QHT Göyçə, Zəngəzur, İrəvanın təbliği ilə bağlı Gəncə və Göygöldə toplantılar keçirdi
A A A
10/09/2018
Oxunma sayısı : 3325


“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” layihəsi çərçivəsində 6 oktyabr 2018-ci il tarixdə Gəncə və Göygöl rayonlarında tədbirlər baş tutub.
Tədbirdə əsasən canlı şahidlər kimi, Göyçə, Zəngəzur, İrəvan əsilli ağsaqqallar, orta nəsil nümayəndələri, habelə gənclər, tələbələr iştirak ediblər. 
Qeyd edək ki, Gəncə və Göygöl Göyçə, Zəngəzur və İrəvandan zaman-zaman didərgin salınmış soydaşlarımızın sıx məskunlaşdıqları ərazilərdir. 

Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatının qərargahında baş tutan tədbiri açıq elan edən layihə rəhbəri Elşad Məmmədli öncə bu kampaniyanın mahiyyəti haqda məlumat verib. O bildirib: “Məlum olduğu kimi, XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqları olan Göyçə, Zəngəzur, İrəvan o dövrün siyasi təlatümlərinin nəticəsində və Azərbaycanı parçalamaq məqsədi ilə tarixən Cənubi Qafqazda yaşamamış, bura məqsədyönlü şəkildə köçürülmüş ermənilərə verilib. Faktiki olaraq İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağdaban Azərbaycandan zorla qoparılıb, həmin torpaqlarımız da Qarabağla yanaşı erməni əlində girovdur. 
Bu məsələyə Cənab Prezident İlham Əliyev YAP-ın son qurultayında etdiyi çıxış xüsusi diqqət ayıb. Sitat: “Bu tarixi torpaqlar unudulmamalıdır və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir...”
Uzun illərdir ki, erməni təbliğatçıları Qarabağ və Göyçə, Zəngəzur, İrəvanla bağlı dünyaya yalanlar sırıyır. Hətta mətbəximizi belə öz adlarına çıxmağa cəhdlər edirlər. Cənab prezidentin çıxışı fəal vətəndaşlar, ictimai təşkilatlar üçün də siqnaldır. 
İcra etdiyimiz “Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” layihəsi bu reallıqları dünya ictimaiyyətinə daha əsaslı şəkildə çatdırmağı, itirilmiş torpaqlarımızın tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsini və təbliğini nəzərdə tutur. 
“Vətəndaş Maarifləndirilməsi” layihə çərçivəsində tarixi mənbələrə istinad etməklə yanaşı, Göyçə, Zəngəzur, İrəvan əsilli insanlarımızdan tarixi və mədəni irsimizə dair əldə etdiyimiz informasiyaları da təbliğat işlərimizdə istifadə etməyi nəzərdə tutub. Həmçinin, bu həqiqətlərdən məlumatlı olmaları, maariflənmələri üçün tədbirlərimizdə gənclərin iştirakına diqqət ayırırıq, onları da cəlb edirik”.

Tədbirdə nəzərə çatdırılıb ki, Azərbaycan dövləti son illərdə ermənilərlə informasiya və intellektual mübarizədə “hücum diplomatiyası”na üstünlük verir. Erməni qəsbkarları, erməni lobbisi də dünya boyunca saxta informasiyalar paylaşmaq ənənəsini daha da gücləndirir. Bu baxımdan tarixi, itirilmiş torpaqlarımız, onların mədəniyyəti ilə bağlı faktları da həm yerli ictimaiyyətdə, həm də beynəlxalq miqyasda geniş kütlələrə çatdırmaq zərurəti var.  

Qeyd edilib ki, dövlətimizin maraqlarının qorunması, güclənməsi, ermənilərin saxtakarlıqlarının ifşa edilməsi üçün Azərbaycan həqiqətlərinin, tariximizlə bağlı təbliğatın xaricdə, eləcə də ölkə daxilindəki beynəlxalq tədbirlərdə, habelə davamlı olaraq daha səmərəli şəkildə təşviqatının aparılması məqsədəuyğundur.
Xüsusi olaraq vurğulanıb ki, internet resursları, media imkanlarından istifadə etməklə təbliğat kampaniyası qurmaq, habelə sosial şəbəkələr üzərindən xaricdəki aktiv kəsimi də kampaniyaya qatmaq mühümdür. Hər zaman beynəlxalq tədbirlərdə, konfranslarda da bu yöndə təşviqat aparılmasına çalışmalıyıq. 

