Yaratdığımız ictimai qınağı beşikdəcə boğmayaq
A A A
08/28/2018
Oxunma sayısı : 12591
Ceyhun MUSAOĞLU


                       "Dünya əbədi olaraq iki düşərgəyə bölünüb - şahmatçılara və şahmatçı olmayanlara" 
 
Mixail Botvinnik

Tələsirik. Əslində məntiq var: gecikənlər həmişə tələsərlər. Bəlkə də realıqda heç gecikmirik, itirdiyimiz yurd bizi xəyali olaraq keçmişə pərçimləyib. Sabaha baxmaq istəyən mən gözlərim qarşısında Zəngilanı görürəm - keçmişi. 

Praqmatizm insanın yeganə xilas yoludur. Təəssüf, bizdə bu xarakter çatışmır. Adını taleh qoyub, özümüzü aldadırıq. Taleh sənin beynindədir. Bu aksiomanı lap yaxşı bilənlərimiz az da olsa, var. Onlardan birinin fikirləri iki gündür gündəmi burulğana çevirib. Göz-gözü görmür, qulaq başqa səs eşitmir, eləcə deyinirik, gileylənirik. Əlbəttə yürümək çətindir, amma bu o demək deyil ki, burulğana təslim olub, yerdə yumağa dönməliyik. 

Emosionallıq bizi həmişə uduzduracaq. Həm də enerjimizi boşa xərcləmiş olacağıq. İki gündür "Qızıl oğlanı" xırdalayırıq. Qızılı xırdalamazlar, zərgərlər bilir, aşılana-aşılana yoxa çıxar. 

Şəhriyar Məmmədyarovun açıqlamasından xəbər tutan kimi dedim, özü bu fikirləri hər hansı formada təkzib edəcək. Belə də oldu. "Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib" - "Qızıl oğlan"ın sözüdür. Cəmiyyət niyə bu qədər siyasiləşib? Yaxud siyasiləşə bilibmi? Lap dəqiqi, sadə vətəndaşın siyasətçi kimi düşünməsinə nə ehtiyac var?  Bu sualların açıq qalması nəticədə şahmatçının birinci səsləndirdiyi səmimi, hətta doğru fikirlərin üstündən xətt çəkdi. 

Şəhriyarın "Mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma qatılıram. Buradakı insanların hamısının sponsoru var" - gileyinə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da dolayısı ilə haqq verdi: "Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır.  Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir. Özünün xərci yalnız şahmat məktəbinə və məşqlərinə gedə bilər. Azərbaycan dövləti daim onun arxasındadır. Hansı yarışa gedibsə, həmin yarışdan sonra mükafatlandırılıb. Ona hər cür şərait yaradılıb. Bizdə idmana ayrılan diqqət Qərbdəkindən fərqlənir. Məsələn, Karuananın yetişməsində ABŞ və ya İtaliya dövlətinin heç bir rolu olmayıb. Ona sponsorlar dəstək olub. Ola bilər ki, Şəhriyar məşqləri üçün əlavə xərclər istəyir və ya dahi idmançı kimi ona daha çox dəyər verilməməsindən, sponsorların olmamasından narazıdır. Burda da tam haqlıdır. Onun açıqlamasında qeyri-adi nəsə axtarmaq yanlışdır”.

Bitdi. Burulğan dayanıb. Toz-torpağını Şəhriyar ikinci açıqlaması ilə təmizlədi, "Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır" - deyən "Qızıl oğlan" həm də bizə - qızıl xırdalayanlara yolumuzdakı toz-torpağın da təmizləndiyi mesajını verdi. 

Yolumuza davam edək. Sevinək, fərəhlənək, ictimai rəyin var olduğu ilə qürur duyaq. Bir dəfə "bizi eşidirlər" məzmunlu status yazmışdım. Bir neçə dostumuz etiraz edərək, bizdə ictimai qınaq olmadğını bildirmşdi. Şəhriyar faktı "ictimai qınaq" adlı qalanın olduğunu göstərdi.  
Buyurun, sığınacağımız da var, yolumuz da. Təkcə bu yolla səndələmədən, tələsmədən, xəyala dalmadan, soyuq başla yürümək, yürümək, yürümək qalır. 

Söhbət bitib və həqiqət aşkara çıxıb: Azərbaycanda sponsorluq sistemi çox zəif inkişaf edir. 
Facebookadakı müzakirələrdə Qulu Məhərrəmlinin statusuna Federasiyanın cavabının təmkinli olduğunu əks etdirən rəy yazdım. Onun cavabı xoşuma gəldi. "Federasiya gözəl deyib, Şəhriyarsa düz" - bu fikrin davamını belə sonuclayaq: Düzlüklə gözəllik birləşsin! Həm zövqlü olaq, həm doğru. 
Allah Şəhriyarı sevindirsin, ictimai qınaq institutunun varlığını bizə xatırladıb, gələcəyin bədgüman notlar üzərində faciəvi əsər kimi səslənməsinə imkan vermədi. 

ŞƏRHLƏR
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25