“ATƏT PA-nın Qarabağ münaqişəsinin həllinə dair mövqeyi presedent kimi götürülə bilər” - Politoloq
A A A
10/02/2018
Oxunma sayısı : 22668
Yeni Musavat Qəzetinin internet saytında bu gün maraqlı təhlil yayımlanıb. 
 
Yazıda deputat Azay Quliyevin müəlllifi olduğu ATƏT PA-nın “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməsi Azərbaycan diplomatiyasının zəhməti və uğuru kimi qiymətləndirilir.
 
Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların zaman-zaman ikili standartlarla çıxış etdiyinin şahidi oluruq. Hazırda Qarabağ məsələsinin həlli ilə bağlı proses dünyanın daha çox gündəmindədir. Məsələ ondadır ki, Ermənistanda yeni hakimiyyətə gələn Nikol Paşinyan sərsəm iddialarla çıxış edir; o, gah danışıqların Dağlıq Qarabağdakı separatçılarla aparılmalı olduğuna dair anormal fikir səsləndirir, gah da işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana birləşdirilməsi kimi sərsəm açıqlamalar verir. 
 
Beynəlxalq təşkilatlar – Avropa Şurası, ATƏT, AŞPA, BMT və digər qurumlar isə sanki bunu görməzdən gəlir və konkret mövqe sərgiləməyə tələsmirlər. Hansı ki, ortada işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad edilməli olduğunu, məcburi köçkün düşmüş əhalinin doğma yurdlarını qaytarılması tələbi və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu özündə ehtiva edən BMT TŞ qətnamələri və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər var.
 
ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bu günlərdə hakim partiyanın internet saytına verdiyi müsahibədə (http://www.yap.org.az/…/prezident-ilham-eliyevin-heyata-kec…) ATƏT PA-nın Qarabağla bağlı mövqeyini şərh edən zaman 2015-ci ildə qurum tərəfindən qəbul edilən qətnamənin əhəmiyyətini vurğulayıb: “ATƏT PA-nın münaqişənin həllinə dair yanaşması, mövqeyi qənaətbəxşdir. Çünki 2015-ci ildə ATƏT PA müəllifi olduğum “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipial və birmənalı mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların özmüqəddaratının təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir”.
 
Məsələ də ondadır ki, bu gün ATƏT nüfuzu, dünyada demokratiya və münaqişələrin həllinə dəstək baxımından digər qurumlardan daha üstündür və münaqişənin həllinə dair yeganə mandata sahib beynəlxalq təşkilatdır. ATƏT-in Parlament Assambleyasının məhz belə bir qətnamə qəbul etməsi isə münaqişənin həlli ilə bağlı bir presedent kimi tətbiqi uğurlu olardı. 
 
Politoloq Elxan Şahinoğlu hesab edir ki, beynəlxalq təşkilatlarda qəbul olunan bütün sənədlər bizim xeyrimizədir. Onlardan bu və ya digər şəkildə presedent kimi istifadə edilməsinin mümkünlüyünə gəlincə, politoloq deyir ki, sadəcə bu qətnamələri işğalçı dövlət yerinə yetirmədiyinə görə onlar münaqişənin həllini yaxınlaşdırmır: “Avropa Şurası Parlament Assambleyası ilə Avropa Parlamenti də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən sənədlər qəbul ediblər. BMT-nin 4 qətnaməsi Qarabağla bağlı qəbul edilən sənədlərin "şahıdır". Ancaq işğalçı dövlət onları belə yerinə yetirmir və heç bir dövlət, o cümlədən ATƏT-əz üzv dövlətlər buna görə Ermənistana heç nə demirlər”.
 
Elxan Şahinoğluna görə problem bu qətnamələrin işğalçı dövlət tərəfindən yerinə yetirilməməsidir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır... - 13 / 02 / 2019 20:52
Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib - 13 / 02 / 2019 19:43
“63 yaşlı AzTV” -QHT rəhbərlərinin TƏƏSSÜRATLARI - 13 / 02 / 2019 19:35
Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV - 13 / 02 / 2019 18:06
Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir” - 13 / 02 / 2019 17:57
Fəxrəddin Həsənzadə: Cənab Prezidentin “Real TV”-yə son müsahibəsi gənclər siyasətinin strateji hədəflərini bir daha müəyyən etdi - 13 / 02 / 2019 17:28
Azay Quliyev: "Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - 13 / 02 / 2019 17:00