Nazir Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb
A A A
08/16/2018
Oxunma sayısı : 38958

|


Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Arıçılar  Assosiasiyasının idarə heyətinin üzvləri ilə görüşüb. 
Görüşdə ölkədə arıçılıq sektorunda mövcud vəziyyət müzakirə olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbər heyəti, fərdi arıçılıq təsərrüfatının təmsilçiləri qatılıblar.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığı vacib saydığını deyib. Bu məqsədlə nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir qurumun tərkibində fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü deyib. Kənd təsərrüfatı naziri bildirib ki, assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri təhlil etmək, aqrar sektorun konkret sahələrini inkişaf etdirmək məqsədilə hazırlamaqdır. İnam Kərimov daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük ehtiyac olduğunu deyib, bal və digər arıçılıq məhsullarının ixrac potensialının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri, “Api-Delta” arıçılıq şirkətinin direktoru Bədrəddin Həsrətov qurumun 2015-ci ildə yaradıldığını, hazırda 5 şəhər və 44 rayonda assosiasiyanın yerli bölmələrinin fəaliyyət göstərdiyini deyib. Arıçılığın spesifik sahə olduğunu bildirən assosiasiya sədri qeyd edib ki, ölkə üzrə təsərrüfatlarda təxminən 300 min arı ailəsi var. Azərbaycanda ildə 3 min ton bal istehsal olunduğunu deyən Bədrəddin Həsrətov bu sahəyə subsidiya verilməsini, arıçılıq sektoruna dövlət dəstəyini vacib sayıb. Subsidiyaların verilməsi ilə əlaqədar arı ailələrinin qeydiyyata alınması prosesinə Arıçılar Assosiasiyasının da cəlb olunmasını təklif edən sədr bildirib ki, bu sahədə görüləcək kompleks tədbirlər daxili bazarın tam şəkildə yerli məhsulla təmin olunmasına və xarici ölkələrə məhsul ixracına imkan verəcək.

Görüşdə çıxış edən “Dəlidağ” arıçılıq təsərrüfatının rəhbəri Sabir Mustafayev, “AQS Group” şirkətinin rəhbəri Natiq Mədətov, “Balçı” arıçılıq təsərrüfatının rəhbəri fərdi təsərrüfatçılar Şahin Cəfərov, Şəhriyar Nurullahi, Qadir Mustafayev arıçılıq sektorunda mövcud vəziyyəti təhlil edib, bu sahənin inkişafına dair çoxsaylı təkliflər səsləndiriblər. İştirakçılar bal yarmarkalarının təşkili, daimi bal satışı mərkəzlərinin yaradılması, arılar üçün yem bazasının yaradılması, arıçılıq kooperativlərinin təsis olunması, seleksiya işlərinin aparılması, arı xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili, təsərrüfatların mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə arı pavilyonlarının gətirilməsi, nektar bazasını artırmaq üçün xüsusi bitkilərin əkilməsi, arıçılıq təsərrüfatlarının işinin düzgün təşkilinə yardım üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Nazir İnam Kərimov arıçılar arasında maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyib. Rayon və şəhərlərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığını xatırladan nazir bildirib ki, DAİM-lərdə aqrar sektorun müxtəlif sahələrinə dair qrafik üzrə təlimlər keçiriləcək, bu təlimlərə arıçılar da aktiv cəlb olunacaqlar. İnam Kərimov arıçıların yaxın müddətdə DAİM-lərin fəaliyyətinin effektini açıq şəkildə hiss edəcəyini bildirib.

Bal ilə bağlı ekoloji təmiz məhsul standartının müəyyənləşməsinə ehtiyac olduğunu nazir arıçılıq məhsulları ilə bağlı brendlərin yaradılmasını vacib sayıb. İnam Kərimov arıçılıq təsərrüfatlarının assosiasiya şəkildə birləşməsini müsbət hal kimi dəyərləndirib, zamanla bu sektorda kooperativləşmə gedəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə assosiasiya üzvlərinin irəli sürdüyü təkliflərin proqram şəklində nazirliyə təqdim olunmasını təklif edən nazir bildirib ki, ölkədə fəaliyyət göstərən assosiasiyalarla rübdə bir dəfə görüşməyi nəzərdə tutur. DAİM-lərin artıq fermerlərin ixtiyarında olduğunu deyən İnam Kərimov fermerləri bu mərkəzlərlə sıx əlaqə qurmağa çağırıb. 

Görüşdə ölkədə arıçılığın inkişafına dair təkliflər geniş şəkildə müzakirə olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR - 17 / 01 / 2019 15:40
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb - 17 / 01 / 2019 12:14
Yol hərəkətinin təhlükəsizliyinə dair mühüm proqram - 17 / 01 / 2019 09:53
QHT "20 yanvar qürurumuzdur" adlı tədbir keçirib - 16 / 01 / 2019 19:24
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilib - 16 / 01 / 2019 19:18
İcma rəhbəri İsveçrə səfiri ilə görüşüb - 16 / 01 / 2019 18:12
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib - 16 / 01 / 2019 18:08
Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında tədbir keçirdi- FOTOLAR - 15 / 01 / 2019 17:54
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI - 15 / 01 / 2019 14:16
Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib - 15 / 01 / 2019 12:40
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 15 / 01 / 2019 12:35
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin tərcümeyi halları - 15 / 01 / 2019 12:22