Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir”
A A A
09/12/2018
Oxunma sayısı : 23549


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin Daşkənd şəhərində təşkil etdiyi “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu" mövzusunda seminarda çıxış edib. Musavat.com xəbər verir ki, bu barədə ATƏT PA-nın saytı məlumat yayıb (http://www.oscepa.org/…/2900-osce-family-supports-greater-c…).


“Mövcud regional parlament əməkdaşlığının preventiv diplomatiyanın tətbiqində rolu və Əfqanıstanın Mərkəzi Asiya regionunun siyasi inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edən ATƏT PA-nın vitse-prezidenti bildirib ki, ATƏT PA preventiv diplomatiyanın tətbiq edilməsi üçün yaxşı imkanlara malikdir.
Parlamentarilər yalnız siyasətçilərin aça biləcəyi qapıları açmağa qadirdirlər və ATƏT-in Parlament Assambleyası müəyyən ölkə və regionlarla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və parlamentarizmin təbliği üçün müxtəlif alətlərə malik olan bir təşkilatdır. Azay Quliyev deyib ki, “millət vəkilləri ictimai müzakirələr təşkil etməkdə və ya həssas mövzularda açıqlama verməkdə daha sərbəst olurlar ki, bu da hökumətin rəsmi qərar qəbul etməsindən əvvəl ictimaiyyətin reaksiyasını yoxlamağa imkan yaradır”.
Millət vəkillərinin siyasi qərarların qəbul olunması prosesində oynadıqları rolun unikallığını qeyd edən Azay Quliyev onların müxtəlif növ böhranların həllində və münaqişə sonrası yenidənqurma prosesində iştirak, parlamentlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti səviyyəsində siyasi dialoqun təbliğ edilməsi aspektlərində geniş alət seçiminə malik olduqlarını bildirib.


ATƏT PA-nın vitse-prezidenti iştirakçıların diqqətini Əfqanıstanın 2003-cü ildən etibarən ATƏT və ATƏT-in Parlament Assambleyasının Əməkdaşlıq üzrə Asiya tərəfdaşlığına və ATƏT-ə üzv olan 3 ölkə ilə (Tacikistan, Türkmənistan və Özbəkistan) həmsərhəd olmasına çəkib. Qeyd edək ki, 2010-cu ildə Əfqanıstanla əlaqədar Assambleyada xüsusi müzakirə də aparılıb.
Azay Quliyev məruzəsində həmçinin Mərkəzi Asiya ölkələri və Assambleyanın qarşılıqlı fəaliyyətinə toxunaraq bu ölkələrin deputatlarının Assambleyanın fəaliyyətlərində, o cümlədən seçki müşahidələrində fəal iştirak etdiklərini bildirib və ötən il ATƏT PA-nın o zamanki prezidenti xanım Kristine Muttonenin Daşkəndə səfəri də (10 ildən artıq müddət ərzində Assambleya prezidentinin Özbəkistana ilk səfəri) daxil olmaqla son zamanlarda əməkdaşlığa dair bir sıra müsbət tendensiyanın olduğunu vurğulayıb.
Azay Quliyev həmçinin təşkil edilmiş xüsusi qruplar, xüsusi nümayəndələr və Assambleyanın Əfqanıstanla əlaqədar qəbul etdiyi qətnamələr haqqında da məlumat verib.
A.Quliyev deyib ki, Əfqanıstan 2009-cu ildən etibarən ATƏT PA-nın bir sıra iclaslarında iştirak edir. Onun sözlərinə görə, ATƏT 2007-ci ildə Əfqanıstana sərhəd təhlükəsizliyi, polis əməkdaşlarının treninqləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yardım göstərib. 2011-ci ildən etibarən isə Əfqanıstanla siyasi və hərbi əməkdaşlıqla yanaşı, insan ölçüsü, iqtisadi və ekoloji aspektləri də əhatə etmək barədə razılığa gəlinib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışının sonunda bildirib ki, “ATƏT-in bütün üzvləri ortaq coğrafi mövqe və tarixə, eləcə də möhkəm mədəni əlaqələrə, sülh, davamlı inkişaf, sabitlik və təhlükəsizlik məqsədləri istiqamətində qarşılıqlı faydaya əsaslanan birgə layihələrin həyata keçirilməsi üçün böyük iqtisadi potensiala malik olan Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü əməkdaşlıq və inteqrasiyanın təşviqinə dəstəyini davam etdirməyə hazırdır”.
Azay Quliyev həmçinin Daşkənd şəhərində Özbəkistan Parlamentinin rəhbərliyi ilə görüş keçirərək ATƏT PA-Özbəkistan əməkdaşlığının gələcək perspektivləri haqqında müzakirələr aparıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25