Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib- Video
A A A
08/30/2018
Oxunma sayısı : 38183

|

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib.

QHT.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı demokratik dövlət quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının (QHT) rolundan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik proseslərin inkişafında, eyni zamanda, vətəndaş cəmiyyətinin qurulmasında QHT-lər mühüm və əhəmiyyətli rol oynayıblar, bir çox tədbirlər, layihələr həyata keçiriblər.

Mübariz Qurbanlı vurğulayıb ki, ölkə qanunvericiliyində QHT-lərin hərtərəfli fəaliyyətini təmin etmək üçün müəyyən qanunlar, qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bununla bağlı çox mühüm, əhəmiyyətli tədbirlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilir. Eyni zamanda, müxtəlif ictimai əhəmiyyətli məsələlərin müzakirəsində olduğu kimi QHT-lər din-dövlət münasibətləri, din modeli, dini maarifləndirmə və digər məsələlərlə əlaqədar müzakirələrdə də DQİDK, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bir sıra layihələrin həyata keçirilməsində birgə iştirak və əməkdaşlıq edirlər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və DQİDK arasında birgə fəaliyyət haqqında protokol imzalanıb. Bu protokola əsasən hər il müxtəlif tədbirlər keçirilir. QHT-lərin gördüyü işlər, həyata keçirdiyi humanitar tədbirlər təqdirəlayiqdir.

Dini radikalizmlə mübarizə tədbirlərindən danışan komitə sədri qeyd edib ki, DQİDK cəmiyyətin bütün strukturları, o cümlədən QHT və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. M.Qurbanlı deyib ki, Azərbaycanın bölgələrində gənclərlə, ziyalılarla, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələri ilə daha çox görüşlərə ehtiyac var, biz bu görüşləri daha da artırırıq. Biz gənclərlə görüşürük, bu görüşlərdə milli-mənəvi, islami dəyərlər, müasir dünyamızda din-dövlət münasibətləri, radikalizm və onun fəsadları, dini radikalizmlə mübarizə, dini maarifləndirmə, tolerantlıq, multikulturalizm kimi mövzular müzakirə edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət-din-vətəndaş münasibətləri tarix boyu müzakirələrin predmeti olub və sevindirici haldır ki, Azərbaycan bu baxımdan hər zaman örnək olaraq göstərilib. Azərbaycanın yaratdığı model bu gün dünya tərəfindən təqdir edilir və öyrənilir. Amma bununla yanaşı, əlbəttə çətinliklər, çağırışlar da az deyil. A.Quliyev qeyd edib ki, QHT-lər vətəndaş cəmiyyətinin ən aparıcı komponentidir, bir növ cəmiyyətin lokomotividir. Ona görə də QHT-lər hər zaman dövlət maraqlarının qorunması, ictimai əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirirlər. Təsadüfi deyil ki, bu fəallığı, ümumi dövlətin inkişafında rolunu nəzərə alaraq on il bundan əvvəl Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını təsis etdi. Bu təsisat on ildir ki, QHT-lərə ən müxtəlif dövlət dəstəyini təmin edir.

QHT-nin milli-mənəvi dəyərlərin təbliğində, qorunub saxlanılmasındakı rolunu vurğulayan A.Quliyev bu sahədə görülən işlərin gündən-günə artdığını deyib. Bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış edir, və ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural ənənələrin davamlılığına öz töhfələrini verir. Dövlət QHT-lərin bu istiqamətdəki fəaliyyətini nəinki təqdir edir, eyni zamanda, onların bu sahədəki istənilən təşəbbüsünə maliyyə dəstəyi verir. Şura təkcə son illər dini radikalizmlə mübarizə çərçivəsində maarifçilik işinin aparılması üçün QHT-lər tərəfindən təqdim olunan 62 layihəni maliyyələşdirib. Şura ilə Komitənin birgə əməkdaşlığı ənənə halı alıb və biz mütəmadi olaraq birgə tədbirlər təşkil edir və bir çox mövzularda fəaliyyətimizi əlaqələndiririk. Dini savadı mükəmməl olan ekspert və mütəxəssislərin hazırlığına xüsusi diqqət verilməlidir.

A.Quliyev qeyd edib ki, bu gün cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri dini radikalizmdir. Dini radikalizm Azərbaycan üçün yeni termindir. Azərbaycanda dini radikalizm heç vaxt olmayıb. Lakin bu, xaricdən süni yolla ixrac edilən ideologiya olduğundan cəmiyyəti düşündürərək narahat etməkdədir. Çünki Azərbaycanda tarixən başqa dinlərə tolerant yanaşılıb, müxtəlif təriqətlər arasında harmoniya qorunub və radikalizmə gətirib çıxaracaq amillər olmayıb və indi də yoxdur.

QMİ sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin sədri Nəriman Qasımzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov və digər QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.

Konfransda gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.

Konfrans müzakirələrlə davam edib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24