QHT-nin inkişafı üçün mühüm məqamlar
A A A
09/03/2018
Oxunma sayısı : 4817

 Əkrəm Bəydəmirli            

İnkişaf  etmiş cəmiyyət üçün  QHT sektorunun geniş fəaliyyəti son dərəcə  zəruridir. Təbii ki, demokratik inkişaf yolunu tutan  Azərbaycanda bu sahənin  inkişafı  zamanın tələbi idi. Etiraf etmək lazımdır ki,  QHT sektorunda  kifayət qədər uğurlu addımlar atılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının  yaradılması və 10 illik fəaliyyəti  həmin  uğurların tərkib hissəsidir.

Kimin necə düşünməsindən asılı olmayaraq,  bu qurumun  fəaliyyət mexanizmi çox yaxşı  təşkil olunmuşdu  və belə demək mümkündürsə özünü doğruldub.  Təbii ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının  10 illik uğurlu fəaliyyətini tədqiq etmək, yazı hazırlamaq başqa söhbətin mövzusudur.  Digər tərəfdən  Azərbaycanda vətəndaş cəmiyyətinin geniş fəaliyyəti ilə bağlı çox mütərəqqi  qanunlar qəbul edilib. Hüququ baza getdikcə zənginləşməkdədir.

Bu yazıda isə QHT-lərin maliyyə çevrəsi və iqtisadi məsələlərinə toxunmaq istərdim. Ola bilər kimlərsə mənim fikrimlə razılaşmasın. Bu çox normal haldır. Ancaq mənim fikrimcə,  ictimai təşkilat maliyyə vəsaiti üçün yalnız  Prezident yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasına üz tutmamalıdır. Çünki QHT-lərin bütün maliyyə  məsələlərini yalnız  bu  qurum həll edə bilməz.

Digər nazirliklərin, şirkətlərin bu işə qoşulması zəruridir. Həmin qurumların  innovativ layihələrə vəsait ayırması Azərbaycan cəmiyyətinin, dövlətinin xeyirlinə olar. Azərbaycanın iqtisadiyyatındakı inkişaf, gəlirlərin artması bu işləri görməyə problem yaratmır. Deməli, burada səmimi istəyin, vətəndaşlıq mövqeyinin güclü olması yetərlidir.

Təbii olaraq bu yerdə  suallar yaranır:  hansı səbəbdən  müxtəlif dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlığa cəlb olunmasın? Cəmiyyətimizin inkişafı üçün zəruri olan layihələrin icrasına həmin qurumlar tərəfindən niyə maliyyə dəstəyi göstərilməsin?  Bu potensialdan  yararlanmağa mane olan səbəblər nədir?

Biz “İctimai  iştirakçılıq haqqında” qanunu əsas tutaraq  bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəssüf  ki, cavab məktubu  ala bilmirik.  Mənim  birinci təklifim ondan ibarətdir ki,  bir çox sənədlərdə,  o  cümlədən  “İctimai  iştirakçılıq haqqında”  qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti  açıq  şəkildə göstərilməlidir.

 Onu nəzərə almaq lazımdır ki,  dünyada  QHT-lərlə dövlət qurumları  arasında çox zəngin təcrübə var. Bu gün Avropanın bir çox ölkəsində o cümlədən Xorvatiyada yalnız bir neçə nazirlik istisna olmaqla qalan dövlət qurumlarının əksəriyyəti qrant ayırır. Maraqlısı odur ki, həmin ölkənin qeyri-hökumət təşkilatlarının sayı Azərbaycandakından qat-qat çoxdur. Vətəndaş Cəmiyyəti sisteminin inkişafı üçün şəffaf maliyyə çevrəsinin geniş olması vacib faktordur.

 Təbii ki, bu  gün QHT-nin potensialından düzgün istifadə etmək  ən məqbul variantdır. Bu sahədə kifayət qədər fədakar, intellektli insanlar cəmləşib. Nəzər salanda bir daha şahidi oluruq ki, həmin şəxslər səmimi şəkildə dövlətin, cəmiyyətin inkişafına xidmət etmək  istəyində və gücündədir. Əgər  zamanında QHT-nin  maliyyə çevrəsinin genişlənməsi istiqamətində  ciddi addımlar atılmasa  bir çox fədakar və intellektli insanlar bu sahəni tərk edəcək.

Sonda bir vacib məqama diqqət yetirmək istərdim. QHT sahəsinə yatırılan sərmayələr,  vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində  cəmiyyətin inkişafına,  dolayası ilə həmin  maliyyənin dövlət büdcəsinə  yenidən qayıdışına xidmət edir.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02