Prezidentimizin uğurlu siyasəti nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir
A A A
09/11/2018
Oxunma sayısı : 53922

|

Səbinə Kərimova: "Azərbaycan özünün milli-mədəni irsini dünyaya lazımınca çatdıra bilir"

"Prezident İlham Әliyev regionların 2014-2018-ci illәrdә sosial-iqtisadi inkişafı Dövlәt Proqramının nəticəsində Respublikamızın bütün regionlarında  abadlıq işləri aparılır və bunun sayəsində daha da gözəlləşir.  Ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində bir çox uğurlara imza atmışıq.  Regionlarda yeni salınan xəstəxanalar,məktəblər,mərkəzlər və zavodların açılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına təkan verir. Sahibkarlığın inkişafına dəstək  və yeni iş yerlərinin açılması regionların inkişafının  əsas prioritetlərindən biridir. 2003-сü ildən regionların inkişafına başlanılıb və on beş il ərzində bir çox uğurlara imza atılıb.  Daim uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın dönüş nöqtəsi olub".

Bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib.

Sədr bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsinin müasir inkişaf göstəricisi olduğunu qeyd edir: "Hesablamalar göstərir ki, "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" proqramının həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib..Ötən müddət ərzində Şirvan şəhərində, Saatlı, Biləsuvar, Qax, Ağstafa, Daşkəsən, Tovuz, Sabirabad və Ucar rayonlarında hər biri 16 mənzilli, Sumqayıt şəhərində, Yevlax və Masallı rayonlarında hər biri 36 mənzilli, Bakı şəhərinin Suraxanı və Qaradağ rayonlarında, Xırdalan şəhərində hər biri 81 mənzilli yaşayış binaları inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. 63 səhiyyə, 87 təhsil müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində 2009-cu ildə Heydər Əliyev Fondunun xətti ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunmuş, 7 olimpiya idman kompleksi istifadəyə verilmişdir".

Səbinə Kərimova Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edildiyini, ölkəmizdə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük  tədbirlər görüldüyünü xatırladaraq bildirdi ki, fermerlərə güzəştli yardımlar,lizinqlə avadanlıqlar,məhsulların xarici bazara çıxardılması və bir çox sahələrdə "Pambıq, tütün, qarğıdalı, üzüm və fındıq məhsullarının yetişdirilməsi, heyvandarlıq, istehsalı sahəsində yeni metod və texnologiyalar üzrə yeniliklərə imza atmışıq: "Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Kənd təsərrüfatında yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında, əhalinin rifah halının yaxşılaşdırılması, regional layihələrin həyata keçirilməsində böyük nailiyyətlər əldə olunmuşdur. Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində daxili istehsal hesabına əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində əhəmiyyətli nəticələrə nail olunub, Kənd yerlərində kiçik emal müəssisələrinin, xüsusilə ət, süd, meyvə-tərəvəz emalı və aqrar-informasiya xidməti yaradılıb.Yüz minlərlə hektar torpağın vəziyyəti yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb. Dörd su anbarı tikilib və onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarıdır.Bundan əlavə  Tovuzçay, Göytəpə su anbarları tikilmişdir.. Ümumilikdə, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Kənd təsərrüfatı istehsalçılarının sığortalanması dövlət dəstəyi  ilə həyata keçirilir.Subsidiyaların verilməsi , kənd təsərrüfatında intensiv metodların stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsali,  və s.  Hazırda ölkənin regionlarında müxtəlif kənd təsərrüfatı məhsullarının saxlanılması və ya tədarükü üzrə 212 anbar, o cümlədən 103 taxıl anbarı mövcuddur".

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizmin bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətə xidmət edildiyini qeyd edir: "Bölgələrdə aparılan yenidənqurma işləri turizmə əsaslı dəstək vermişdir. Beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi, Tufan Dağ  Turizm kompleksi  və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi ölkəmizdə turizmin inkişafına yardımçı olmuşdur. Regionlarda turizm sektoru infrastruktur baxımından inkişaf etdikcə, yerli xidmətlərə daha çox diqqət yönəlmişdir.

Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində turizm sektoru intensiv olaraq inkişaf etmişdir. Ölkədə açılan 1 milyon 300 minə yaxın iş yerinin ümumi tərkibində turizm obyektlərinin də əhəmiyyətli rolu var. Bu sahə insanların məşğulluğunun genişlənməsinə, yoxsulluğun aşağı salınmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar icra edilən dövlət proqramları çərçivəsində ümumilikdə turizm sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Regionlarda çoxsaylı turizm mərkəzləri yaradılmışdır".

Səbinə Kərimova bildirir ki, hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. "Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür. Əvvəllər ölkədə cəmi 40-50 hotel lisenziya almışdısa, bu gün isə artıq 300-ə qədər hotel lisenziya alıb.

TANAP layihəsi,1-ci Avropa oyunları,  "Formula 1 Grand Prix", İslam oyunları və bir sıra digər böyük beynəlxalq idman   mərasimləri zamanı turistlər Azərbaycana gələrək Azərbaycanın görməli yerlərinə gedir və buradan xoş təəssüratla ayrılırdılar. Məhz bu Cənab Prezidentimizin yenidən quruculuq proqramı əsasında baş vermişdir Azərbaycan əvvəllər heç bir Avropa ölkələrində və digər ölkələrdə bu cür tanınmırdı. Cənab Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün inkişaf etməkdə olan ölkələr sırasına daxil olmuşdur. Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur".

Səbinə Kərimova qeyd edir ki,  prezidentimizin uğurlu siyasəti nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir.

"Sadəcə bir nüansa toxunmaq istərdim ki, ölkəmizin günü-gündən inkişafı bir vətəndaş kimi bizi çox sevindirir. Yalnız ölkəmizdə bu qədər abadlıq işləri aparılsa da, yeni tikililərdə və yeni salınan yollarda, binalarda əlilliyi olan şəxslər nəzərə alınmır. Bu isə bizim inkişafımıza öz mənfi təsirini göstərir. Pandusların düzgün quraşdırılmaması və yeni tikilmiş binalarda nəzərə alınmanası, yollarda və səkilərdə əlilliyi olan şəxslər üçün keçidlərin qoyulmaması, onların çətinlik çəkməsinə səbəb olur" .

"Bu gün Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və iqtisadiyyatımızın inkişafı ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır. İqtisadiyyatımızın güclənməsi  sayəsində Azərbaycan inkişaf etmiş öndəgedən ölkələr sırasına daxil olmaqdadır. Bu inkişaf Azərbaycanı dünyaya tanıdaraq onun necə güclü dövlət olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı gücləndikcə xaricdən gələn turistlər ölkəmizə üz tuturlar. Bununla da Azərbaycan özünün milli-mədəni irsini dünyaya lazımınca çatdıra bilir. Prezident İlham Əliyevin apardığı yürütdüyü siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı hərtərəfli güclənərək xırda və böyük dövlətlər arasında öz sözünü deyən ölkə kimi tanınır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Olaylar.az

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10