55 yaşlı Fərasət Qurbanov… QHT sədrlərinin düşüncələri - FOTOLAR
A A A
08/28/2018
Oxunma sayısı : 27275
Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçilərindən biri – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun 55 yaşı tamam olur.

Fərasət Qurbanov 28 avqust 1963-cü ildə Masallı rayonunda anadan olub. Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Dillər Universiteti) ingilis dili ixtisası üzrə bitirib. 

Gənclik illərindən aktiv ictimai fəaliyyətdə olan F.Qurbanov müxtəlif istehsalat müəssələrində çalışıb. Sonradan Dövlət İdarəçilik Akademiyasında işləyib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun qurulmasında və fəaliyyətinin inkişaf etdirilməsində yaxından iştirak edən F.Qurbanov qurumun vitse-prezidenti və icraçı direktoru olub. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılandan indiyədək Şuranın Katibliyinin icraçı direktoru vəzifəsində çalışır.

Fərasət Qurbanov üçün bu əlamətdar gündə onu uzun illərdir tanıyan, ictimai mühitdə onunla birgə addımlayan ictimai sektorun tanınmış nümayəndələrinin yubilyarla bağlı fikirlərini öyrəndik. 

Rauf Zeyni – Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

– Mən Fərasət Qurbanovu 20 ilə yaxındır tanıyıram. Milli Qeyri-Hökumət Təşkilatları Forumu yaradılandan sonra qurumda ilk tanış olduğum şəxslərdən biri Fərasət müəllim oldu. O, hərtərəfli insan kimi peşəkarlığı, təşkilatçılığı, işin ağırlığını üzərinə götürüb onu həll etmək bacarığı ilə hər zaman seçilib. İstər, Forumun fəaliyyətində olsun, istərsə Şuranın… Forumun inkişafında, QHT-lərə Dəstək Şurasının bu gün gəlib çatdığı səviyyənin əldə edilməsində Fərasət müəllimin xüsusi rolu var.  Fərasət Qurbanov Azərbaycanın vətənpərvər ziyalısı kimi onu tanıyanlar tərəfindən sayğı və hörmətlə qarşılanan şəxsdir. Mən bu yubiley yaşında Fərasət müəllimə ən səmimi arzularımı çatdırmaqla bərabər ona Allahdan daha bir 55 də arzulayıram. 

Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri 

– Fərasət Qurbanov ictimai sektorda uzun illərdir tanıdığım ləyaqətli, işinin peşəkarı, vətənpərvər dostlarımızdan biridir. Mən vətəndaş cəmiyyəti sektorunda çalışan elə bir adamı təsəvvür etmirəm ki, Fərasət müəllimdən narazılığı olsun. O, hər zaman biliklərini həmkarları ilə bölüşən, görülən işlərin daha keyfiyyətli təşkili üçün öz tövsiyələrini əsirgəməyən şəxsdir. Fərasət Qurbanovun çalışdığı kollektivdə də böyük nüfuzu olduğuna hər zaman şahid olmuşam. Mən bu mənada Fərasət müəllimi vətəndaş cəmiyyəti üçün qənumət adam adlandırardım. Əziz dostumuzu həyatının gəlib çatdığı bu önəmli mərhələsi münasibətilə təbrik edirəm. 

Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi

– Fərasət Qurbanov haqqında ən yüksək fikirləri söyləyə bilərəm. Fərasət müəllim işinin peşəkarı olmaqla yanaşı, həmçinin intelligent şəxsiyyətdir. Mən Şura ilə birgə çalışdığımız bu illərdə Onun  insanlara qarşı nə qədər anlayışlı olduğunun şahidi olmuşam. Xüsusilə, QHT camiəsinin qadın təmsilçilərinə qarşı hər zaman diqqətli, nəzakətli davranışı ona olan hörmətimizi, sayğıımızı daha da artırıb. Səmimi deyim, şəxsən mən, həyatda belə bir qardaşımın olmasını istəyərdim. Onsuz da bizlər Fərasət Qurbanovu bu mərtəbədə görürük. Əziz qardaşımızı təbrik edirəm. Ona doğmaları ilə əbədi xoşbətçilik, can sağlığı, gərgin işində uğurlar arzulayıram.  

Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovla artıq 10 ildir ki, birgə çalışırıq və  bu zaman müddətində onu kifayət qədər tanımaq, ən müxtəlif situasiyalarda müşahidə etmək imkanım olub. “İnsanı əməlləri tanıdır” deyirlər”. Bu baxımdan Fərasət müəllimin əməyi, zəhməti göz önündədir. O, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, təşəkkülü və inkişafı üçün əhəmiyyətli töhfə verib. Bilirsiniz, vətəndaş cəmiyyəti təşkilatları ilə ilşləmək asan olduğu qədər də çətindir.  Çünki əksəriyyətini sözünü deməkdən çəkinməyən, ambisiyalı, azad fikirli şəxslər təşkil edir. Fərasət müəllim bu baxımdan öz işinin öhəsində çox məharətlə gəlir. 10 ilin təcrübəsi göstərdi ki, bunu üçün çox böyük peşəkarlığa, vətəndaş cəmiyyəti il bağlı dərin biliklərə, yüksək insani keyfiyyətlərə malik olmaq lazımdır. Fərasət müəllim, həm məmur olmaq, həm də vətəndaş cəmiyyəti təmsilçisi kimi qalmaq və düşünmək kimi çox mürəkkəb dillemanı uğurla həll edə bilir.  Bu onun ən böyük keyfiyyətidir. Fərasət müəllim sözü açıq söyləməsi, intizamlı iş üslubu və hazırcavablığı ilə də fərqlənir. Onun QHT-lərin fəaliyyəti ilə bağlı sözləri və kəlamları artıq vətəndaş cəmiyyəti folkloruna çevirilib. F.Qurbanov 10 ildir ki, Şura sədri və üzvlərinin etimadını doğruldur, Şura qarşısında duran vəzifələrin yerinə yetirilməsi, müsar iş standartlarının tətbiqində çox səy göstərir və nəaliyyətlərin əldə olunmasında böyük əməyi var. Dövlət və dövlətçiliyiə sədaqət, tükənməz vətənpərvərlik hissləri də onu QHT-lərə çox yaxın edib. Fərasət müəllimi təbrik edirik, ona uzun ömür, can sağlığı və yeni naliyyətlər arzu edirik.

Sahib Məmmədov – Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

– Fərasət Qurbanovu 2000-ci illərin əvvəllərindən tanıyıram. Milli QHT Forumu ilə birgə layihəmiz var idi. O zaman onun layihənin icrasına necə məsuliyyətlə yanaşmasının şahidi oldum. Sonrakı illərdə münasibətlərimiz dərinləşən xətt üzrə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yarananda Fərasət Qurbanovun Şura Katibliyinin icraçı direktoru seçilməsinə münasibət birmənalı oldu. Hamımız müzakirə belə etmədən onun namizədliyini dəstəklədik. İllər keçib və mən əminəm ki, Şura sədri də, Şura üzvləri də bu seçimdən məmundur. Fərasət Qurbanov bacarıqlı menecer olmaqla yanaşı səmini insan, təvözökar, sədaqətli, həddən artıq səbrli, nəhayət bu illər ərzində təmizizliyini qoruyub saxlaya bilən bir şəxsdir. Dostumuzu təbrik edirəm. Ona iki beşin mübarəkdir, deyirəm.

Ceyhun Musaoğlu - Jurnalist Ekspert Mərkəzinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bütün mənalardakı fəaliyyətində səliqə- səhman, dürüstlük, operativlik, işgüzarlıq, effektivlik və bu kimi müsbət işlər onun rəhbərliyinin xarakterini açıq mənzərə kimi şəffaflıqla göstərə bilir.  

Bu gün həmin səliqəli sistemi yaradan və idarə edən bir insanın - QHT Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanovun 55 yaşı olur. İki beş mistik rəqəmdir. QHT sferası bu rəqəmləri lap çoxdan Sizin fəaliyyətinizə həsr edib. Yaşamaq gözəldir, ancaq Sizin kimi saf, təmiz və sevgi dolu hisslərlə yaşamaq ikiqat  gözəldir. 

Sizin hər gününüz mübarək. Əziyyətimizi çox çəkmisiniz, vətəndaş cəmiyyəti naminə məzəmmət etmədən  layihələrimizin icarsı zamanı yanlışlıqlarımızı düzəlməsinə hamar yol göstərmisiniz və göstərirsiniz. 

Sizin simanızda katibliyin bütün üzvlərini təbrik edirəm. Sizin rəhbərliyində təmsil olunduğunuz qurum həmişə nümunə olub. Belə davam edəcəyinə inanır və icraçı direktoru olduğunuz katibliyin ruhunun hər ötən il daha da cavanlaşacağına əminliyimi ifadə edirəm. 

Sağlam həyat nəsibiniz olsun, Fərasət müəllim! 



http://turkustan.info

 

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08