Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO)
A A A
09/19/2018
Oxunma sayısı : 28791


Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 19-da "Humanitar məsələlər və öhdəliklər: insan alverinə qarşı mübarizə, qaçqın və məcburi köçkünlər” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək Ermənistanın Azərbaycana qarşı əsassız iddialarına görə yüzlərlə insanın həlak olduğunu, onlarla kənd, şəhər və qəsəbələrin viran qaldığını dedi: "Artıq 30 ilə yaxındır ki, Azərbaycanda minlərlə insan vətən həsrəti ilə yaşayır. Qaçqın ailələrində doğulan uşaqların isə bu gün 25-30 yaşı var.


Onlar bu gün öz vətənlərini ancaq internet üzərindən görə bilirlər. Bu onlar üçün ən böyük psixoloji zərbədir. Məsələnin digər tərəfi isə iqtisadi amillərlə bağlıdır. Bugün Azərbaycan höküməti hər il milyonlarla vəsait ayıraraq qaçqın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına sərf edir. Digər bir məqam isə onların doğma torpaqlarında olan mülklərinin darmadağın edilməsidir. Bugün BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğalı pisləyib və müvafiq qətnamələr, müxtəlif sənədlər qəbul ediblər. Təəssüf ki, bu gün bunların heç biri Ermənistan tərəfindən icra edilmir. Sonda bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Mən 1988-ci ildə tarixi Azərbaycanın bölgələrdindən biri olan Göyçə mahalı, Basarkeçər rayonundan məcburi şəkildə ailəmlə birlikdə köçürülmüşəm. Bu dəhşətli prosesdə mən öz qohumlarımı, yaxınlarımı itirdim. Evimiz, mülklərimiz, yaxınlarımızın məzarları, tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilib. Amma bugün biz yenə də bütün hisslərimizi cilovlayaraq sülhün bərqərar olmasını istəyirik. Ümumiyyətlə dünyada yeganə xilas yolu sülhdür. Sülhdən başqa digər bütün metodlar münaqişədə insan itkisi ilə nəticələnir. Mənim kimi yüzlərlə azərbaycanlı gənci sadəcə doğma evinə qayıtmağı arzulayırlar.

Məlumat üçün qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07