Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video
A A A
09/17/2018
Oxunma sayısı : 31399

|


Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Abşeron rayon İcra hakimiyyəti və Abşeron Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Demokratik Gənclər” İctimai Birliyi tərəfindən icra olunan “Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa və təlimlərin təşkili” layihəsi təqdim olunub və layihə çərçivəsində eyni məzmunda dəyirmi masa keçirilib.





QHT.az xəbər berir ki, tədbiri giriş sözü ilə açan Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əskər Əmirli gələn qonaqları və tədbir iştirakçılarını salamlayaraq, mövcud layihənin Abşeron rayonu üçün xüsusi vacibliyini qeyd edib. O, vurğulayıb ki, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığı vacibdir.

Daha sonra “Demokratik Gənclər” İctimai Birliyinin sədri və layihə rəhbəri Ramil Süleymanov çıxış edib. Ramil Süleymanov iştirakçılara layihənin məqsədləri barədə geniş məlumat verib.

O bir daha vurğulayıb ki, dini radikalizm tək Azərbaycanı deyil, həm də dünyanın aparıcı dövlətlərlərini də təhdid edə bilən məsələdir. Bu problemi dəf etmək üçün yeganə yol cəmiyyətin xüsusisylə, İslam dini haqqında həqiqətləri bilməsi, İslamın özəllikləri və onun fəlsəfəsi ilə tanış olmasıdır.

Daha çox gənc nəslin dini radikal qüvvələrin təsirənə düşməsi ehtimalı çox olduğundan onların dini bacarıqlarını, düzgün analiz etmək imkanlarını artırmaq, gəncləri təhsilə həvəsləndirmək və islamın zorakı fanatik din deyil, onun əsl elmi özündə etiva edən din olması haqqında məlumatları təbliğ etmək vacibdir.

Çıxış edən layihənin eksperti , Demokratik Gənclər İctimai Birliyinin sədr müavini Təranə İsmayılova da mövzunu davam etdirərək dini dözümlülük- tolerantlıq məsələsinə toxunub. O , qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif dindən olan insanlara dini əqidəsinə görə hər zaman hörmətlə yanaşıb və bu gün də bu ənənə davam edir. Hətta ölkəmiz bu xüsusiyyətinə və siyasətinə görə dünya üçün nümunə də sayıla bilər. Çünki tolerantlıq məsələsi dünya üçün tək hüquqi məsələ sayılsa da, Azərbaycan dövləti üçün həm də mənəvi məsələdir.


Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin-Abşeron,Sumqayıt Regional İdarəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək, təmsil etdiyi və nəzarətdə olan ərazi üzrə görülən işlər haqqında və dinin nə üçün radikallaşdığı barədə ətraflı məlumatl verib. Natiq bildirib ki, əvvəllər din insanların sığındığı, yaşam tərzinə təsir edən məsələ idisə, son illər dünyada din altında savaşlar, qətllər törədilir. Din pərdəsi altında dağıdıcılıq edən, insanlığa qarşı çıxış edən xarici qüvvələr İslam dini haqqında pis fikirlərin yaranmasına-islamafobiyaya səbəb olublar. Ülvi Məmmədov son vaxtlar xarici radikal qüvvələrin təsirinə düşmüş azərbaycanlı gənclər, ailələr haqqında da nümunələr gətirərək, hər kəsi diqqətli olmağa çağırıb.
 
Cıxış edən Abşeron rayon icra hakimiyyətinin ictimayyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Baxışov Abşeronda bu layihənin vacibliyini xüsusi ilə qeyd edib. Vüqar Baxışov bildirib ki, təmsil etdiyi icra hakimiyyətinin səlahiyyətində 15 kənd, qəsəbə var.

Ərazi üzrə 24 məscid fəaliyyət göstərir, 11 dini icma rəsmi qeydiyyatdan keçib. Bu günədək din məsələləri daim nəzarətdə saxlanılır, mütamadi reydlər təşkil olunur, Abşeron RİH-nin nəzdində dini məsələlər üzrə kommisiya illərdir fəaliyyət göstərir. İcra hakimiyyəti nümayəndəsi onu da bildirib ki. bu il Məhərrəmlik ayı və qarşıdan gələn Aşura günü ilə əlaqədar bütün icra hakimiyyəti orqanlarında olduğu kimi Abşeron icra hakimiyyəti nəzdnində icra hakiminin rəhbərliyi ilə xüsusi qərərgah yaradılıb və dini mərasimlərlə bağlı məsələlərə nəzarət gücləndiriləcək.

Çıxışların ardınca tədbir iştirakçıları mövzuyla bağlı fikirlərini bildirib və suallar səsləndirib.

Demokratik Gənclər İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00