“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO
A A A
09/14/2018
Oxunma sayısı : 33417


QHT.az Publika.az-a istinadən  xəbər verir ki, layihənin rəhbəri, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızının təklifi ilə əvvəlcə həm yüz il əvvəl - sentyabrın 15-də Bakının azad edilməsi üçün canından keçən, həm də Xocalı və Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra layihə çərçivəsində hazırlanan “İnsanlığın qətl günü” qısametrajlı filmi izlənilib. 15 dəqiqəlik filmdə Xocalı soyqırımına aid görüntülər, faktlar öz əksini tapıb və faciə şahidlərinin çıxışları yer alıb.

Aynur Camalqızı çıxış edərək 15 sentyabrın Azərbaycanın dövlətçilik tarixində önəmli bir yerə malik olduğunu xatırladıb. O bildirib ki, Bakı azad olunmasaydı, nə Azərbaycan Xalq Cümhuriyyəti, nə də müasir Azərbaycan Respublikası olacaqdı.

Daha sonra A.Camalqızı xocali.ws saytının yaradılması zərurətindən danışıb: “İnternetdə kiçik bir axtarış etməklə Xocalı ilə bağlı saytların əksəriyyətinin ermənilər tərəfindən yaradıldığını və idarə edildiyini müşahidə etdim. İlk baxışda həmin saytların azərbaycanlılar tərəfindən idarə edildiyi təəssüratı yaranır, lakin yazılara nəzər salanda onların Azərbaycan əleyhinə olduğunu görürsən. Hətta həmin saytların bəziləri səkkiz dildə fəaliyyət göstərir. Bilirsiniz ki, Xocalı soyqırımı ilə bağlı bu günə qədər çoxlu sayda kitablar, broşürlər nəşr olunub, filmlər çəkilib, amma faciə barədə bütün məlumatları özündə əks etdirən ingilis və rus dillərində internet resursu çox az saydadır. Ona görə də biz məhz belə bir sayt yaratmaq qərarına gəldik. Prezident yanında Qeyri-Hökumət Təşkilatına bununla bağlı müraciətimiz müsbət qarşılandı”.

A.Camalqızı bildirib ki, www.xocali.ws elektron portalı Xocalı soyqırımı barədə məlumatların ingilis və rus dillərində oxuculara çatdırılması üçün yaradılıb: “Xocalı soyqırımına aid yaratdığımız bu portalda dəhşətli faciənin şahidlərinin ifadələri, tarixi sənədlər əks olunub, faciənin xronologiyası təqdim edilib”.

A.Camalqızı qeyd edib ki, saytda təkcə Xocalı soyqırımı ilə bağlı məlumatlar deyil, 1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımıları, 1948-53 və 1988-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası faktları ayrıca bölmə şəklində işıqlandırılıb: “Sayt üzərində işlər davam etdirilir. Xocali.ws saytının fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindəyik. Hələ ki, sayt yalnız rus, ingilis dillərində fəaliyyət göstərir, gələcəkdə dillərin sayını artırmaq niyyətindəyik”.

A.Camalqızı qeyd edib ki, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti böyükdür.

“Leyla xanımın uğurla həyata keçirdiyi kampaniya nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası və Parlament İttifaqı Xocalı qətliamını soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyıb. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib”, - deyə A.Camalqızı qeyd edib.

Politoloq Arzu Nağıyev belə bir layihənin həyata keçirilməsinin böyük məsuliyyət olduğunu bildirib:

“Mən Qarabağ döyüşlərində iştirak etmişəm. Hadisələrin iştirakçısı kimi deyə bilərəm ki, bu soyqırımıları Azərbaycan vətəndaşının gözünü qorxutmaq, onları sındırmaq üçün törədilib. Təəssüf ki, bəzi məqamlarda sapı özümüzdən olan baltalar da bu prosesdə iştirak edib. Bəzi şəxslərin hakimiyyətə gəlmək, insanların qanı üzərindən var-dövlət toplamaq istəyi də bir çox hallarda belə dəhşətli faciələrə rəvac verdi. Bu gün Köçəryanla bağlı Ermənistanda müxtəlif maddələrlə cinayət işləri açılır. Düşünürəm ki, Xocalı ilə bağlı cinayət əməlləri də həmin işlərə əlavə ediləcək. Bütün bu proseslərin fonunda Aynur xanım, Xocalı barədə belə bir saytın yaradılması ilə siz və kollektiviniz böyük bir məsuliyyəti öz üzərinizə götürmüşünüz. Hesab edirəm ki, saytda Xocalı soyqırımı törədən cinayətkarların siyahısı, eləcə də qəhrəmanlıq göstərən şəxslərin adları verilməlidir”.

