Bölgələrdə regional hemofiliya mərkəzləri yaradılacaq
A A A
09/08/2018
Oxunma sayısı : 4597

|

  • İsveçrəli qonaqlar hemofiliyalı xəstələr üçün yaradılmış tibbi məntəqələrdə monitorinq ediblər
  • Isveçrəli qonaqlar bölgələrə səfər ediblər. Naxçıvan, Şirvan, Bakıda hemofiliyalı xəstələr üçün fizeoterapiya şöbələrinə baş çəkiblər.
  • Dərman preparatları faktor konsentratlarının çatışmazlığı xəstəstələrin fizioterapevtik reabilitasiyasına imkan vermir.



Sentyabrın 3-6 –sı tarixlərində İsveçrənin Novo Nordisk Hemofiliya Fondunun rəhbərləri xanım Denis Brandgard və cənab Shadi Sedhom “Azərbaycanda fizioterapiya xidmətinin yaxsılaşdırılması və Naxçıvan Muxtar Respublikasında Hemofiliya Mərkəzinin yaradılması” layihəsinin monitorinqinin kecirilməsi üçün Azərbaycana səfər ediblər. Səfər proqramında onları əməkdaşlıq etdikləri Respublika Hemofiliya Assosiasiyasının nümayəndələri müşayət ediblər.

Monitorinq çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasının Hematologiya və Fizioterapiya şöbələrinə baxış keçiriblər.

Qonaqlar Mərkəzi Xəstəxananın, həkim ambulatoriyalarının müasir tibbi avadanlıqlarla təchiz edilməsi, hemofiliyalı insanların sağlamlığının qorunması işində əsaslı dönüşün yaradıldığının şahidi olublar.

Xəstəxananın həkim heyəti qonaqlara məlumat verib. Qeyd olunub ki, Fizioterapiya şöbəsində olan yüksək keyfiyyətli avadanlıqlar, kadr potensialı Azərbaycanda fəaliyyət göstərən digər xəstəxanalar üçün bir nümünədir. Hemofiliyalı xəstələr keyfiyyətli dərman preparatlarla təchiz edilir. Bu da hemofiliyalı vətəndaşalarımızın həyat keyfiyyətini yaxşılaşdırır. Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri cənab Niyazi Novruzovla görüş zamanı bildirilib ki, Naxçıvanda 72 nəfər vətəndaşımız hemofiliya xəstəliyindən əziyyət çəkir və onlara tibbi xidmətin keyfiyyətinin dahada yaxşılaşdırılması üçün yeni kadrların hazırlığı və Xəstəxana nəzdində Hemofiliya Mərkəzinin yaradılması daha vacib və məqsədəuyğundur.

Səfərin ikinci günündə İsveçrə Hemofiliya Fondunun rəhbərləri Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili söbəsinin müdir müavini cənab Nabil Seyidovla görüşüblər. Görüşdə, regionlarda tibbi kadrların təkminləşməsi, hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təchizatı, fizioterapiya xidmətinin yaxşılaşmasına dair müzakirələr aparılıb. Faktor konsentrantlarının çatışmazlığı məsələsi vurğulanıb və 2019 – cu ildə tələbatlar nəzərə alınacaq və xəstələrin həyat keyfiyyətinin yaxşılaşması üçün faktor konsentratlarının artırılacağı qeyd olunub.

Səhiyyə Nazirliyində görüşdən sonra Novo Nordisk Hemofiliya Fondunun nümayəndələri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbərliyi ilə birgə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəliblər. Layihə çərçivəsində Şirvan səhər Mərkəzi Xəstəxananın nəzdində Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı vətəndaşlar üçün regional Fizioterapiya kabinetində olub, yerli tibbi heyyətlə görüşüblər. Görüş zamanı qonaqlar məlumat verilib ki, Kabinet müasir avadanlıqla təchiz olunmasına baxmayaraq hələlik pasiyentlərə xidmətə açıq deyil. Xarici qonaqlar 9 rayonun 200-dək hemofiliyalı xəstəsi üçün nəzərdə tutulmuş kabinetlərə baxış keçiriblər , bir daha mövcud problemləri dinləyib, həkimlərlə müzakirələr aparıblar.

Qeyd olunub ki, qanı laxtalanndırıcı faktor konsentralarının az miqdarda olması hemofiliyalı insanların vəziyyətinə mənfi təsir göstərir. Hazırda əsas şərt xəstələrin dərmanlarla vaxtında təhcizatını təşkil etmək, daha sonra fizioterapiyaya cəlb olunmasını təmin etməkdir.

QHT.az-a müsahibə verən İsveçrənin Hemofiliya Fondunun rəhbəri xanım Denise bildirib ki, səfər təəssratları çox xoş olub. 6 il əvvəlki səfərində hemofiliyalı xəstələrlə bağlı problemlər çox idi. Bu dəfəki səfərində infrastruktur dəyişikləri, yeni müasir avadanlıqlarla təhciz olunmuş kabinetləri görmək onlar üçün sevindirici olub.


Gələcəkdə də layihə davam edəcək, regionlarda Şirvan, Naxçıvan, Gəncədə hemofiliya mərkəzlərinin yaradılması üçün iş görüləcək. Hemofiliyalı insanların vəziyyətinin yaxşılaşması, maariflənmə işinin təşkili üçün birgə fəaliyyət davam edəcək.

Novo Nordisk Hemofiliya Fondunun nümayəndələri Azərbaycana səfərlərinin son günü Respublika Kliniki Xəstəxanasının yeni avadanlılarla təhciz olunmuş fizioterapiya şöbəsində olublar. Burada da qeyd olunub ki, müasir avadanlıqlar vasitəsi ilə aparılan fizioterapevtik müalicə hemofiliyalı xəstələr üçün daha faydalıdır.

Həkim mütəxəssislər Elmira Qədimova, Yeganə Əzizova, Vüqar Şirzadov və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri Gülnarə Hüseynova, Vüqar Tarverdiyev və Ayaz Hüseynovla hazırkı vəziyyət müzakirə edilib və problemlərin həlli barədə fikirlər söylənilib.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Novo Nordisk Hemofiliya Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda fizioterapiya xidmətinin yaxsılaşdırılması və Naxçıvan Muxtar Respublikasında Hemofiliya Mərkəzinin yaradılması” layihəsinin məqsədi Bakı, Gəncə, Şirvan səhərlərində hemofiliyalı vətəndaşlar üçün Regional Fizioterapiya xidmətinin təşkili və Naxçıvanda Hemofiliya Mərkəzinin yaradılmasıdır.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02