Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video
A A A
10/10/2018
Oxunma sayısı : 27228


Vərəm əleyhinə koalisya üzvləri bu dəfə Şəmkir rayonunda səfərdə olublar.  Əvvəlcə qonaqlar  Şəmkir Rayon Ağciyər xəstəlikləri xəstəxasına baş çəkib və və bir qrup  müalicədə olan vərəmli şəxslərlə görüşüb, onların vəziyyəti ilə tanış olublar. 

Daha sonra koalisiya üzvləri Şəmkir rayon icra hakimiyyətinin dəstəyi ilə rayonun H. Əliyev mərkəzində növbəti “Vərəmə son qoyaq” adlı elmi-praktik  konfrans keçiriblər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti nümayəndəsi Pərviz İbrahimov  açıb və qonaqları salamlayaraq vərəmlə mübarizəyə həsr olunmuş görüşün vacibliyini bildirib, koalisiyanın bu vacib işinə uğurlar arzulayaraq hər zaman rəsmi orqan kimi dəstək verəcəklərini xatırladıb.

“Sağlamlığa Xidmət” İB-nin sədr müavini Pərvanə Vəliyeva  TB REP  proqramı və təmsil etdiyi təşkilatın, eləcə də vərəmlə mübarizə üzrə qht koalisyasının fəaliyyəti barədə təqdimatla çıxış edib. O, 2015-ci ildən bu yana Azərbaycanda dərmana davamlı xəstələrinin sayında artım olduğunu təəssüflə qeyd edərək, bu səsbəbdən bütün cəmiyyətin xəstəliklə mübarizədə səfərbər olmasını diləyib.  Pərvanə Vəliyeva onu da vurğuayıb ki, 2011-ci ildən bir neçə ictimai  təşkilatı birləşdirən koalisiya bir çox tədbirlər keçirib, eləcə də  vərəmlə mübarizə həsr olunmuş audiovizual məhsulların hazırlanmasına nail olub. 

Daha sonra çıxış edən “Sağlamığa Xidmət” İB-nin sədri,  Elçin Muxtarlı isə çıxışında vərəm xəstəliyi barədə məlum olan və olmayan məqamlara toxunub, Dünya Səhiyə Təşkilatının faktlarından, hazırda Azərbaycanda  xəstəliyə məruz qalmış insanların vəziyyəti və onların müayinə və müalicəsindəki mövcud problemlərdən bağlı danışıb.  Hər il 1milyon 300 min insanın vərəm səbəbindən öldüyünü bəyan edən ekspert, dünya ölkələrinin hələ də xəstəliklə mübarzəsinin davam etdiyini vurğulayıb. 
 Şəmkir Rayonu Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanov rayonda vərəmin epidemioloji vəziyyəti və xəstəxananın fəaliyyəti haqqında auditoriyaya geniş məlumat verib.

Qeyd olunub verilib ki, xəstəxana 2 şöbədən ibarətdir. Hazırda daha çox həsas vərəmli xəstələrin müalicəsi ilə məşğul olunur, Şəmkirin bir neçə kəndində Vərəm kabinetləri  var. Rayon əhalisinin 2007-ci ildən daha çox dərmana davamlı  vərəmli xəstələrin stasianar müalicəi aparılmır,xəstələr daha çox  ambulator  müalicə alırlar.  Baş həkim onu da vurğulayıb  ki, hazırda xəstəxananın təmirə və yeni tələblərə uyğun qurulmasına böyük ehtiyac var.  

Çıxış edən Ictimai səhiyyə və  Islahatları mərkəzinin nümayəndəsi  Şəhla Mirzəzadə təmsil etdiyi qurumun  maarifəndirmə işlərindən danışıb. O qeyd edib ki,  bu mübarizə tək  Səhiyyə Nazirliyi,  qht koalisyasın işi deyil, hər kəs  vərəmlə mübarizədə fəal olmalıdır. İctimai səhiyyə və İslahatlar mərkəzinin bir çox formada təbliğat işində metodik vəsaitlərin hazırlanması və yayılması işinin olduğunu  xatırladan Şəhla Mirzəzadə deyib ki,  səhiyyə işçilərinin pedaqoqlarla birğə fəaliyyəti vacibdir,  hələ uşaq bağcalarından başlayaraq vərəm barədə məlumatlandırma olsa, mübarizə daha effekt verər və  bu yönümdə işlər BMT-nin davamlı  və dayanıqlı inkişaf məqsədlərinə uyğun hesab olunmalıdır. 

