Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib
A A A
08/13/2018
Oxunma sayısı : 28043

|

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən icra olunan "Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsi" layihəsi çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.


QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan təşkilat sədri, vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışıb. O qeyd edib ki, layihə qeyd olunan kateqoriyalı insanları dəstəyi nəzərdə tutur. Məqsəd əlliliyi olan insanların sosial məsələlərinin həllini daim diqqətdə saxlamaq, bu kateqoriyadan olan insanların maddi-məişət şəraitinin yaxşılaşdırılması, pensiya və təqaüdlərin artırılması istiqamətində mühüm işlər görüldüyünü bir daha diqqətə çatdırmaqdır.

Dadaş Quliyev bildirib ki, ölkə prezidentinin sosial siyasətinin davamı olaraq, bu il də QHT Şurası sosial layihəyə dəstək verib və belə həssas qrup olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsinə dair layihələrə ehtiyac var.

Layihənin hüquqşünası Telman Əbilov dövlətin bu cür layihələri dəstəkləməklə sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyasında mühüm rol oynadığını bildirib. Hüquqşünas həmçinin şəhid ailələri və müharibə əllilərinin sığorta olunması və onlara qan pulunun verilməsi məsələsindən ətraflı danışıb.

Daha sonra layihənin eksperti Firudin Əliyev çıxış edərək layihənin əhəmiyyətindən və layihə çərçivəsində əlil və şəhid ailələrinə mənəvi-psixoloji dəstək göstəriləcəyini qeyd edib.

Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər barəsində layihənin sosioloqu və hüquqşünası ilə fikir mübadiləsi aparılıb, vətəndaşların sorğu xarakterli müraciətləri ətraflı cavablandırılıb.

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25