QHT növbəti hesabatını verdi
A A A
09/05/2018
Oxunma sayısı : 37123
Aylıq hesabat forması
 “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi 
   Hesabat dövrü: 01.08.2018- 31.08.2018

1.    HESABAT DÖVRÜ ƏRZİNDƏ   NAİLİYYƏTLƏR
(Bu bölmədə cari hesabat dövrünə aid ümumi rəqəmsal və digər nailiyyətlər əks olunmalıdır. Əsas fəaliyyətlərə dair qısa məlumat verin.)

Cari hesab dövründə ümumilikdə 67 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət etmişdirlər. Müraciət edənlərdən 6 nəfər təkrarən xidmətlərdən istfadə etmişdir. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 67 nəfərdən 49 nəfərə yalnız hüquqi xidmət, 12 nəfərə yalnız psixoloji xidmət, 6 nəfərə isə həm psixoloji, həmçinin də hüquqi xidmət  göstərilmişdir. Müraciət edən şəxslərdən 3 nəfərin qohumlarına ( övladlarına və valideyinlərinə) da psixioloji xidmət göstərilmişdir. Hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin məzmunu (problemlər): 

1. Maliyyə məsələləri – 11 müraciət. 
2. Əmlak – Mülkiyyət hüququ – 13 müraciət. 
3. Boşanma (Nigahın ləğvi)- 6 müraciət. 
4. Əmək və pensiya hüququ – 10 müraciət. 
5. Qəyyumluq və Himayəçilik problemləri – 7 müraciət. 
6. Alimet məsələləri – 8 müraciət. 
7. Məişət zorakılığı – 8 müraciət. 
8. Seksual zorakılıq qurbanları – 1 müraciət. 
9. Digər sosial problemlər – 3 müraciət.  

Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinsi üzrə sayı: 
  - 34 nəfər qadın; 
   - 33 nəfər kişi. 
Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilmişdir. Müraciət edənlərdən 29 nəfərin işi üzrə ərizə, şikayət və müraciətlərin hazırlanmasında və göndərilməsində köməklik göstərilmişdir. Hüquqi xidmət göstərilən şəxslərdən 12 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilmişdir. 

Psixososial xidmətdən istfadə etmək üçün müraciət edənlər ilə iş planı hazırlanmış, konsultasiyaların günləri müəyyənləşdirilmişdir. Davamlı və keyfiyyətli xidmətin təşkili məqsədi ilə benefesiarların ailə üzvlərinin də xidmətlərdən yararlanmasına şərait yaradılmışdır. 


a)    İnsan alveri qurbanları/ehtimal olunan qurbanlar və potensial qurbanlara  Mərkəzdə  göstərilən birbaşa yardım haqqında

Müraciət edənlərdən 8 nəfər məişət zorakılığının, 1 nəfər isə seksual zorakılığın qurbanı aşkar edilmişdir. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir. Müraciət edənlərin adından polis, prokurorluq və digər dövlət orqanlarına şikayət və ərizələr tərtib edilmişdir. İşləri məhkəmə araşdırması, polis və prokurorluq araşdırması mərhələsində olan şəxslərin işləri nəzarətə götürülmüşdür. 


b)    Qeyri- hökümət və ya başqa qurumlar tərəfindən göstərilən xidmətlərə yönlədirilmə. İnsan alveri qurbanlarının uşaqlar daxil olmaqla) peşə təliminə və ya təhsil proqramlara yönləndirilməsi, məşğulluq xidmətinə istiqamətləndirilməsi və işlə təmin edilməsi.

-    6 nəfərin əmək hüquqlarının pozuntusunun aradan qaldırılması və pozulmuş hüquqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə ərizələr göndərilmişdir. 

