Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib
A A A
09/20/2018
Oxunma sayısı : 30125


Gəncliyə Yardım Fondunda “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində konfrans keçirilib.  

Tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbligi İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Rəhbəri olduğu İctimai Birlik və onun fəaliyyəti barədə məlumat verən S.Cəfərova deyib ki, "Dəyər" Mənəvi İrsin Təbligi İctimai Birliyinin əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə yardım etməkdir: “Birliyimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, Azərbaycan tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir, muvafiq sahədə maarifləndirmə işləri aparır.

Birliyin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır."

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirib ki, müasir dövrdə dini radikalizm, dini fanatizm və dini ekstremizm həm fərdlərin, həm cəmiyyətin, həm də dövlətin üzləşdiyi ən böyük problemlərdəndir. Bu problemlər cəmiyyətdə birdən-birə yaranmır, insanların gözü qarşısında formalaşır: “Biz müşahidə edirik ki, dünənə qədər cəmiyyətdə normal davranış nümayiş etdirən şəxslər müəyyən müddətdən sonra radikal dini qrupların təsiri altına düşür və tamamilə başqa insana çevrilir. Cəmiyyətə qarşı çıxıb ətrafında olan insanları qəbul etmirlər. Aparılan araşdırmalar göstərir ki, bu insanlar özləri çox müxtəlif sosial statuslu şəxslərdir”.

R.Əsgərovun sözlərinə görə, dini fanatizmin qanunvericilikdə açıqlaması dini ekstremizmin ideoloji əsaslarından olmaqla, dini imanın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etməklə müşahidə edilən ifrat formasıdır: “Dini fanatizmin əsas iki xüsusiyyəti var. Onlardan biri hər hansı tənqidi yanaşmanı istisna etməkdir. Yəni insan inandığı hansısa dəyərlərə başqa bir tənqidi yanaşmanı qəbul etmir. Hətta onun qarşısına ciddi arqumentlər gətirdikdə belə insan öz dediyində qalır, inadkarlıq göstərir.  Yəni insanın əsas məqsədi həqiqəti görmək deyil, sadəcə təəssübkeşlik edərək öz inandığı formatdır. Dini radikalizm isə hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən həmin dini baxışların müstəsnalığının təsbit olunmasında barışmaz mövqe numayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə ilə səciyyələnən davranışdır.  Dini radikalizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, o öz dini baxışlarını cəmiyyətdə alternativsiz yaşamasını tələb edir. Başqa  inanclara, hətta öz dinindən olsa belə onlara qarşı barışmaz mövqe nümayiş etdirir və həmin inancların ortadan qaldırılması üçün aqressiv üsul və vasitələrdən istifadə edir. Dini ekstremizmin əsas xüsusiyyətləri isə dini düşmənçilik, dini fanatizm və dini radikalizm zəminində Azərbaycan Respublikası Kanstitusiyası quruluşunu, onun cümləvi xarakterinin eyni  zamanda ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi, terror qruplarının yaradılması, milli, dini, sosial zəmində ləyaqətin alçaldılması və sair. Dini ekstremizmin radikalizm və fanatizmdən fərqi odur ki, konkret  özündə cinayət tərkibi daşıyır”.

Normal insanların radikal dini qrupların təsiri altına düşməsi məsələsinə gəlincə, R.Əsgərov qeyd edib ki, sözügedən qruplar xüsusi psixoloji metodlardan istifadə edir: “Bu qrupların istifadə etdiyi əsas metodlardan biri insanı informasiyadan təcrid etməkdir. Bu necə baş verir. Öz ideologiyalarına uyğun gələn ədəbiyyat, video görüntülər və sair vəsaitlərlə insanları təmin edir, cəmiyyətdən təcrid edirlər. Ancaq bir insanın məqsədi, məramı təmiz və düzgündürsə onu heç bir halda belə qruplaşmalara cəlb etmək mümkün deyil”.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu deyib ki, əgər hər birimiz dinimizin məğzin, mənasın yaxşı bilsək, düzgün dərk etsək görərik ki, müqəddəs dinimiz İslamda radikalizmə, fanatizmə yer yoxdu. Onun dediyinə görə, elm və bilik olan yerdə heç vaxt radikalizm ola bilməz: “Peyğəmbərimiz buyurub ki, bir saat elm öyrənmək bir saat ibadət etməkdən üstündür. Peyğəmbərimiz də elmə, biliyə, dinimizə bu çür böyük ideallarla baxıb. Təəssüflər olsun ki, bizə əsrlər boyu müqəddəs dinimizin əsl məğzi, mahiyyəti düzgün çatdırılmayıb”.

H.Nərimanoğlu qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu prezident İlham Əliyevin sərəncamı ilə 2014 –cü ildə yaradılıb. Fondun qarşısına qoyulan məqsədlərdən biri dini maarifləndirmə işlərinin aparılması, kütlə arasında elmi, biliyi, maarifi yaymaqdır: “Bilik fondunun iki layihəsi birbaşa dini mənəvi dəyərlərin təbliğinə yönəlib. Dini maarifləndirmə layihəsi və nəsr kitabxana layihəsi”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Qurban Əliyev vurğulayıb ki, dinin cəmiyyətin həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Qurban Əliyevin sözlərinə görə, İslamın tərkibində olan multikulturalizm və tolerantlıq heç bir dində yoxdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Cahangir Cahangirli isə bildirib ki, insanların islami biliklərinin artırılması zəruridir. İnsanların radikal dini təriqətlərə və qruplaşmalara qoşulmaması üçün maarifləndirmə işinin aparılması da mütləqdir: “İstənilən sosial qrupun nümayəndəsinin radikal zümrələrdə təmsil olunduğunu görə bilərik. Bu problemlə qarşılaşmamaq üçün müvafiq tədbirlərin görülməsi zəruridir."

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqanayevanın sözlərinə görə, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir: “Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxardır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarışıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə aparmaq lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirmək, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır"

Dəyər Mənəvi İrsin Təbliği İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07