Qarabağ vetranı Veteran qəzetinin Baş redaktoru Qafar Nuriyev və başqaları çıxış edərək, Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydakın və kazak marşalı Üzeyir Vahabovun Azərbaycana işgüzar səfərə gələrək azərbaycan veteranları ilə görüşdüyükləri üçün qonaqlara öz təşəkkürlərini bildirdilər.
       Görüşün sonunda gələcəkdə veteran təşkilatların qarşılıqlı əməkdaşlıq edib, Azərbaycan-Ukraniya veteran təşkilatlarının həmrəylik nümayiş etdirmək üçün birgə tədbirlərin keçirilməsi qərara alındı. 
      Tədbirin sonunda, Azərbaycan və Ukraynanın veteran təşkilatları ilə qarşılıqlı münasibətlərin və dostluq əlaqələrini inkişaf etdirdiklərinə görə, 15 nəfər Silahlı Qüvvələrin, Əfqansdan və Qarabağ müharibələrinin vetranlarına, Beynəlxalq “Zaparoji Kazakları”-nın orden, medalları və Fəxri-Fərmanları ilə təltif olundu və xatirə şəkili çəkildi.
      Avqustun 7-sində Cənub bölgəsinə səfər edərək Cəllabad, Lənkaran və Astara rayonlarında oldular.  İlk öncə Cəllabad rayonunda yerləşən, yaşı 300 ildən artıq olan kazak məbədi ilə tanş olmuşlar. Daha sonra Lənkaran şəhərində Şəhidlər xiyabanınıziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdilər. 
       Daha sonra qonaqlar, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin xatirəsini yad edilərək hər iki qəhramanın abidəsi önünə gül dəstəsi qoydular. 
      Sonra Lənkaran şəhərində, 1795-ci ildə Rusiya imeriticasının şəxsi sərancamına əsasən Azərbaycanın cənub sərhədlərini İran yürüşlərindən qorunmaq məqsədi ilə Azərbaycanin cənub bölgəsinə gəLərək orada xidmət Edərkən vəfat etmiş və Azərbaycan Respublikasının ərazisində 1795-ci ildə Ləkaran şəhərində dəfn edilmiş, məşhur Ukraynalı kazak qenral-briqadir və Qara kazak qoşunu atamanı Антoн Andreyeviç Qolovatininin məzarı və kazak əskərlərinin xatirələrini əbədiləşdirmək məqsədi ilə ucaldılmış abidə ziyarət edildi.
       Avqustun 8-ində  qonaqlar,  Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Astara rayon şöbəsinin sədri, Əfqanstan  və Qarabaq müharibəsinin veteranı Tofiq Əliyevin təşkilatçılığı ilə Astara rayonunda Şəhidlər xiyabanına gedrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edərək onların məzarları önünə gül dəstəsi qoydular.
      “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydak yüksək qonaqpərvərliyə və işgüzar görüşlərə görə rəhbərlik etdiyi “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin və şəxsən öz adından ilk öncə Azərbaycan dövlət başçısı cənab İlham Əliyevə, Azərbaycan Respub¬likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əli Həsənova, Azərbaycan Respublikası Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürünü bildirərək, Azərbaydana etdiyi işgüzar səfərdən məmnun olduğunu bildirdi.
        




Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25