-    3 nəfər pensiya hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə göndərilmişdir. 
-    Himayəçilik və Qəyyumluq məslələrinin həll edilməsi üçün 4 nəfər müraciət edən şəxs Sumqayıt şəhər və Abşeron rayon İcra Hakimiyyətlərinin Himayəçilik Qəyyumluq Komissiyalarına yönəldilmişdirlər.   
2.    ÜZLƏŞDİYİNİZ ÇƏTİNLİKLƏR VƏ   GÖRÜLMÜŞ TƏDBİRLƏR

•    Cari hesabat dövründə üzləşdiyiniz çətinliklər haqqında məlumatı qeyd edin.
 Cari hesabat dövründə xidmətlərin göstərilməsi ilə bağlı heç bir çətinlik yaranmamışdır. 
•    Çətinliklərə dair görülmüş tədbirlər (əgər varsa)


3.     “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən göstərilən hüquqi və ya psixososial xidmətlərdən faydalanan benefisiar və ya müştərilərin uğur hekəyaləri. 

-    Hüquqi xidmət üçün müraciət edənlərdən bir nəfərin işi üzrə uzun müddət icra edilməyən məhkəmə qətnaməsinin icrasına nail olunmuşdur. 
-    Müraciət edən şəxslərdən 4 nəfərin pozulmuş əmək hüquqları bərpa edilmişdir.  1 nəfərin qanunsuz olaraq ödənilməyən 2 aylıq əmək haqqınını ödənilməsini təmin etmək mümkün olmuşdur. 3 nəfərin işi üzrə isə Əmək Məcəlləsinə əsasən onlara ödənilməli olan kompensasiyaların ödənilməsi təmin edilmişdir. 

-    Bir nəfər müraciət edən şəxsin işi üzrə ədalətli məhkəmə qərarının qəbul edilməsinə və aliment hüququnun təmin edilməsinə nail olunmuşdur. 
-    Müraciət edənlərdən 1 nəfərin işi üzrə pozulmuş pensiya hüququ bərpa edilmiş və mütəmadi pensiya alması təmin edilmişdir. 
-    1 nəfərin işi üzrə aliment hüququ bərpa edilmiş və ona ödənilməli olan böyük məbləğdə aliment borcunun (2 000 manat) ödənilməsi təmin edilmişdir. 
-    Boşanmaq ərəfəsində olan və boşanmaq üçün məhkəmədə iddia qaldırmış 3 ailənin barışmasına və birləşməsinə köməklik göstərilmişdir. 

-    Cari hesabat dövründə Sumqayıt şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzin xidmnətlərindən yararlanması üçün benefesiarlar yönəldilmişdir. 



Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib - 19 / 04 / 2019 14:44
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10
Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib- FOTO - 16 / 04 / 2019 19:02
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər - 16 / 04 / 2019 18:38
Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - 16 / 04 / 2019 14:24
Ziba Nəbiyeva: "Bir dəfə, o da müqavilə imzalandığı gün Şuraya gəldim" - 16 / 04 / 2019 14:20
Büllur Cavadqızı: “SƏLİS və RAHAT: QHT-lərə xidmətdə mükəmməl yenilik” - 16 / 04 / 2019 04:13
Regional QHT-lərin iştirakı ilə “VCT ölçü meyarı” müzakirə olunub - 15 / 04 / 2019 18:51
Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb - 15 / 04 / 2019 14:13
QHT sədri: “Adı da özü kimidir: rahatlıq və SƏLİSlik” - 15 / 04 / 2019 14:00
QHT sədri: Düşünürdüm ki, necə olacaq, amma çox rahat oldu - 15 / 04 / 2019 12:56
MQF prezidenti Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda iştirak edir - 15 / 04 / 2019 12:50
“Danışan qəlblər”adlı foto layihə - 15 / 04 / 2019 12:00
3rd International Photo Salon «Georgian Drag – 2019» - 15 / 04 / 2019 11:58
Dübəndi Qayalıqlarında təmizlik aksiyası. - 15 / 04 / 2019 11:55
Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur. - 15 / 04 / 2019 11:52
Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO - 14 / 04 / 2019 16:01
Təranə Məmmədova: "Məktəblilərə diqqət, qayğı və sevgi ilə yanaşaq" - 13 / 04 / 2019 07:58
"Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi" - 12 / 04 / 2019 15:22
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO - 12 / 04 / 2019 15:17
“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 12 / 04 / 2019 14:24