Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir"
A A A
09/17/2018
Oxunma sayısı : 33141


Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azy Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatlarına sərt münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, tvitter hesablnda yazıb:

- Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başlaması ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb. 
Ali Baş Komandanın oğlunu hərbi xidmətə göndərməsi və sıravi əsgər atası kimi andiçmə mərasimində iştirakı Azərbaycan ordusunun döyüş ruhunu daha da artırmış, onun hər bir Azərbaycan əsgərinə övladı kimi yanaşdığını və dəyər verdiyini bir daha sübut etmişdir. Hamımız yaxşı bilirik ki, Ali Baş Komandan döyüş əmri verəcəyi təqdirdə Aprel döyüşlərində olduğu kimi məhz bu hərbi birləşmənin əsgərləri öndə gedəcək.


Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı dövlət rəsmisinə yaraşmayan, qeyri-ciddi və küçə ritorikasından kənara çıxmayan son bəyanatı onun təxribatçı mahiyyətindən, diletantlığından və Azərbaycan əsgərinin xofundan qaynaqlanır. Oğlu haqqında yaydığı “hərbi xidmət” haqqında ucuz təbliğat xarakterli məlumatlara isə öz ölkəsinin mətbuatı belə rişxənd və kinayə ilə yanaşır.


Paşinyan bu cür davranışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, reallıq hissini itirdiyini, belə mürəkkəb məsələlərdə nə qədər məsuliyyətsiz və səbatsız olduğunu nümayiş etdirmiş oldu. Paşinyan anlamalıdır ki, bu addımları ilə onsuz da dalana dirənmiş sülh danışıqlarına olan son ümidləri də öldürür və bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir.


Münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın danışıqlar prosesini açıq şəkildə pozan bəyanatlarına təcili münasibət bildirərək onu bu cür addımlardan çəkindirməli və məsuliyyətini xatırlatmalıdır.



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41