“Peşə təhsilində səriştəli kadrların yetişdirilməsi”
A A A
08/15/2018
Oxunma sayısı : 16610

|

Dünyanın elmi , texnoloji ixtiralara əsaslanan dinamik inkişafı, cəmiyyətdə informasiyanın sürətli yenilənməsi , professional təhsil səviyyəsinin davamlı inkişafını təmin edir. Bütün bunlarla yanaşı cəmiyyətin peşə təhsilinə böyük ehtiyacı vardır .Əslində peşənin inkişafi iqtisadiyyatın inkişafı deməkdir.

Peşə təhsili cəmiyyətin və dövlətin ehtiyacları istiqamətində ictimai faydası olan, dövlətin iqtisadi fəaliyyətinin bütün əsas sahələrində ixtisaslı kadr, həmçinin pedoqoji ixtisasların genişləndirilməsi məqsədini həyata keçirmək missiyasını daşıyır. 


“Yaşamaq üçün həyati təhsil" prinsipini öyrənmək mexanizmi gənclərlə yanaşı yaşlıların əlavə peşə təhsili sahəsinə cəlb edilib bəhrələnməsi üçün faydalıdır.Düşünürəm ki , təhsilin vacib elementi kimi əlavə peşə təhsili yüksək ixtisaslı mütəxəssislər qrupunun formalaşmasında ən güclü və çevik amillərdən biridir. Azərbaycanda son illər iqtisadiyyatın , xalq təsərrüffatının sürətli inkişafı müasir peşə təhsilini bilən ixtisaslı kadrlara təlabatı artırıb . 

Təsadüfi deyildir ki , peşə təhsili müəssisələrinin modernləşdirilməsi , beynəlxalq təcrübələrin tətbiqi ,texniki peşə təhsilinin sürətli inkişafına yol açır.Hal-hazırda bu sahə istiqamətində Respublikamızda yenidən quruculuq işləri uğurla aparılır.Oz texniki bazasının keyfiyyətliliyi , potensiallı mühəndis-pedaqoji heyəti ilə seçilən İlk Peşə İxtisas Təhsili Müəsissələrindən biri də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzidir. Mərkəzimiz 2016-cı ildən fəaliyətə başlayıb. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nəzdində 14 ,4 nömrəli Bakı Peşə liseyləri , 12 nömrəli Bakı Peşə Məktəbi fəalliyyət göstərirlər. Mərkəzin 4 ,14 saylı Bakı peşə liseyləri dörd mərtəbəli tədris binalarından ibarətdir. Olkə iqtisadiyyatının tələblərinə uyğun olan fərqli ixtisaslar üzrə 10 tədris emalatxanası, 25 fənn kabineti, fizika , kimya laboratoriyaları, 2 kompüter otağı, 1 müəllimlər otağı, kitabxana, yeməkxana, idman zalı şagirdlərin ixtiyarındadır. 2018-2019-cu tədris ilindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi dinamik inkişaf mərhələsindədir. 

Mərkəzdə müasir texniki ixtisaslar , elektrik xətt quraşdırıcısı , isitmə-soyutma sistemləri üzrə mütəxxəsis, bərbər-viziajist manikürçü , dərzi,tikiş avadanlıqlarının təmiri operatoru-tikişçi , əl- elektrik qaynaqçısı, mühasib, quru inşaat ,avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator, santexnik , nəzarət-ölçü və avtomatika cihazlarının çilingəri, kompüter ustası , kompüter operatoru , elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru, mobil telefonların xidməti və təmiri ustası, təmirçi- çilingər, mühafizə-yanğın siqnalizasiyasının elektromontyoru , əl- elektrik qaynaq avadanlıqlarının (transformatorların) təmiri üzrə elektrik montyoru, lift üzrə elektromexanik ,tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, texnoloji avadanlığın sazlayıcısı, soyuducu qurğuların maşinisti və digər peşələr üzrə 800 dən çox tələbə təhsil alır. Təhsilalan tələbələrin təlim-tərbiyəsi ilə 100-dən çox mühəndis-pedaqoji heyət məşğul olur. 