Daha sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının ideoloji şöbəsinin müdiri, Göyçə əsilli Hüseyn Budaqov tarixi torpaqlarımızın itirilməsinin səbəbləri, bunu o dövrlərdə şərtləndirən amillər, bugünkü reallıqlar, görülən işlərlə bağlı geniş məlumatlar verib. Hüseyn Budaqov ölkə prezidenti İlham Əliyevin bu məsələyə xüsusi diqqətlə yanaşmasını qeyd edərək, buna görə göyçəlilər adından dövlət başçısına təşəkkürlərini çatdırdı. 

Tədbirin gedişində Göyçə əsilli yaşlı nəsil təmsilçiləri -  pedaqoq Razim Hacıyev, şair Oruc Göyçəli, təqaüddə olan dövlət qulluqçusu Becan Qasımov (Göyçəli), jurnalist Amil Qurbanov doğulub boya-başa çatdıqları tarixi Azərbaycan torpaqları olan Göyçənin tarixi haqda geniş məlumatlar verdilər. Onlar, həmçinin Göyçənin zəngin mədəniyyəti, ənənələri, mətbəxi, bu bölgədə elmə, təhsilə çox yüksək qiymət verilməsi haqda geniş çıxışlar etdilər, faktlar sadaladılar, dəqiq informasiyalar verdilər.
Tədbirdə iştirak edən “Azərfax” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Nicat Dağlar Qarabağ, Göyçə, Zəngəzur, İrəvan, ümumilikdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi ilə gənclərin aktivliyinin vacibliyini vurğuladı. O bildirdi ki, sosial şəbəkələrdə ermənilərin apardıqları yalan təbliğatları ifşa etmək üçün gənclərimiz hazırlıqlı olmalı, xarici dilləri, xüsusi ilə rus dilini mənimsəməyə çalışmalıdırlar: “Göyçə, Zəngəzur, İrəvanla bağlı təbliğat çox mühümdür. Bu dövlətimizin strateji məsələlərindən biridir. Ermənilər, dünya bilməlidir ki, bizim Qarabağ məsələsinin həllindən sonra tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvanı da unutmayacağıq, öz tarixi torpaqlarımıza qayıtmaq üçün addımlar atacağıq, hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”. 

Göygöldə də analoji tədbir əsasən Göyçə əsilli şəxslərin, ziyalıların, eyni zamanda gənclərin iştirakı ilə baş tutdu. Görüşü açıq elan edən rayon icra hakimiyyətinin rəsmisi Vüqar Hüseynov toplantının mahiyyəti haqda açıqlama verdi. 
Daha sonra Göyçə əsilli ziyalılar -  Şəmistan Məmmədov, Azad Haqverdiyev, Qazilər Birliyinin rəhbəri, döyüşçü İlqar Əhmədov, Göygöl rayon Əlil Qadınlar Cəmiyyətinin sədri Süsən Qurbanova , Gənclər və İdman İdarəsinin müdiri Zaur Abbasov, Əlisa Aşurov və digər şəxslər Göyçənin mədəniyyəti, tarixi, toponimikası, bu gün yaşadılan ənənələri, aşıq sənəti, xalçaçılıq sənəti haqda geniş və müfəssəl bilgilər verdilər. 
Tədbirlər başa çatdıqdan sonra layihə rəhbəri və eksperti Gəncə və Göygöldə yaşayan Göyçə, Zəngəzur, İrəvan əsilli digər bir neçə şəxslə də evində görüşərək, onlardan da tarixi yurdlarımıza dair gördükləri, yaddaşlarda qalan mədəni irsə dair məlumatlar, faktlar əldə ediblər. 

Qeyd edək ki, Gəncə və Göygöldəki Göyçə, Zəngəzur, İrəvan əsilli şəxslərdən toplanan bilgilər, faktlar layihənin yekununda sənəd halında, həmçinin video-görüntü şəklində müxtəlif xarici ölkələrdə, yerli media orqanlarında, sosial şəbəkələrdə paylaşılacaq və bu haqda geniş təşviqat kampaniyası davam edəcək.



_MG_4609.JPG (6.75 MB)

_MG_4629.JPG (5.72 MB)

_MG_4663.JPG (5.11 MB)

IMG_4689.JPG (4.97 MB)

IMG_4730.JPG (5.62 MB)



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39