Politoloq Nəzakət Məmmədova bildirib ki, bu mövzuda çəkilən hər bir film, yazılan hər bir kitab dünənki tarixi gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyət kəsb edir:

“Gələcək nəsillər faciəni məhz bu cür filmlərdən öyrənəcək. Bəlkə hadisə şahidləri həmin vaxt həyatda olmayacaq, ancaq bu cür filmlərlə gələcək nəsillər gerçəklikləri görəcək. Xocalı faciəsinin baş verməsi həmin dövrdə bizim gücsüzlüyümüzün nəticəsidir. Hesab edirəm ki, bu gün bütün sahələrdə Ermənistandan öndəyik. Bu cür filmlərin çəkilməsi Ermənistanda informasiya müharibəsində qalib gəlməyimizin üsullarından biridir. Hazırda Azərbaycan Ermənistanla istənilən müharibədə uğur qazanmaq potensialına malikdir. Arzu edirəm ki, Xocalı azad olsun və biz ona qəhrəman şəhər statusunu verək. Çünki onlar Xocalını tərk etməmək üçün sona qədər mübarizə aparıblar”.

Tədbirdə çıxış edən Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə Xocalı, həmçinin Qarabağla bağlı iş görməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib:

“Ömrünün 26 ilini Qarabağın azadlığına həsr etmiş bir şəhid polkovnik-leytenantın həyat yoldaşı kimi hər kəsdən bu mövzuda öz üzərinə düşəni həyata keçirməyi rica edirəm. Biz gələcək nəsillərə nə deyəcəyik? Bizim üçün Xocalıdan danışmaq çox çətindir”.

O, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Yenicag.az portalının rəhbəri Aqil Ələsgər xarici dilli internet resurslarında bu mövzuda materialların sayının azlığının narahatlıq doğurduğunu bildirib:

“Xarici dildə Xocalı ilə bağlı material axtaranda ancaq Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış materiallar tapmaq olur. Bu mənada hesab edirəm ki, xarici dildə belə bir saytın yaradılması haqq səsimizin xaricdə duyulmasında rol oynayacaq”.

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk xarici ölkələrdə bu mövzunun təbliğatı üçün belə saytların olmasının əhəmiyyətlindən danışıb:

“Xarici ölkələrdə Xocalı ilə bağlı tədbir keçirəndə bəzən orada yaşayan vətəndaşlarımızdan biganə münasibət görürük. Biz də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası olaraq bu sahədə müəyyən iş aparırıq: Milli Qəhrəmanlar, faciələrimizlə bağlı materialları vikipediyada yayımlayırıq. Bu mənada belə bir saytın yaradılması çox önəmli məsələdir”.

“İnterpress” Media Qrupunun və “Diaspor.az” saytının baş redaktoru Toğrul Allahverdili bu portalın xaricdə yaşayan həmvətənlərimiz və xaricilər üçün əhəmiyyətli olduğunu deyib:

“Təəssüf ki, biz informasiya müharibəsində çox zaman düşmənlərimizə uduzuruq. Xocalı adətən fevral ayında xatırlanır. İlk dəfədir ki, sentyabr ayında Xocalı yada düşür. Buna görə də sizə təşəkkür edirik. Bu sayt ən çox diaspor nümayəndəlimiz üçün maraqlı olacaq. Hesab edirəm ki, bu sayt Azərbaycan diasporuna hədiyyədir”.

Yazar Qurban Yaquboğlu bildirib ki, bu cür faciəni yaşamış toplumun övladları rahat nəfəs ala bilməz:

“Xocalı ilə bağlı resursların bir saytda və xarici dildə yerləşdirilməsinə davam etdirilməlidir. Saytın alman, fransız dillərində olması da məlumatların dünyaya çıxışı üçün çox vacibdir. Media ideoloji mübarizədə bir silahdır, lakin bu məsələnin yalnız öz dilimizdə deyilməsi yetərli deyil. Xarici dilli media orqanlarının sayı artırılmalıdır. Hesab edirəm ki, belə bir layihələr lazımdır və davam etdirilməlidir”.

Sonda layihədə yer alan jurnalist Sevinc Xan Qızı çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşüb.

Gülxar,

Foto Səfiyar Məcnun

Qadın Konsensus Mərkəzi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07