Bildiyimiz kimi , XXI əsr Azərbaycan təhsili tariximizə təhsil sistemini yeniləşdirmək, onu dünya təhsil standartlarına uyğunlaşdırmaq əsridir. Məhz bu baxımdan peşə təhsilinin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, məntiqi təfəkkürü inkişaf etdirən fəal-interaktiv təlim metodları nın i peşə tədrisində istifadəsi daha yüksək nəticələr verir. Bu baxımdan mərkəzimizin mühəndis -pedaqoji heyəti ixtisas fənlərinin və istehsalat təlimi dərslərinin tədrisinidə multimediya alətlərindən , interaktiv qurğulardan hər peşəyə uyğun olaraq istifadə edir, qarşıya qoyulan məqsədə praktiki yolla nail ola bilirlər.İlk Peşə İxtisas Təhsili Müəsissələrinin illik fəaliyyət planına və strateji yol xəritəsinə əsasən peşə təhsilinin tədrisində keyfiyyəti yüksəltmək məqsədilə , kurikulum standartları və modulları əsasında nümunəvi “açıq dərs”lər keçirilir. Keçirilən “açıq dərslər mərkəzimizin metodiki komissiyası tərəfindən müzakirə edilərək qiymətləndirilir və fərqlənən müəllimlərə rəgbətləndirici diplomlar verilir.


Nailiyyətlərimiz bununla bitmir. İlk dəfə olaraq sənayenin ehtiyaclarını nəzərə alaran lazımsız mövcud peşə ilə yeni müasir dövrün təlabatını ödəyən ixtisasların əvəz edilməsi , öyrənilməsi , peşə dəyişdirmək istəyən şəxslərin yeni bacarıqlarını inkişaf etdirmələrinə yardımçı olmaq məqsədilə 2017 -2018-ci tədris ilindən etibarən mərkəzimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Türkiyənin Beynəlxalq İnova şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İnova Tədris-Təhsil ” mərkəzi fəaliyyət göstərir. “İnova” beynəlxalq təhsil sistemi müasir texnologiya və metodik üsullarla elektronika sahəsində innovativ və müasir təhsil proqramını əhatə edir.Bura qəbul olunan 9-10-11 -ci sinif şagirdlərinə müxtəlif ixtisaslar üzrə elektronika avadanlıqlarının və cihazlarının təmiri-servisi öyrədilir.Bizim müəllim heyətimiz Azərbaycanın elektronika sahəsində ixtisaslaşmış universitetlərində dərs keçən professor -dosentlərdən və xarici şirkətlərin təcrübəli peşə mütəxəssislərindən ibarətdir.Bu layihə üzrə təhsil alan tələbələrimiz avtomobil elektriki və elektronikası, rabitə texnologiyaları , tibbi cihazlar elektronikası sənaye (zavod -fabrik) elektronikası, məişət cihazları elektronikası ixtisas proqramlarının nəzəri və praktik sirlərini öyrənirlər.


Keçirilən təhsilin yeni kurilkulum və modullarla tədrisi ilə bərabər təhsil müəsissəmizdə mütəmadi olaraq bir sıra nümunəvi peşəyönümlü tədbirlər , tarixi hadisələr , əlamətdar günlər keçirilir. Bu tədbirlər tələbələrdə təhsilə marağın artmasına , özlərinə inam və vətənpərvərlik hissinin güclənməsinə səbəb olur.

