Mərkəzi və yerli İcra hakimiyyəti orqanları müraciətlərə necə baxır? - Müzakirə
A A A
08/30/2018
Oxunma sayısı : 18229

|

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.  


Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev “Açıq  hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində görülən işlərdən danışıb: “İlk növbədə İctimai Birlik və “Azadinform” İnformasiya Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Qrupu yaradılıb. İctimai Birliyin təqdim etdiyi 31 Mərkəzi İcra hakimiyyəti, Bakı şəhərinin 13 və Abşeron rayonu, eyni zamanda 23 kənd rayonun internet resursları monitorinqə cəlb olunub”. 


N.Niftiyev bildirib ki, Mərkəzi və yerli İcra hakimiyyəti qurumlarının saytlarının monitorinqi zamanı informasiya bankı yaradılıb: “Vətəndaşlarla görüş, xəbərlərin statistikası və mahiyyəti araşdırılıb. Monitorinqə daxil olan qurumların sosial şəbəkələrdəki hesabları öyrənilib. Mətbuat xidmətləri rəhbərlərindən KİV və vətəndaş müraciətlərini necə araşdırdıqları, sorğulara hansı müddətdə və formada cavab verdikləri öyrənilib. Cavablara uyğun material hazırlanıb və ictimailəşdirilib. Eyni zamanda jurnalistlərin bu barədə fikirləri öyrənilib. Şikayət və müraciətlərini sosial şəbəkələrdə qaldıran insanlarla əlaqə yaradılıb, onların profillərinin real olub-olmadığı dəqiqləşib və danışdırılıblar. Niyə məhz aidiyyatı qurumlara deyil, məhz sosial şəbəkələrə müraciət etmələri öyrənilib”.  


N.Niftiyev 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 17 qurumun ƏLA xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC  və "Azərenerji" ASC-ni göstərmək olar”.  

N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 14 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.

Bakı və kənd rayonları üzrə Binəqədi, Abşeron, Füzuli, Şəki, Masallı, Qəbələ, Qazax və İsmayıllı rayon İcra Hakimiyyəti saytlarının AKTİV olduğunu bildirən N.Niftiyev monitorinqlərin sentyabr-oktyabr aylarında digər Mərkəzi və yerli İcra hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrdə aktivliyinin monitorinqi üzrə davam etdiriləcəyini vurğulayıb.  

Tədbirdə Azərbaycan Açıq Hökumət Platformasının eksperti Zaur İbrahimli “Vətəndaş müraciətlərinə baxılması və “Açıq hökumət” təşəbbüsləri” mövzusunda məruzə edib. Z.İbrahimli bildirib ki, layihə çərçivəsində geniş iş aparılıb və monitorinq nəticələri əldə olunub: “İnformasiyanın əldə olunması son illərdə hökumətin prioritet mövzularındandır. 2007-2011-ci illər üçün hazırlanmış Strategiyanın 10-cu maddəsi “Məlumat azadlığından istifadənin təkmilləşdirilməsi” üzrə tədbirlərin görülməsini əhatə edirdi. Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında isə informasiya azadlığının həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində informasiya açıqlığının səviyyəsinin artırılması ilə bağlı 9 tədbir həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu il icrası başa çatan Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün hazırlanmış Planda da informasiyanın açıqlığı ilə bağlı bəndlər var. Bu yaxınlarda yeni planın monitorinq nəticələri açıqlanacaq”. Z.İbrahimli qeyd edib ki, Multimedia Mərkəzi tərəfindən 2016-cı ildə “Dövlət qurumlarının informasiya açıqlığı” ilə bağlı monitorinq aparılıb: “Nəticələrə əsasən 70 mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisi 61,5 faiz (2015-ci ildə 56, 2013-cü ildə 39, 2012-ci ildə 33,5 faiz) olub. Cari ildə 70 dövlət qurumundan artıq 60 informasiya açıqlığı üzrə 50 faizlik həddi keçə biliblər”.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, 2016-cı il aprel hadisələri və 2018-ci il Gəncə hadisələri zamanı mətbuat xidmətləri ilə media arasında müəyyən anlaşılmazlıq yaşandığını gördük: “Bu fakt bir daha göstərir ki, lazım olan informasiyanı lazımi anda çatdırmayanda yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün aylar lazım olur. Sadəcə olaraq, lazımi anda bir kəlmə söz lazımdır. Məlumatı həmin anda çatdırırsansa, bu, böyük bir hesabat hazırlamaq kimi dəyərlidir. Amma həmin anda məlumat verilməyəndə, bunun fəsadları yaranır və onları aradan qaldırmağa xeyli vaxt lazım olur. Halbuki ölkəmizdə informasiya alınması ilə bağlı qanunvericilik yüksək şəkildə təşkil olunub. Bu qanunvericilik imkan verir ki, nəinki jurnalistlər, istənilən şəxs qurumlara müraciət edərək informasiya əldə edə bilsin. Düzdür, bəzi məqamlarda müəyyən informasiyaları açmaq olmaz. Amma bundan sui-istifadə etmək yolverilməzdir. İnformasiyanın idarə olunması tam başqa texnologiyadır. Cəmiyyətə lazım olan informasiya ötürülməlidir”. M.Ələsgərli onu da qeyd edib ki, xaricdə ölkəmiz əleyhinə təbliğat aparan bir şəbəkə var: “Onlar Azərbaycana qarşı qərəzlidirlər. Ölkəmiz əleyhinə qəbul olunan qərarların siyasi məqsədli olduğu məlumdur”.

