“11 Aprel seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha göstərdi” – Əhməd Şahidov ATƏT-in Varşava Sammitində çıxış edib
A A A
09/11/2018
Oxunma sayısı : 29681

Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sammitin ilk günündə "Demokratik institutlar, demokratiya və seçkilər”mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovCənubi Qafqaz ölkələrində mövcud demokratik durumu dəyərləndirib, həyata keçirilən demokratik islahatlar və ötən seçkilər barədə məruzə edib. Azərbaycanda keçirilmiş 11 Aprel Prezident seçkiləri barədə geniş danışan hüquq müdafiəçisi seçki prosesinin ilk günündən rəsmi nəticələr elan olunana qədər bütün mərhələlər barədə ətraflı məlumat verib və Azərbaycandakı Prezident seçkilərinin azad, şəffaf və demokratik keçdiyini bildirib: "11 Aprel seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha göstərdi. Azərbaycan xalqı bir daha öz iradəsini ortaya qoydu. Minlərlə yerli və xarici müşahidəçilərin yaxından izlədiyi bu seçkilər ötən seçkilərlə müqayisədə demokratiyaya doğru atılmış böyük addımdır”.

Daha sonra Ermənistanda keçirilən Parlament seçkiləri barədə də danışan ADİHİ rəhbəri Əhməd Şahidov kütləvi saxtakarlıqlara yol vermiş Serj Sarkisyan hakimiyyətinin Ermənistanda haqlı etirazlara səbəb olduğunu və demokratik inqilabın baş verdiyini açıqlayıb: "Bugün Ermənistanda Serj Sarkisyan hakimiyyəti artıq yoxdur. İllərdir erməni xalqını gərəksiz müharibəyə cəlb edən, Ermənistanı səfalət və korrupsiyaya batıran bir rejim bitib. Ermənistanın yeni hakimiyyəti daha demokratik və praqmatik görünür. İnanıram ki, Nikol Paşinyan hökuməti Ermənistanın həqiqətən də müstəqil olmasına çalışacaq, regionda sülhə və barışa nail olmaq üçün qonşuları ilə konstruktiv danışıqlar yolunu tutacaq və beynəlxalq hüquq normalarına hörmətlə yanaşacaq.”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR - 17 / 01 / 2019 15:40
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb - 17 / 01 / 2019 12:14
Yol hərəkətinin təhlükəsizliyinə dair mühüm proqram - 17 / 01 / 2019 09:53
QHT "20 yanvar qürurumuzdur" adlı tədbir keçirib - 16 / 01 / 2019 19:24
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilib - 16 / 01 / 2019 19:18
İcma rəhbəri İsveçrə səfiri ilə görüşüb - 16 / 01 / 2019 18:12
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib - 16 / 01 / 2019 18:08
Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında tədbir keçirdi- FOTOLAR - 15 / 01 / 2019 17:54
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI - 15 / 01 / 2019 14:16
Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib - 15 / 01 / 2019 12:40
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 15 / 01 / 2019 12:35
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin tərcümeyi halları - 15 / 01 / 2019 12:22