 Bu tədris ilində Azərbaycan Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı Kompüter Kolleci , Texniki Kollec ilə keçirilən “Nə ?Harada? Nə Zaman ?” intellektual oyununu , Azərbaycan Rabitə və İnformasiya Nazirliyinin , Yüksək Texnologiyalar Nazirliyinin , Azərbaycan İnternen Forumunun birgə keçirdiyi “ Startap “ ideyanı biznesə çevir öz kapitalını qur müsabiqəsini , sahibkarlığın inkişaf etdirilməsi məqsədilə peşə təhsil sərgilərinin nümayişini , istedadlı tələbələri arasında intellektual bilik yarışları , “breyn-rinq”, “ dəyirmi masa “ layihələri , vətənpərvərlik , tarixi mövzularda dəyirmi masalar, debatlar keçirilir. Şagirdlər arasında bilik və bacarıqları ilə seçilənlərin rəğbətləndirilməsi , onların diplom və hədiyyələrlə təltif edilməsi tədrisin inkişafını yüksəltmək üçün həyata keçirdiyimiz əsas missiyalarımızdan biridir vətənpərvərlik mövzusunda keçirilən tədbirləri sadalamaq olar. Bundan başqa mərkəzimiz xeyriyyəçilik və gəncləri maarifləndirmək məqsədilə “Narkomaniya ağ ölümə aparan yoldur “ , “Gender bərabərliyi ” , “ İnsan alverinə yox deyək “ , mövzusunda tədbirləri misal göstərmək olar. Bu tədbirlər arasında ekologiyanın qorunması, təbiətin mühafizəsi ilə bağlı bir sıra layihələr geniş yer alır.

 Bakı Şəhər Nizami rayon İcra Hakimiyyətinin və Azəbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbərliyi ilə Ulu öndər Ümummili lider Heydər Əliyevin ” Hər birimiz bir ağac əkək ” ənənəsinə uyğun olaraq 16.01.2018-10.05.2018 tarixlərində mərkəzimizin məktəbyanı sahəsində 250 -yə yaxın ağac əkilərək , kiçik park salınmışdır.


Son illər Təhsil Nazirliyi tərəfindən aparılan uğurlu siyasət , peşə təhsilinin inkişafının prioritet istiqamət olması ilə əlaqədar olaraq ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsi istiqamətində Avropanın Təlimə Dəstək İttifaqı , Almaniyanın GİZ təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. Yeni kurikulum , peşə ixtisaslarına uyğun modulların yazılması , müasir modernləşmiş peşə təhsil müəsissələri infrastrukturunun formalaşdırılması məqsədilə uğurlu layihələr həyata keçirən mərkəzlərdən biri də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzidir.Hazırda tədris ocağında “elektrik xətt quraşdırıcısı “, “ tikiş avadanlıqlarının təmiri , tikişçi operator “ ixtisasları üzrə iki pilot layihənin icrası keçirilir. 2015-ci ildə n Azərbaycan Knauf şirkəti ilə qurulan iki tərəfli əməkdaşlıq müqaviləsinə əsasən “ quru inşaat “ ixtisası üzrə peşəkar mütəxxəsislər tərəfindən kurslar təşkil olunmuş , bu kurslarda təhsil alan tələbələr yüksək tələblərə cavab verən fənn kabinetləri , xüsusi tədris proqramları ilə təmin olunmuş və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən təlimlər keçmişlər.


2018-ci ilin yanvar ayından texniki peşə təhsili və təliminin inkişafına dəstək məqsədilə Almaniyanın “Grohe” şirkəti ilə mərkəzimiz arasında bağlanan memoranduma əsasən təhsil müəsissəsində santexnik ixtisası üzrə resurs mərkəzi yaradılıb. Təhsil müəssisəmiz rasonallaşmış texniki mərkəz olaraq fəaliyyətə başladığı tarixdən mütəmadi olaraq bir sıra uğurlara imza atmışdır. Belə ki, 2018-ci ildə n etibarən peşə təhsilində ilk dəfə olaraq müəssiəmizdə sosial müdafiəyə ehtiyacı olan , sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olan gənclərin inkluziv tədris modeli həyata keçirilir. Hazırda “soyuducu qurğuların maşinisti “ ixtisaslı qrupda fiziki və əqli cəhətdən qüsurlu 10 tələbə uğurla təhsillərini davam etdirir. Təhsilalan tələbələrimiz idman yarışlarında fəal iştirak edərək Avropa və ümumrespublika yarışlarında da bir sıra uğurlar qazanmışlar. Belə ki, 2018-ci ildə respublika ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən qol güləşi yarışlarında mərkəzimizin komandası I yerin qalibi olmuşdur.Bu gün təhsil müəssisələrində təhsilalanların savadlı və səriştəli bir şəxs kimi formalaşması müəllimlərin bilik və bacarıqlarından, peşəkarlıq səviyyəsindən asılıdır. Peşə təhsili orta təhsili olan şəxslərə mütəxəssis olmaq hüququ verməklə bərabər , bu sahadə böyük iş təcrübəsi olan praktiki müəllimlər və ustalar qrupunu formalaşdırır. 

