Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur
A A A
09/15/2018
Oxunma sayısı : 30492

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur.

Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib.

Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb.

Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur.

İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır.

Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür.

"Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00