Yaşından Böyük və həm də... Böyük Kişi! - Təbrik
A A A
08/30/2018
Oxunma sayısı : 35424
Dünənki gərginliyi fikirləşirdim ki, heç cür əridə bilməyəcəm. Amma əridi... bu nur simalı oğlanın - Sənan Nəcəfovun ad günüdü.
Sənan həyatda tanıdığım insandı. Savadına, intellektinə söz ola bilməz, həm Azərbaycanda, həm də Çexiyada aldığı təhsilə layiq mədəniyyət və etika yiyəsidi, elmi mərifətlə, əxlaqı etikasıyla, davranışı cəmiyyətlə düz mütənasibdi, onda qüsur axtarmaq nədi, nümunə götürməyə yüzlərlə ştrix var.

Tam səmimi deyək: iqtidar təəssübkeşi olasan, bütün işin-gücün hökümətlə ola, amma və lakin... heç vaxt heç kimi acılamayasan, incitməyəsən, yalnız istisna hallarda özünü adam kimi aparmayana xatırladasan ki, konkret "tərəvəz məhsulu"du, bax, bu, böyük uğurdu - nəzərə alaq ki, nəinki fb-də, həyatda da adamlar çox aqressivdi. Mən, rus demişkən, "bolet" edirəm Sənana. Və doğrusu da, NED-təlimçi kimi dəyərləndirirəm. Ayıya 40 günə velosiped sürməyi öyrətmək asandı, nəinki müəyyən kontingentə 40 ilə davranış tərzini!

Şahidəm, Sənana hətta böhtan da atıblar, ona qarşı fürsətcillik də ediblər, inciyənləri də görmüşəm - çəkinmədən deyirəm: Sənan Nəcəfovdan inciyən adam özünə bir də kənardan baxmalıdı. Az adam var ki, qarşısındakını ilk sözündən, davranışından tutur, bilir niyyəti nədi. Sənan bəyin iş predmeti adamlardı və o, gözəl bilir harda, haçan, nəyi necə demək lazımdı. Beləsini hövsələdən yalnız "tərəvəz məhsulları" çıxara bilər!
Üstəlik də bir xüsusiyyətindən xoşum gəlir: komandasına qarşı savaş açılanda, özünü döyüşə atan ilk əsgər olur! Bundan da əlavə, xoşum gələn ikinci xüsusiyyəti odu ki, adam tam arqumentli və əlahəzrət faktla öldürücü zərbə endirir - kimdə öz üslubumu, dəst-xəttimi görürəmsə, zövq alıram, hansı səngərdə olmasından asılı olmayaraq!

Sənan bəyi mən nəinki öz yaşıdım bilirdim, hətta özümdən böyük sayırdım. Məlum olur ki, Sənan Nəcəfov yaşından böyük olan kişilərdəndi - Azərbaycanda belə faktlara çox nadir hallarda rast gəlinir: axı, biz öyrəşmişik "saqqallı uşaqlar" görməyə!
Hər dəfə Sənanın statuslarını, yazılarını, fikirlərini oxuyanda istər-istəməz gözümün qabağına Mişel Platini, Xristo Stoiçkov və bu tip "ulduzlar" gəlir: nə qədər gözəl oyunçu olsalar da, heç bir kuboka sahib olmadılar!

Sənan Nəcəfovu layiq olduğu tribunada görmək arzusuyla təbrik edirəm və inanıram ki, o gün olacaq da! Hələ 43-ü indi adlayır!
Uğurlar, ciddidən ciddi, zarafatcıldan zarafatcıl, dost!

Aydın Canıyev

ŞƏRHLƏR
XƏBƏRLƏR
Assosiasiya hemofiliyalı pasientlərin həyat keyfiyyətnin yaxşılaşdırılması üçün təkliflər paketi hazırlayıb - 20 / 03 / 2019 17:49
ƏFV SƏRƏNCAMI: YÜKSƏK HUMANİZMİN VƏ MƏRHƏMƏTİN NÜMAYİŞİ - 20 / 03 / 2019 09:47
QHT bir qrup şəhid ailələri və tənha yaşayan ahılları bayram sovqatı ilə sevindirdi - FOTOLAR - 20 / 03 / 2019 09:42
QHT Koalisiyası “Dost Xonçası” aksiyasına qoşuldu - FOTOLAR - 20 / 03 / 2019 09:20
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 09:44
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 09:43
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08