Azərbaycanda hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb
A A A
09/08/2018
Oxunma sayısı : 19604
Azərbaycanda hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təminatında problemlər yaranıb.

Bunu  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, hemofiliyalı xəstələrin dərmanla təminatında çatışmazlıqlar müşahidə edilir: "Bu problem indiyədək həllini tapmadığından xəstələrin dərmanla təminatı məsələsi indi daha da çətinləşib. Xəstələrə verilən dərmanların həcmi getdikcə azalır. Bu isə xəstələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Hemofiliyalı xəstəyə qanaxma olmadan həmin preparat vurulmalıdır ki, o, əlilliklə üzləşməsin. Əslində, Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nda da belə problemlərin yaranmaması üçün profilaktik tədbirlərin icrasına geniş yer verilib".


Assosiasiya rəhbəri dərman çatışmazlığı probleminin bu ilin sonuna qədər davam edə biləcəyindən ehtiyat etdiyini və belə olarsa, bunun ciddi problemlər yarada biləcəyini də söyləyib.

G.Hüseynova əlavə edib ki, məsələ ilə əlaqədar dünən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili söbəsinin müdir müavini Nabil Seyidovla görüşüb.

Onun sözlərinə görə, görüşdə hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təchizatı, fizioterapiya xidmətinin yaxşılaşması, regionlarda bu sahə üzrə tibbi kadrların təkmilləşməsinə dair müzakirələr aparılıb:

“Nazirliyin nümayəndəsi tərəfindən qeyd edildi ki, son vaxtlar faktor konsentratlarının çatışmazlığı tələbatın çoxalması ilə əlaqədardır. Hemofiliyalı xəstələr üzərində edilən cərrahi əməliyyatlar da profilaktik müalicə üçün sərf olunan faktor konsentratlarının həcminin azalmasına səbəb olub. Bu ilin təcrübəsi 2019-cu ildə tələbatlar müəyyənləşdirilərkən nəzərə alınacaq. O, gələn il ərzində xəstələrin həyat keyfiyyətinin yaxşılaşması üçün faktor konsentratlarının artırılmasının nəzərdə tutulduğunu söyləyib”.

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

Trend

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25