“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qusarda tədbir keçirib
A A A
10/03/2018
Oxunma sayısı : 21067

|

Oktyabrın 2-də Qusar şəhər 2 saylı tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev, Qusar şəhər 2 saylı tam orta məktəbin direktoru Dilşad Şinqarova, məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev bildirib ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir. O vurğulayıb ki, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə yardım etməkdir: “Birliyimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, Azərbaycan tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir, müvafiq sahədə maarifləndirmə işləri aparır. Birliyin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır."

Tədbirdə çıxış edən Dilşad Şinqarova maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək xüsusilə gənclərin dini düzgün yöndən anlamaqla radikal qruplara heç vaxt qoşulmamağa çağırıb.

Çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirlərinə toxunmaqla yanaşı, dünyada, əsasən də Yaxın Şərqdə baş verən qarşıdurmalara diqqət çəkib. Natiq qeyd edib ki, əsas münaqişələr bir ölkə daxilində yaşayan vətəndaşların dini müstəvidə ortaq məxrəc tapmamaları ilə başlayıb, hazırda isə bu dairəni də aşaraq böyük bir arealda davam etməkdədir. E.Ağasiyev vurğulayıb ki, birliyin, yekdilliyin və həmrəyliyin olmadığı yerlərdə bu cür münaqişələr qaçılmazdır, ölkəmizdə isə mövcud olan həmrəylik mühiti sabitliyin qarantıdır.

E.Ağasıyev qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Dəyər Mənəvi İrsin Təbliği İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41