Səbuhi Abbasov: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası yeni mövsümdə mühüm layihələr reallaşdıracaq”
A A A
09/04/2018
Oxunma sayısı : 35275

 Bu il 12 yaşın qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası fəaliyyət planına uyğun olaraq yeni mövsümdə mühüm layihələr reallaşdıracaq.



Bu barədə QHT.az-a ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "2018-ci il ötən illərə nisbətən daha məhsuldar oldu. Biz ölkəmizdə baş verən mühüm ictimai-siyasi, mədəni-kütləvi proseslərdə ASGA olaraq fəallıq nümayiş etdirdik. Biz həm Gənclər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə bir sıra layihələri reallaşdıra bildik. Bundan başqa təşkilatımız bu il Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvlüyünə seçildi. Bu da bizimçün çox böyük məsuliyyət və stimuldur. Bu ilin sonuna qədər Polşada ATƏT-in tədbirində, eyni zamanda, Türkiyədə, Rusiyada, Ukraynada və Macarıstanda müxtəlif tədbirlərdə təşkilatçı və iştirakçı qismində iştirak edəcəyik. 



Yeni mövsümün ən mühüm işlərindən biri ASGA-nın Slavyan ölkələrində yeni nümayəndəliklərinin yaradılması və təsdiqlənməsi prosesi olacaqdır. Bu olduqca ağır, eyni zamanda, əhəmiyyətli prosesdir. Köhnə nümayəndələr bu illər ərzində kifayət qədər əmək sərf etdilər, uğurlar qazandılar. Artıq onların bir çoxları şəxsi işlərini qura biliblər. Bizə isə gənc, enerjili təmsilçilərlazımdır. Bizim təşkilatın ən mühüm missiyalarından biri də lobbiçiliyin inkişafına tövhə verməkdir. Bu mənada biz ilk olaraq Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Çexiyada nümayəndəlikləri yeniliyəcək, digər Slavyan ölkələrində isə yeni nümayəndəliklər yaradacağıq. Bu barədə təşkilatın rəsmi saytında elan və namizədlərin seçimi ilə bağlı məlumat veriləcəkdir. Bu istiqamətdə də ilin sonuna qədər mühüm layihələr reallaşdıracağıq. Bundan başqa Azərbaycan-Slavyan Gənclərinin I Formununun da bu il reallaşması nəzərdə tutulub. Bütövlükdə işlərimiz çoxdur, maraqlıdır. Biz, həmçinin, ASGA olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinə mühüm layihə təklifləri ilə müraciət edəcəyik.”

Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu il təşkilatın 12 yaşı tamam olub. Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 10 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb. Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir. Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu (üzvdür), Gənclər Təşkilatları Milli Şurası (üzvdür) ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.

Azərbaycan - Slavyan Gəncləri Assosiasiyası

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR - 17 / 01 / 2019 15:40
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb - 17 / 01 / 2019 12:14
Yol hərəkətinin təhlükəsizliyinə dair mühüm proqram - 17 / 01 / 2019 09:53
QHT "20 yanvar qürurumuzdur" adlı tədbir keçirib - 16 / 01 / 2019 19:24
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilib - 16 / 01 / 2019 19:18
İcma rəhbəri İsveçrə səfiri ilə görüşüb - 16 / 01 / 2019 18:12
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib - 16 / 01 / 2019 18:08
Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında tədbir keçirdi- FOTOLAR - 15 / 01 / 2019 17:54
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI - 15 / 01 / 2019 14:16
Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib - 15 / 01 / 2019 12:40
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 15 / 01 / 2019 12:35
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin tərcümeyi halları - 15 / 01 / 2019 12:22