Tədbirdə çıxış edən sosioloq Zəminə Səfərova vərəmli xəstələrlə işləyən tibb işçilərin, həkimlərin də sağlamlığının vacib olduğunu, onların da vərəmdən qorunmaq üçün profilaktik tədbirlər görməsini  vurğulayıb. 

“Sağlamlığa Xidmət” İB-in həkim koordinatoru Samirə Məmmədova vərəmin  yayılma yolları, profilaktikası və müalicəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının əsas şərt olduğunu deyib.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin rəhbəri Ziba Nəbiyeva vurğulayıb ki, xroniki hepatit B və hepatit C xəstəlikləri vərəmli pasiyentlər üçün daha böyük təhlükə mənbəyidir və belə pasiyentlərin müalicəsi tibbi baxımdan xüsusi yanaşma tələb edir. O, nikahdan əvvəl bu cür yoluxucu xəstəliklərə görə gənc cütlüklərin müayinə olunmasının böyük zərurət olduğunu qeyd edib.

Tədbir maraqlı  müzakirələrlə davam edib. Daha sonra Vərəm üzrə Avropa Koalisiyasının maliyyə dəstəyi ilə ərsəyə gətirilmiş vərəm haqqında maarifləndirici sosial film nümayiş olunub

Nəzərə çatdıraq ki, konfransda müzakirələr zamanı Şəmkirdəki bir neçə orta məktəb diektoru məlumat verib ki, həmin müəsisələrdə tibb bacısı ştatı və kabineti yoxdur. Bu vacib məsələ ilə bağlı nazirliyə məlumat verilməsi nəzərdə tutulur.

Sağlamlığa Xidmət ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb - 19 / 02 / 2019 08:52
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları - 19 / 02 / 2019 08:35
Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri Dəstəklənir - 19 / 02 / 2019 08:29
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları" təsdiq edilib - 19 / 02 / 2019 08:16
Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib - 18 / 02 / 2019 17:42
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur - 18 / 02 / 2019 17:10
Səfərbərlik Xidmətindən QHT sədrinə rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb - 18 / 02 / 2019 16:58
Болезни-сироты. Как с ними бороться? - Интервью - 17 / 02 / 2019 13:16
Səssizliyin səsi ol-İşarət dili Gəncə Dövlət Universitetinə dəvət edir - 16 / 02 / 2019 20:06
Göygöl rayonunda günərzi qayğı mərkəzi yaradılıb - 15 / 02 / 2019 22:37
Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR - 15 / 02 / 2019 19:48
“Şəhidliyin Adil zirvəsi” filmi Qazaxda nümayiş olunub - 15 / 02 / 2019 19:16
“İctimai Şura”nın üzvləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını müşahidə edib - 15 / 02 / 2019 19:11
Bir sıra QHT-lər dövlət qeydiyyatına alınıb - 15 / 02 / 2019 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə elan edir - 15 / 02 / 2019 17:09
Sahil Babayev Neftçalada günərzi qayğı mərkəzində olub - FOTOLAR - 15 / 02 / 2019 17:01
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib - 15 / 02 / 2019 16:56
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib - 15 / 02 / 2019 16:30
Vəkiloğlular istiqlal yolunda - VİDEO - 15 / 02 / 2019 16:15
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı - 15 / 02 / 2019 15:19
“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR - 15 / 02 / 2019 08:40
QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb? - 15 / 02 / 2019 07:50
“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub" - 14 / 02 / 2019 15:55
O, sabah savaş çağırışı etsə... - 14 / 02 / 2019 14:48
"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - QHT sədri - 14 / 02 / 2019 14:30
Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verir - 14 / 02 / 2019 14:20
Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - 14 / 02 / 2019 14:17
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm” - 14 / 02 / 2019 12:04
“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. - 14 / 02 / 2019 11:34
Azərbaycan Televiziyasının 63 ili - 14 / 02 / 2019 06:18