Növbəti tədbir Xaçmaz rayonunda baş tutub
A A A
09/14/2018
Oxunma sayısı : 14828

|

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi”  layihəsi çərçivəsində növbəti tədbirini gerçəkləşdirib.


Bu dəfəki  tədbir Xaçmaz rayonu Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmişdir. 

Tədbirdə Xaçmaz rayon Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin direktoru Vasif Babayev, Toxuma Nəzarət İdarəsinin əməkdaşı Elçin Babayev, Bitki Mühafizə Mərkəzinin rəisi Ağamməd Əzizov, DAİM-nin baş məsləhətçisi Qabil Ağababayev, “AZSIĞORTA”ASC-nin əməkdaşı Ramin Cəfərov, “ATASIĞORTA”ASC-nin əməkdaşları Ədalət Həbibov və Həmdulla Hacıbəyov, fermer və sahibkarlar iştirak etdilər. Tədbir çərçivəsində biznes fəaliyyətinin müxtəlif halqalarında (istehsal, transport və ixrac) risklər haqqında maarifləndirici təqdimat keçirildi. 

Tədbiri ilk öncə layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru, məqsədi və qarşıya qoyulan vəzifələr haqda məlumat verdi.  
Sonra layihənin eksperti Rəşad Həsənov aqrar sığortanın yeni sosial-iqtisadi çağırışlar fonunda əhəmiyyəti, mövcud vəziyyət, sığorta sahəsində ortaya çıxan çətinliklər, beynəlxalq təcrübədə kənd təsərüfatı fəaliyyətinin sığortalanması və maliyyə təminatının gücləndirilməsi kimi məsələlər haqqında geniş təqdimatla çıxış etdi. Təqdimatın sonunda Rəşad Həsənov Azərbaycanda aqrar sığorta sisteminin təkmilləşdirilməsi, praktikiliyi və əlaçatanlığı məqsədi ilə 7 bənddən ibarət təklifləri iştirakçıların diqqətinə çatdırdı. Təkliflərdə sığorta qanunvericiliyinin tezliklə qəbul edilməsi, sığorta predmetinin, sığorta hadisələrinin şaxələndirilməsi, ölkədə kənd təsərüfatı sahəsində qiymət və gəlir risklərinə görə sığorta modelinin tətbiqi, təşviq mexanizmlərinin bütün steykholderlər üzrə təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapmışdır. 

Rəşad Həsənov bildirdi ki, aqrar sığortanın inkişafı sektorda fəaliyyət göstərənlərin korporativ maraqları ilə yanaşı 1 milyon 700 min nəfərdə artıq ölkə vətəndaşının sosial rifahı, məşğulluğu, dövlətin sosial yükü kontekstindən mühüm əhəmiyyət daşıyır, müasir maliyyə bazarlarının formalaşması və rəqabətli istehsal mühti təmin edilməsində ciddi rol oynayır. 

Tədbirə dəvət olunmuş “AZSIĞORTA” ASC-nin  və “ATASIĞORTA” ASC-nin əməkdaşları mövzu ilə əlaqədar gedən müzakirələrdə verilən sualları cavablandırdılar. 
Tədbir çərçivəsində sığortanın biznes fəaliyyətinin dayanaqlı inkişafı, gəlir davamlılığı kimi məsələlərdə rolu geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.  
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06