Azay Quliyev: "Komitə, QMI və ixtisaslaşmış QHT-lərdən ibarət ictimai platformanın yaradılması vacibdir"
A A A
08/30/2018
Oxunma sayısı : 4941


 Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib.
 
Konfransda çıxış edən Şuranın sədri, deputat Azay Quliyev müzakirəyə çıxarılan mövzunun yalnız müvafiq qurumları deyil, bütövlükdə cəmiyyəti düşündürən məsələ olduğunu deyib. 
 
Azay Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış edir və ölkəmizdə əsrlərcə mövcud olan multikultral ənənələrin davamlı olmasına töhvələrini verirlər: “Dövlət QHT-lərin bu istiqamətdəki fəaliyyətini nəinki təqdir edir, eyni zamanda bu sahədəki istənilən təşəbbüsünə maliyyə dəstəyi verir. Şura təksə son illər dini radikalizmlə mübarizə çərçivəsində maarifçilik işinin aparılması üçün QHT-lər tərəfindən təqdim olunan 62 layihəni maliyyələşdirib. Şura ilə Komitənin birgə əməkdaşlığı ənənə şəklini alıb və biz mütəmadi olaraq birgə tədbirlər təşkil edir və bir çox mövzularda fəaliyyətimizi koordinasiya edirik”.
 
Şura sədri bildirib ki, dini radikalizm Azərbaycanda yeni termindir və ölkəmizdə heç zaman ənənəyə və tarixi kökə malik olmayıb. Çünki Azərbaycanda tarixən başqa dinlərə tolerant yanaşılmış, müxtəlif təriqətlər arasında harmoniya qorunmuş və radikalizmə gətirib çıxaracaq amillər olmamışdır və indi də yoxdur: “Dini radikalizm anlayışı son zamanlar xaricdən süni şəkildə ixrac edilməkdə və bir sıra siyasi layihələrin icrasında istifadə olunmaqdadır. Azərbaycanda dini radikalizmin ən təhlükəli təzahürü din pərdəsi altında ölkənin siyasi həyatına müdaxilə etməyə cəhd etmək, qanunsuz qrumlara və terror təşkilatlarına qoşulmaqdır. Bu gün ən böyük təhlükə və narahatlıq doğuran məqam xaricdən ixrac olunan dini radikalizmdir. Xarici təsirlərin minimuma endirilməsi üçün QHT-lərin üzərinə bundan sonra da mühüm ictimai məsuliyyət düşür”.
 
Azay Quliyev konfransda bir sıra maraqlı təkliflərlə çıxış edib: “Şura Dini Komitə ilə konkret ünvanı, hədəf qrupu olan birgə müsabiqələr elan edə bilər. Bunlar şübhəsiz ki, qeyd olunan istiqamət üzrə həyata keçirilən dövlət siyasətinə önəmli ictimai dəstəkdir. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları ciddi nəzarətə götürülməli və bu istiqamətdə QHT-lər daha fəal olmalıdırlar.

Mövcud problemlərin həllində ictimaiyyətin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının daha yaxından iştirakının təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və ixtisaslaşmış QHT-lərdən ibarət ictimai platformanın yaradılması effektli olardı. Bu platformada dövlət qurumu zəruri bildiyi informasiyaları, prioritetləri QHT-lərlə paylaşmasının faydalı olacağını düşünürəm. Bunun nəticəsində risk qrupları müəyyən olunaraq onların vaxtında qarşısını almaq mümükün olar. Belə olduğu halda risk qrupuna aid olan şəxslər radikal dini qruplaşmalara, silahlı dəstələrə qoşulmadan cəmiyyətə qaytarılardı. Çünki zərərli dini təsir altında düşən şəxslər sonradan peşman olsalar da qoşulduqları terror dəstələrindən ayrılmaları çox halda mümkün olmur. Bu məsələ hüquq-mühafizə tədbirlərindən öncəki mərhələ mübarizənin əsas mərhələsini təşkil etməlidir.

Digər mühüm məsələ budur ki, QHT-lər bilavasitə vətəndaşlarla təmasda olan qurum kimi yerlərdə olan çağırışları, vətəndaşların narahatlıqlarını öyrənməlidir. Radikal dini cərəyanların xüsusi ilə meyl etdiyi, kök atmağa çalışdığı yaşayış məntəqələri, regionlar QHT-lərin daha artıq dərəcədə fəal olmasını, maarifçilik işini gücləndirilməsini tələb edir.Problemin vaxtında müəyyən olunaraq dövlət qurumlarına çatdırılması onun həllini asanlaşdırmaqla yanaşı, həm də daha böyük miqyasda baş verə biləcək arzuolunmaz halların qarşısını vaxtında almış olur.

Dini savadı mükəmməl olan ekspert və mütəxəssilərin hazırlığına bundan sonra da xüsusi diqqət verilməlidir. Bu baxımdan dövlətin son illər atdığı addımlar, xüsusilə İlahiyyat İnstitunun yaradılmasını, Dini Komitənin effektiv fəaliyyətini, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin əhalinin dindar kəsimi ilə mütəmadi olaraq həyata keçirdiyi siyasəti, dövləti və milli maraqlarımızın qorunması istiqamətindəki prinsipal mövqeyini yüksək qiymətləndirirəm”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02