“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə
A A A
09/15/2018
Oxunma sayısı : 30697


"Bildiyimiz kimi bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100-cü ildönümü ilə əlaqədar bayram paradı keçirilib.

Bu parad əslində növbəti dəfə Azərbaycan Türkiyə münasibətlərinin səviyyəsinin göstəricisi idi. Hər iki ölkə rəhbəri beynəlxalq tədbirlərdə mütəmadi olaraq, Azərbaycan və Türkiyənin milli maraqlarının qorunması ilə bağlı birgə mövqe sərgiləyirlər. Siyasi sferada olan hər bir diplomat bu münasibətlərin tarixi ilə o qədər  geniş məlumata malik deyil.

Bu gün ki, hərbi parad isə bütün dünyaya nümayiş etdirdi ki, bu ölkələrin münasibətləri daha geniş və tarixi kökə malik əlaqələrdir. Heç şübhəsiz paradın səbəbi və tarixi ilə bağlı informasiyalar beynəlxalq KİV-də də yayımlanmaqdadır. Bu baxımdan beynəlxalq aləm  15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bir daha izlədi".

By fikirləri  "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri, Cəsarət Hüseynzadə Olaylar.az -a açıqlamasında bildirib.

"Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, məhz 15 sentyabrda  Bakı şəhərinin işğalçılardan azad etdiyinin siyasi əhəmiyyəti həddindən artıq böyükdür və bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində olan əsas hadisələrdən biridir.

Paraddan öncə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bəzi mesajlar verdi ki, bu mesajlar bəzi dövlətlər tərəfindən məcburən  nəzərə alınmalıdır".

Cəsarət Hüseynzadə Prezident İlham Əliyev çıxışında münasibətlərin səviyyəsindən danışaraq qeyd edib ki, bu münasibətlər qardaşlıq nümunəsidir: "Dünyada məncə ikinci nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Ermənistana da ismarıclar yollayıb: "Qardaşımızın torpaqlarının 20 faizini işğal edənlərin bizdən sərhədi açmağımızı gözləməsi boşunadır. Addım atmalı olan işğalçılardır. Biz bütün qonşularımızla yaxşı münasibətlər qurmaq istəyirik. Dağlıq Qarabağ problemi çözülməzsə, bu iş olmaz".

Türkiyə prezidenti əslində tarixi əhəmiyyətli 15 sentyabr gününün adına uyğun mövqe sərgiləyərək,  bir daha Dağlıq Qarabağ problemi ilə bağlı ölkəsinin mövqeyinin əhəmiyyətli gündə dilə gətirdi.

Hərbi parad bir tərəfdən Azərbaycan -Türkiyə müttəfiqliyinin göstəricisi idisə, digər tərəfdən Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünün nümayişidir.

Cəsarət Hüseynzadə

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00