QHT sədri ATƏT-in Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?”
A A A
10/09/2018
Oxunma sayısı : 25510
8-10 Oktyabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında "ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçirilib. 

Tədbirdə iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov insan haqlarının təbliğində yeni mexanizmlərin hazırlanmasına ehtiyac duyulduğunu qeyd edib: "Məndən öncə çıxış edən natiqlərin fikirlərinə, yanaşmalarına diqqətlə qulaq asdım. Olduqca vacib məqamlara toxunuldu, bir çox mühüm təkliflər verildi. Bunlar hamsı gözəldir və növbəti mərhələ üçün zəruridir. Ancaq gəlin biz bir məqam üzərində dayanaq. Bugün biz insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri ilə bağlı hansı işlək mexanizmləri tətbiq edə bilmişik? Bugün dünyanın dörd bir tərəfində sırf siyasi və iqtisadi maraqlar naminə milyonlarla insanın haqları tapdalanır.

 Son 10 ildə "təhlükəsiz dünya” konsepsiyası adı altında böyük güclər öz şəxsi maraqlarına xidmət edən hərbi əməliyyatlar reallaşdırırlar. Bütün bu proseslərin fonunda təhlükəzis birgəyaşayış modelini necə tətbiq etmək olar? Biz bir çox hallarda tarixə nəzər salmırıq və yaxud tarixdə baş verən olaylardan nəticə çıxarmırıq. Biz tarixi səhvləri yenidən təhlil etməklə növbəti faciələrdən sığortalana bilərik. Prosesin ən təhlükəli tərəfi isə İKT inkişafı səbəbindən yaranan elementlərlə bağlıdır. Bugün sosial şəbəkələr dünyada baş verən proseslərə birbaşa təsir edir. İnsan haqlarının pozulması, təhlükəsizlik məsələləri sosial şəbəkələrdə hər gün azı milyon dəfə pozulur. İKT inkişafı mütləqdir, dəstəklənməlidir, amma prosesin təhlükəsizliklə bağlı olan tərəfi mütləq ciddi nəzarətə götürülməldir. Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq, bəlkə vətəndaş cəmiyyətini bu prosesə fərqli qapıdan salmalıyıq? ”


Məlumat üçün qeyd edək ki, 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitinin nəticələrinin müzakirəsinə həsr olunmuş bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov isə tədbirə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılıb. S.Abbasov 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitində də çıxış edərək iştirakçılara müraciət ünvanlamışdı.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Gəncləri” yola salmaq lazımdır - 19 / 02 / 2019 15:46
ABŞ səfirliyinin rəhbərliyi vəkillər kollegiyasini ziyarət edib - 19 / 02 / 2019 15:38
Parlament gənclər təşkilatları ilə bağlı yaş senzinə HƏ dedi -ikinci oxunuşda - 19 / 02 / 2019 15:28
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17