Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi
A A A
09/16/2018
Oxunma sayısı : 17024
                Əkrəm Bəydəmirli

Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı  idi

Öncə ondan başlayaq ki, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının  100 iliyi ilə bağlı Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradı böyük coşqu ilə izlədik. Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslərə  minnətdarlığımı çatdırıram. Həqiqətən  100 il öncə Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. 


Bakının 6 aylıq işğalna son qoyulması  Azərbaycanın demokratik dövlətçilik  tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi.  Düzdür, Bakının 100 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən, həmin hadisələri müəyyən məbləğdə pul vəsaitinin  ödənilməsi nəticəsində əldə edildiyini qeyd edən milli xəyanətkarlar oldu. 

Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran,  müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. Bir türk əsgəri öz şirin canınından keçib  Bakının azad olunması yolunda şəhid olursa, bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqəddəs işlərə,  bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur. Əslində  Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə hər zaman zərbə vuran, onun süqutunda rolu olan xəyanətkarları keçmiş tariximizə nəzər saldıqca yaxşı xatırlayırıq. Onların son, acınanaqlı aqibəti də bəllidir.

Nə isə əsas mətləbə keçək. Yenə 15 sentyabr  hərbi paradına qayıtmaq istərdim.  Əvvəla  belə möhtəşəm tədbir yerli və beynəlxalq  ictimaiyyətə ciddi mesajlar çatdırdı. Elə insanlar var ki,  tariximiz, 1918- cil hadisələri, ermənilərin bu ərazidə xarici havadarlarının köməyi ilə  Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar haqqında heç bir məlumatı yox idi və yaxud  bu informasiyalar yetərli deyildi. 

Düşünürəm ki, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının  100 iliyi ilə bağlı möhtəşəm tədbir ictimaiyyətin məlumatlanması, gənc nəslin maariflənməsi baxımından çox müsbət addımdır. Heç şübhəsiz ki, bu parad həm də türk dünyasına bir qardaşlıq, səmim dostluq, normal əməkdaşlıq mesajı idi.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev  bu tədbirdə çox əhatəli çıxışı zamanı  Türk dünyası arasında formalaşan mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən bir sıra maraqlı məqamlara nəzər saldı. Dövlət başçımızın çıxışında  Azərbaycanın  regionda və dünyada rolu, əsas strateji hədəflər bir daha açıqlandı 

Digər tərəfdən bu əhəmiyyətli toplantı Ermənistana və bu ölkənin rəhbərliyinə  xəbərdarlıq idi. Bu xəbərdarlıq ondan ibarət idi ki, işğalçı mövqeyində qalan Ermənistan iqtisadi tənəzzülə daha sürətlə gedəcək və işğal faktı aradan qalxmayana qədər Türkiyə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz. Bu fikri Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan  bir daha öz məzmunlu çıxışında təsdiqlədi.

Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”.
Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir.
 
Deməli, Ermənistan iqtisadi fəakətin acı nəticələrindən nəhayət nəticə çıxartmalıdır. Təəssüf ki, ermənilərin hadisələri düzgün dəyərləndirib işğal faktından əl çəkəcəyi real görünmür.  15 sentyabrda  Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının  100 iliyi ilə bağlı keçirilən paradda nümayiş olunan hərbi texnikanın  Dağlıq Qarabağda, işğal olunmuş digər  torpaqlarımızda nə zamansa işə düşəcəyi real görünür.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41