Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu
A A A
10/11/2018
Oxunma sayısı : 24802

|

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi” adlı layihənin növbəti tədbir - seminarı Sumqayıt şəhərində təşkil olunmuşdur.

 Seminarın bu dəfə ki, mövzuları “Maliyyə resurslarına və kreditlərə çıxış imkanları və yollarını nümunələr əsasında izah etmək və göstərmək”, “Sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Əlillərin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının əsasları” və “Sahibkarlıq sahəsində mövcud qanunvericilik barədə maarifləndirmə” olmuşdur. Seminarların təşkilinə cəlb edilmiş ekspertlərdən başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının İqtisadi Maarifləndirmə şöbəsinin əməkdaşları Qaralova Lamiyə, Əliyeva Fərəh və Qəniyev Rövşən seminarın mövzularına uyğun çıxışlar etmiş və iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışlar. Seminarda 40 nəfərdən çox əlilliyi olan şəxslərdən başqa Əlil Təşkilatlar İttifaqının prezidenti, Davud Rəhimli, Azərbaycan Sahibkarlıq Özəl və Yüngül Sənaye Həmkarlar İttifaqı Komitəsinin sədri, Abdulov Camal və "Qala" sığorta şirkətinin sədri, Mürvət Ramazanov da iştirak etmişlər.

Onu da əlavə edək ki, layihənin məqsədi, əlilliyi olan şəxslərə müasir əmək bazarında rəqabətə davamlı müasir təcrübənin mənimsəmələrində və sahibkar kimi inkişaf edərək formalaşmalarında, həmçinin onlara işsizlik probleminin qismən həllinə maarifləndirici tədbirlərin (seminarların) təşkili yolu ilə nail olmaqdır. Cari layihəni “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi uğurla icra edir və bu təşkilat 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı andan etibarən ölkəmizin əksər bölgələrində fəaliyyətini qura bilmişdir. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqaməti sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir.

Təşkilat, birbaşa əlillərin işsizlik probleminin həlli yolunda əsas addım kimi sahibkarlıq fəaliyyətinin təbliğini və bu sahədə olan problemlərin qarşısının alınması üçün maarifləndirməni özünün strateji hədəfi kimi seçmişdir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07