“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib.
A A A
10/15/2018
Oxunma sayısı : 22484

|

         “Loqos” un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin təşkil etdiyi tanınmış ictimai xadim və pedaqoq, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, psixologiya elmlər doktoru İsa Əli oğlu Məmmədovun xatirəsinə həsr edilmiş “Nəsillərə örnək ömür” adlı tədbir keçirilib.

     Keçirilən tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, İsa Məmmədovun ailə üzvləri, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, dramaturq Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahım Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,  132-134 saylı məktəbin direktoru Sara Xanlarova,  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun kitabxana müdiri Güldanə Mehdiyeva, SOS Uşaq Kəndinin psixoloqu Əsli Zeynaladdinova,  “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov , "Loqos"un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, məktəb direktorları, gənclər və media nümayəndələri iştirak ediblər.

         İlk əvvəl tədbiri açıq elan edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayıb və tədbirin əhəmiyyəti haqqında məlumat verib.

        Daha sonra tədbirin aparıcısı "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva çıxış edərək İsa Məmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

      Sonra İsa Məmmədovun həyat yaradıcılığı və fəaliyyətinə həsr olunmuş video rolik nümayiş edilib.

    Çıxış edənlər xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hadi Rəcəbli, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri İbrahım Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,  132-134 saylı məktəbin direktoru Sara Xanlarova,  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun kitabxana müdiri Güldanə Mehdiyeva,  SOS Uşaq Kəndinin psixoloqu Əsli Zeynaladdinova və “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov İsa Məmmədovun həyat və fəaliyyəti haqqında danışaraq bildirdilər ki, Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş İsa Məmmədov bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. İsa Məmmədov öhdəsinə düşən vəzifələri həmişə ləyaqətlə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmuşdur. O, çalışdığı bütün sahələrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, özünə və başqalarına böyük tələbkarlıqla yanaşmışdır. İsa Məmmədovun Azərbaycanda müəllimlərin ixtisasının artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması sahəsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yenidən hazırlanması, ümumilikdə təhsildə islahatların həyata keçirilməsi üzrə nüfuzlu bir mərkəzə çevrilmişdir.

       Natiqlər bildirdilər ki, İsa Məmmədovun ölkədə praktik psixologiyanın inkişafı və məktəb psixoloqlarının hazırlanmasında misilsiz xidmətləri olmuşdur.

       Tədbirə tələbələrin hazırladığı “Sirli ailə” nağılının nümayişi ilə yekun vurulub.       

    Sonda İsa Məmmədovun oğlu, fizika-riyaziyyat elmləri doktoruprofessor  Əli Məmmədov ailələri adından çıxış edərək atasının xatirəsinə həsr edilmiş tədbirə  görə  “Loqos” un  rəhbərliyinə təşəkkür edib, atası ilə bağlı xatirələrini bölüşüb.

 

 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Təranə Məmmədova: Bizə əzab verən hisslərdən necə qurtula bilərik? - 26 / 04 / 2019 06:55
SƏLİS-in e-vətəndaş proqramı bu dəfə ADU-da təqdim olundu -FOTO - 25 / 04 / 2019 18:04
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər - 25 / 04 / 2019 14:40
“ Kaфказъ и Средняя Азия” foto jurnalının 130 illik yubileyi. - 25 / 04 / 2019 12:00
“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - 25 / 04 / 2019 11:55
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…- - 25 / 04 / 2019 11:40
"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib. - 25 / 04 / 2019 10:29
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22