Prezident yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında problemin səbəblərindən biri kimi mühafizəkar yanaşmaya diqqət çəkib. Onun fikrincə, ideyalardan çəkinmək lazım deyil: “İdeyalar hələ əmələ çevrilməyib, müzakirəyə çıxarılıb, ən yaxşı, xeyirli tərəflərini götürmək və tətbiq etmək lazımdır. Azərbaycanda bütün sahələrdə islahatlara başlanılıb. İslahatlar şəxslərin azad düşüncələrinin məhsuludur. Ötən dövrlərdə yaşanan tendensiya artıq arxivə göndərilir, bu gün fəaliyyətdə olan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları tanınmış jurnalistlərdir. Sizlər daim yazmısınız, araşdırmısınız, əhalini informasiya ilə təmin etmisiniz. Sizin üçün rəhbərliklə açıq ideyalar ətrafında müzakirə açmaq, təkliflər vermək asandır”.  

Aznews.az saytının Baş redaktoru Taleh Şahsuvarlı bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlərlə yaxşı əməkdaşlıq qurublar və müraciətlərə operativ reaksiya verirlər: “Bəzi mətbuat katibləri var ki, onları tapmaq, sorğuya cavab almaq mümkün olmur. Bəzən özəl xəbər hazırlamaq istəyirik və müəyyən quruma müraciət edirik. 1-2 saatdan sonra görürük ki, bu barədə sayta material yerləşdiriblər. Bu, bizim işimizə mane olur. Çünki o materialı bütün KİV götürür, biz mövzumuzu itirmiş oluruq. Bütün mətbuat katiblərindən xahiş edirəm ki, bu məqamı nəzərə alsınlar. Çünki KİV arasında da rəqabət var”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, əvvəlki dövrlə müqayisədə indiki dövrdə mətbuat xidmətləri daha yaxşı işləyirlər: “Əvvəllər hər hansı dövlət qurumunda mətbuat xidməti vəzifəsinə qohumlar təyin olunurdu. İndi isə bu işə jurnalistlər, bu işi bilənlər təyin olunur. Rəhbərlər anlayıb ki, mətbuat xidməti qurumun simasıdır, bu vəzifəyə peşəkar təyin olunmalıdır. Bunu son illərin müsbət halı kimi qiymətləndirirəm”.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədzadə bildirib ki, mətbuat katiblərinin, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin üzərinə böyük yük düşür: “Media ilə hansı mətbuat katiblərinin yaxşı münasibət qurduğuna baxsaq, onların mediadan gələn qələm sahiblərinin olduğunu görürük. Bu, reallıqdır. Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və s qurumların mətbuat xidmətləri çox yaxşı iş qurublar. İctimaiyyətlə əlaqələrdə işin 50 faizi mətbuat katibinin üzərinə düşürsə, qalan 50 faiz rəhbərliklə bağlıdır”. İ.Məmmədzadə vurğulayıb ki, ictimaiyyətlə əlaqələrdə bütün kommunikasiya vasitələrindən istifadə etmək lazımdır: “Bir sıra qurumlarda vətəndaşları qəbul edirlər, ərizə və şikayətlərə baxırlar. Sosial mediadan da məlumatlar ötürülməlidir. Bəzi qurumlar bunu edib və sosial şəbəkələrdə olan səhifələri ilə də məlumatlar bölüşürlər. Yalnız press-relizlə kifayətlənmək olmaz. İctimaiyyətə açıq olmaq lazımdır”.

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06