QHT sədrinin "Gecənin rəngi" adlı kitabı çapdan çıxıb
A A A
10/03/2018
Oxunma sayısı : 21584

Yazıçı - publisist İlham Əliyevin Dağlıq Qarabağ  döyüşlərindən bəhs edən növbəti romanı belə adlanır.

Yazıçı - publisist İlham Əliyevin növbəti romanı  çapdan çıxıb. "Gecənin rəngi" adlanan roman Dağlıq Qarabağda gedən döyüşlərdən və bu döyüşlər zamanı baş verən hadisələrdən bəhs edir. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi", "İnsanlığa xidmət" əsərləri, "Qanlı vadi", "İncə dərəsi" romanları ilə oxuculara tanış olan İlham Əliyev qələmə aldığı "Gecənin rəngi" romanında Qarabağ döyüşlərinin ilk mərhələsində könüllü özünü müdafiə dəstələrinin bütün cəbhə boyu erməni hərbi birləşmələrini darmadağın edib, böyük ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmələri göstərilir. Roman məzmun dairəsinin genişliyi və əhatəliyi cəhətdən deyil, həm də bədii keyfiyyətləri və aydın üslubu baxımından seçilir. Bu keyfiyyətlər korpus komandiri Məmməd Cavadzadənin, alay komandirləri Bəxtiyar Hacıyevin, Fərəc Ağayevin, Asif Bəşirovun davranışlarında və təcrübəli hərbçi bacarıqlarında açıq-aydın özünü göstərir.

Söz yox ki, müharibə zamanı ən zəif və gərgin təbəqə dinc sakinlərdir. Bunu "Gecənin rəngi" romanında da  açıq-aydın görmək mümkündür. Ermənilər işğal etdikləri Sırxavənd kəndini  talan edib, dağıtmaqla yanaşı, girov götürdükləri dinc sakinlərlə amansız rəftar edir, təhqir edir, alçaldır, müxtəlif işgəncələrdən sonra öldürürlər. Qətliamların başında dayanan ikinci korpusun komandiri Samvel Xaçaturyan girov götürülən sakinlərə qarşı daha  qəddar davranır və bir növ işgəncə maşınının amansız xarakter almasından zövq alır. Hətta bir zaman idman zalında birgə məşq etdikləri, yarışlarda üz-üzə gəlib, güləşdikləri Talıbın "Savalan və Bəxtiyarı burax" təklifinə onların başına silah dayayıb, öldürməsi ilə cavab verir. Bu artıq vəhşilik, insanlığa qarşı amansızlıqdır. Amma yaxşı deyiblər, müharibəni əldə silahla aparırlar, lakin qələbəni təkcə silahla deyil, insanların qisasçılığı, yüksək əzmkarlığı və xarakteri təmin edir.  Bunu erməni vəhşiliyinin qurbanı olaraq ev-eşiyi dağılan, atası, bacısı, nişanlısı öldürülən, anası və qardaşı girov götürülən Talıbın əzmkarlıq və yüksək kəşfiyyatçı bacarığı göstərərək korpus komandiri Samvel Xaçaturyandan qisas almasında görmək olar. Sadə və oxunaqlı dildə yazılan romanda təsvir edilən hadisələr real və inandırıcıdır. Bu da romanın müharibənin əzablarını yaşamış əsirlərin və girovların fikirlərinə, eləcə də döyüşlərin iştirakçısı olmuş əsgər və zabitlərin xatirələrinə əsasən qələmə alınması ilə bağlıdır. Maraqlı hadisələrlə zəngin olduğundan kitabı həyəcansız oxumaq mümkün deyil. Çünki romanda qırılmış insan taleləri, insan faciələri  oxucunu düçündürür və düşündürdükcə narahat edir.

Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" kitabı istər xalqımız, istərsə də ədəbiyyatımız üçün lazımlı kitab olmaqla yanaşı, həm də maarifləndirmə baxımından böyük əhəmiyyətə malik kitabdır.   Ktab həm də, yeni məlumat, yeni mövzu axtarışında olan oxucu üçün bir tapıntı olacaq.

Qeyd edək ki, İlham Əliyev eyni zamanda Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədridir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07