Təhsil müəssisələrində çalışan qabaqcıl, səriştəli müəllimlərin əməyi həmişə yüksək qiymətləndirilmişdir. Sevindirici haldır ki, müəsissəmizin iki müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “ əməkdar müəllim “ adına layiq görülmüş, üç müəllimi “Elektrin Təhsil Respublika Müsabiqəsi” nin qalibi olaraq fəxri diplomla təltif olunmuşdurlar.Biz məzun olacaq tələbələrimizin sadəcə hər hansı bir peşəyə sahib olması deyil , mövcud zamanda təhsil almaqla bərabər işləyib qazanc əldə etməsi üçün bəzi QHT qurumları və Türkiyədə ,Gürcüstanda , Ukraynada fəaliyyət göstərən işə götürən təşkilatlarla müqavilələr imzalamışıq.Öz işlərini itirmiş ustalar və peşə sahiblərinin ruhdan düşməməsi qarşımızda duran vəzifələrdən biridir.Bizə müraciət edənlər içərisində yeni peşə təlimi və ixtisasartırma kurslarında oxumaq istəyən və artıq bir peşə sahibi olan səxslərin sayı son illərlə müqayisədə xeyli artmışdır.Onların ilkin və ya daha yüksək səviyyəli ixtisaslı kadrlar kimi hazırlanmaları ,əmək bazarına uyğun ixtisaslara yiyələnmələri üçün istehsalat sexlərimiz yüksək texnoloji avadanlıqlarla təmin olunmuşdur . Bilirik ki , İşsizlər peşə bacarıqlarını genişləndirmək, əmək təşkilatlarının kollektiv formalarına iştirak etmək şəraitində işə hazırlanmaq məqsədilə ikinci peşələrə , təlim kurslarına cəlb olunurlar .Çalışırıq ki , müəssisə olaraq təlim zamanı onların rəyi nəzərə alınmaqla xüsusi istehsal şəraitində qazanc əldə edə biləcəkləri işlə təmin olunmaları üçün şərait yaradılacaq iri şirkətlər ,orta və kiçik sahibkarlıq təşkilaları ilə əməkdaşlıq müqavilələri bağlayaq. Bu müqavilələrə misal kimi 2018 tədris ilində imzaladığımız “Zəhmət-Ruzi “ şirkəti , “Knauf” şirkəti, “ Grohe “ şirkəti , “Aqua Vita Mineral Suları “ şirkəti , “ Təmiz Sənaye Parkı “ şirkəti ilə olan əməkdaşlıq müqavilələrini qeyd edə bilərik. 


Bizim məqsədimiz ölkəmizdə peşə təhsilinin inkişafı ni sürətləndirmək , biznes təşkilatları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın yaradılması na nail olmaqla iqtisadiyyatının inkişafını dəstəkləməkdir. .Fəal peşə təhsili mərkəzi olaraq bütün mühəndis-pedoqoji kollektivimizə bərabər bazar iqtisadiyyatının inkişafı üçün fasiləsiz , əzmlə çalışacağıq ! 

Aytac Rzayeva 
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin İT mütəxəssisi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24