Gəncə şəhərində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib.
A A A
08/21/2018
Oxunma sayısı : 10920

|

AQSİA-nın sədri, departament rəhbərləri və assosiasiyaya üzv olan təşkilat rəhbərlərinin iştirakı ilə Gəncə şəhərində  sahibkar qadınlar və ictimaiyyətlə görüş keçirilib.

    AQSİA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. Həmçinin S.Babayeva bildirib ki, assosiasiya regionlarda fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təşfiq etmək üçün regionlara silsilə səfərlərə başlayıb. “İlk səfər Gəncə şəhərinədir. Bu da təsadüfi deyil. Bildiyiniz kimi cari ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edilir. Gəncə isə cumhuriyyətin ilk paytaxtı, ölkənin ikinci və ən qədim şəhəri, mədəniyyət beşiyidir. İnanırıq ki, Gəncəmizdə sahibkar qadınların sayının artmasına gələcək fəaliyyətlərimizlə müvəffəq olacağıq” deyə sədr bildirib.

 Daha sonra AR İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov sahibkarlığın inkişafı üçün həyata keçirilən dövlət proqramları, islahatlar haqqında məlumat verib. 

Çıxışlardan sonra AQSİA-nın icraçı direktoru Nigar Ələsgərova indiyə kimi görülən işlər haqqında hesabat xarakterli təqdimat edib. O cümlədən, AQSİA-nın tərkibində yaradılan yeni departamentlərin təqdimatı edilib və onların fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra AQSİA-da yeni yaradılan  “Xidmət” departamentinin rəhbəri Təranə Məmmədova, “Beynəlxalq Əlaqələr” Departamentinin rəhbəri Günel Məmmədhəsənova, “Sosial iş” Departamentinin rəhbəri Gülnarə Xəlilova, “İnvestisiya və Qrantlar” şöbəsinin müdiri Sevda Nəcəfova, “İstehlakçılarla iş” şöbəsinin müdiri Ulduz Xanlarova departamentlərin strukturu haqqında danışaraq, Gəncənin sahibkar xanımlarını da fəaliyyətdə yaxından iştiraka dəvət ediblər. 

   Görüş müzakirələrlə davam edib və yeni layihələr üzrə təkliflər irəli sürülüb.     

 Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası cənab prezidentin tövsiyyəsi ilə 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSİA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.        

             

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02